Şimdi yükleniyor

Kənan Novruzov: ABŞ Rusiya və Ukraynaya təzyiqləri artıra bilər, amma..

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı Rusiyaya qarşı səbrinin “sanki tez tükəndiyini” bildirib. O, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bu sanki tez bitir. Amma tanqo üçün iki nəfər lazımdır. Rusiya Prezidenti Vladimir Putin bunu etmək istəyəndə, Ukrayna Prezidenti Volodimir Zelenski istəmirdi. Zelenski bunu etmək istəyəndə, Putin istəmirdi. Biz çox sərt hərəkət etməli olacağıq”, – o bildirib.
D.Tramp əlavə edib ki, Rusiyanın indi Ukrayna münaqişəsinin nizamlanmasına hazır olub-olmadığını bilmir.
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri müharibəni dayandırmağa çalışır. Bunun bir neçə səbəbi var. Birinsisi, ABŞ müharibəni dayandırandan sonra Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək istəyir. İkincisi, Tramp Ukraynaya investisiya qoymaq niyyətindədir. Üçüncüsü, Şərqi Avropadakı müharibə bitəndən sonra rəsmi Vaşinqton diqqətini Çinlə münasibətlərə və Yaxın Şərqə yönəldəcək. Dördüncüsü, Ağ Ev rəhbəri Nobel sülh mükafatına iddialıdır. O, başa düşür ki, müharibəyə son qoysa, bu mükafata layiq görülə bilər.
Ancaq vəziyyət heç də Trampın düşündüyü kimi sadə deyilmiş. Bunu o, özü də başa düşdü.
Məsələ burasındadır ki, Şərqi Avropadakı müharibənin bitməsinə mane olan iki əsas məqam var. Bunlardan birinci, Avropa və ABŞ-nin müharibə ilə bağlı fərqli siyasətidir. İkincisi isə Rusiya və Ukraynanın kompromisə getməyə hazır olmamasıdır.
Belə ki, Avropa ABŞ-dən fərqli olaraq müharibənin bitməsini istəmir. Bunun əsas səbəblərindən biri odur ki, Avropa paytaxları hələ də Rusiyanı özünə təhdid olaraq görür. Üstəlik, Avropa Ukraynaya silah satmaqla pul qazanır. Odur ki, müharibənin davam etməsinə çalışır.
Avropa Ukraynanı silahlandırır, onu müharibəni davam etdirməyə sövq edir. Rəsmi Kiyev buna qarşı çıxsa, Avropa silah yardımını dayandırmaqla Ukraynanı şantaj edəcək. Odur ki, Ukrayna müharibəni davam etdirməklə Rusiyanın adekvat davranmasına şərait yaradır. Bu isə ABŞ-nin planlarına, məqsədlərinə uyğun deyil.
Dediyimiz kimi, indi həm də Moskva ilə Kiyevin mövqeləri bir – birindən çox uzaqdır. Rusiya maksimalist davranır və hətta tam nəzarət etmədiyi əraziləri də isətyir. Ukrayna isə güzəştə getmək barədə düşünmür. Çünki bu, Prezident Volodimir Zelenski hakimiyyətinin sonu deməkdir.
Belə bir vəziyyətdə üfüqdə sülh görünməməsi təbii ki, tam təbiidir.
Trampın işini çətinləşdirən amillər də məhz yuxarıda qeyd olunanlardır.
Yəqin ki, müharibə hələ yaxın vaxtda batmayacaq. Bunun üçün iki tərəfdən biri geri çəkilməlidir.
Trampın dediklərinə gəldikdə isə bildirmək lazımdır ki, hər ötən gen vəziyyət daha da gərginləşir. Bunu Ağ Evdə yaxşı başa düşürlər. Ona görə də Trampın tədricən səbrinin tükənməsi və narahatlığının artması başa düşüləndir.
Gələcəkdə ABŞ-nin Rusiya və Ukraynaya təzyiqləri artırması, həm atəşkəsin bərpa olunması, həm də Avropanı “ofsaytda” qoymaq üçün daha ciddi səylər göstərməsi mümkündür. Buna baxmayaraq, Tramp bir neçə dəfə vədini yerinə yetirməyib. Odur ki, artıq onun iradəsinə inam azalıb. ABŞ prezidenti bir az da dediklərini yerinə yetirməsə, qlobal lider ona inam ümumiyyətlə qalmayacaq. Hərçənd Tramp mümkün qədər blef yolu ilə tərəfləri sülhə gətirməyə çalışır və riskli addımlardan çəkinir.
Kənan Novruzov

Share this content:

Yorum gönder