Azərbaycan Prezidenti İlham Əliyevlə Ermanistan baş naziri Nikol Paşinyanın dekabrın 15- də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşəcəklərini artıq hər iki tərəf təsdiqləyib. Belə bir görüş gözlənilirdi.
Əslində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr ayında görüşü barədə informasiyalar var idi. Bu haqda müxtəlif proqnozlar da səsləndirilirdi. Ancaq görüş baş tutmadı. Görünür, tərəflər arasında fikir ayrılığı olub. Cəbhədə vəziyyətin gərginləşməsi isə, şübhəsiz, həm də bunun təzahürüdür.
İkitərəfli görüş onu deməyə əsas verir ki, həm Bakı, həm də İrəvan Moskvanın niyyətindən xəbərdardır. Rusiyanın Cənubi Qafqazda mövcudluğunu gücləndirməklə region ölkələrinə təhdid yarada biləcəyi hər iki tərəfə məlumdur. Elə buna görə də Kremli mümkün qədər “ofsayt”da saxlamaq lazımdır.
Əliyevlə Paşinyan arasındakı görüşə kimi Rusiyanın təzyiqləri arta bilər. Xüsusilə, Rusiyanın maraqlarına uyğun dialoq aparılması üçün Ermanistan sıxışdırılması istisna deyil. Moskvanın əli ilə yeni təxribatların baş tutması, Qarabağda vəziyyətin mürəkkəbləşməsi də mümkündür. Hər halda Moskva Bakı ilə İrəvanın “saatlarının” eyni olmamasına çalışacaq. Beləliklə, vasitəçiliyini qorumaq istəyəcək.
Qarşıdakı bir ay müddətində Ermanistana təzyiqlərimiz artmalıdır. Eyni zamanda İrəvanı inandırmaq lazımdır ki, konstruktiv mövqe ən çox onun özünün xeyrinədir. Əgər Rusiya “suları bulandırmağı” bacarmasa, görüşdə müəyyən razılıqlar əldə oluna, o cümlədən sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər qismən də olsa həllini tapa bilər.
Kənan Novruzov Kafkassam
Kənan Novruzov: Kremli “ofsaytda” saxlamaq lazımdır
382 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.