Fuad Gahramanlı: Ali Kerimliye niye pasaport verilmiyor
Əli Kərimli növbəti beynəlxalq tədbirlə dəvət olundu, bəs, o, bu tədbirdlərə gedə biləcəkmi?
Müxalifət liderinə niyə pasport verilmir?
AXCP sədri Əli Kərimliyə Varşava Təhlükəsizlik Konfransına dəvətdən sonra, bu dəfə də Latviyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Transatlantik Təşkilatının birgə keçirdiyi Riqa Konfransına dəvət edilib. Konfransda bu gün üçün aktual sayılan çox transatlantik təhlükəsizliyə dair mövzular və müasir qlobal siyasət çağırışları müzakirə ediləcək. Hazırda təhlükəsizlik mövzusunun beynəlxalq siyasətdə aktuallaşdığı və yeni dünya nizamı ilə bağlı geosiyasi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə, Azərbaycan da çalışmalıdır ki, bu prosesdə öz milli maraqlarını və təhlükəsizlik qayğılarını mümkün qədər uca səslə dünyanın diqqətinə çatdıra bilsin. Bunun yolu isə dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin, müxalifətin də bu cür platformalarda iştirak edərək önəmli müzakirələrə qatılmasından keçir.
Lakin, çox təəsüf ki, bütün bu məsələlərin önəmi Azərbaycan hakimiyyəti tərəfindən nəinki qəbul edilmir, hətta biz görürük ki, ən primitiv, ən qaba üsullarla siyasi qısqanclıq nümayiş etdirilərək müxalifət lideri Əli Kərimlinin xarici səfərlərinə qoyulmuş qadağa illərdir ki, davam etdirilir. Belə görünür ki, Əli bəyə pasport verilməməsi, son bir ay ərzində onun dəvət olunduğu iki mötəbər tədbirdə iştirakdan məhrum edə bilər.
Əgər pasport qadağasını davam etdirməklə düşünürlərsə ki, bu yolla Əli Kərimlinin beynəlxalq ictimai rəyə təqdim edilməsinin qarşısını alairlar, onu öz avtoritar cəngəlliklərində dünyadan gizlədirlər, yanılırlar. Çünki təkcə son 4-5 ayda Əli Kərimlinin Qərbdən tutmuş Asiyaya qədər geniş coğrafiyanı əhatə edən nüfuzlu beynəlxalq mediada dəfələrlə müsahibə və məqalələrinin yayılması, bu “gizlətmə” əməliyyatının faydasız olduğunu göstərdi. Ona görə də indi anlamaq olmur ki, rejim pasport verməməklə kimi kimdən gizlədir? Çünki Əli Kərimliyə biz cəbhəçilər AXCP sədri dediyimiz halda, xarici media qurumları öz aralarında sözləşiblərmiş kimi onu beynəlxalq auditoriyaya Azərbaycanın müxalifət lideri kimi təqdim edirsə, demək ki, artıq bu cür qadağlar bir işə yaramır. Nə pasport, nə də ki , internet qadağası artıq kənardan ölkə səviyyəsindəki mövcud reallığın görünməsinə mane ola bilmir.
Son vaxtlar Əli bəyin beynəlxalq tədbirlərə dəvəti ilə bağlı gedən müzakirələrə hakimiyyət düşərgəsindən verilən reaksiyar onu göstərir ki, hakimiyyəti narahat edən əsas məsələ Əli bəyə qarşı tətbiq olunan qadağanın absurdluğu, əsassızlığı yox, insanların bu məsləyə niyə etiraz etməsidir. Həm də belə təəssürat yaratmağa çalışırlar ki, Əli Kərimlinin beynəlxalq tədbirlərə dəvət məsələsi ətrafında bu qədər geniş müzakirələr getməsi adekvat deyil və s.
Əvvəla anlamaq lazımdır ki, söhbət hər hansı ekspertdən, QHT rəhbərindən deyil, mötəbər tədbirə dəvət edilən müxalifət liderinin ölkədən çıxışına əsassız qadağa qoyulmasından gedir. Məsələnin bu tərəfi məhz haqlı olaraq geniş müzakirələrə səbəb olur və bunun da səbəbini hakimiyyət özündə görməlidir. Digər tərəfdən isə hakimiyyət təmsilçiləri bu məsələyə münasibət bildirərkən məqsədi şəkildə diqqəti qadağanın əsassızlığına və götürülməli olmasına deyil, sosial şəbəkələrdə bununla bağlı gedən müzakirələrə yönəltməyə çalışırlar. Aydındır ki, hakimiyyətin bu məsələdə verə biləcəyi heç bir izahat, əsalanacağı hüquqi norma yoxdur və onlardan bununu açıq siyasi təcrid, hüquqa zidd qadağa olduğunu etiraf edəcəklərini isə gözləməyinə dəyməz.
Bəs, harada qaldı rejinin Qarabağ mövzusundan tutmuş Vaşinqton “fəthinə” qədər şanlı, kahkəşanlı təbliğatının özgüvən duyğusu? Axı özünə əmin olan öz rəqibi ilə belə davranmaz. Bütün bu üfürülən pafoslu təbliğat tezisləri fonunda, bir də diqqət çəkən Əli Kərimliyə pasport verməmək, onun xarici səfərlərinə qadağa qoymaq məsələsi var ki, bu da əslində, siyasi rəqib qarşısında duyulan qorxu və özgüvənsizliin etirafıdır, deyilmi?
Fuad Gahramanlı
Share this content:
Yorum gönder