KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hindistan hökuməti 1955-ci il Vətəndaşlıq Aktına düzəliş etdi

Hindistan hökuməti 1955-ci il Vətəndaşlıq Aktına düzəliş etdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
324 0

“Məqsəd vətəndaşlığı olmayan şəxsləri hüquq və dövlət xidmətləri ilə təmin etməkdir
Keçdiyimiz günlərdə Hindistan parlamentinin hər iki palatası tərəfindən 2019-cu il Vətəndaşlıq (Dəyişiklik) Aktının (CAA) qəbul edilməsi ilə, Hindistan hökuməti 1955-ci il Vətəndaşlıq Aktına düzəliş etdi.

Kafkassam.org Hindistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, aktın əsas məqsədi 2014-cü il dekabrın 31-dək dini təqiblərə məruz qalaraq Hindistana qaçan və uzun müddət Hindistanda yaşayan vətəndaşlığı olmayan şəxsləri hüquq və dövlət xidmətləri ilə təmin etməkdir.

Akta əsasən qonşu üç ölkənin azlıq icmalarından olan miqrantlar altı il yaşayış müddəti bitdikdən sonra Hindistan vətəndaşlığını almaq hüququ qazanacaqlar. Akt başqa bir ölkədən və ya hər hansı bir dindən olan xarici vətəndaşın Hindistan vətəndaşlığına müraciət etməsinə mane olmur. Bununla belə, bu şəxslər 1955-ci il Vətəndaşlıq Aktı ilə müəyyən edilmiş bütün keyfiyyətləri yerinə yetirdikləri təqdirdə, tələb olunan yaşayış müddəti 12 il qalacaq.

Məlumatda qeyd edilir ki, Hindistan Parlamentinin qəbul etdiyi heç bir qanun, o cümlədən CAA hər hansı bir Hindistan vətəndaşını vətəndaşlıqdan məhrum edə bilməz. Hindistan parlament demokratiyası olaraq, inancından və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir. Hindistanın hər bir vətəndaşı ölkə konstitusiyasında təsbit edilən eyni əsas hüquqlardan istifadə edir.

Vətəndaşlıq Dəyişiklik Aktının əcnəbilərin deportasiyasına səbəb olacağı barədə xəbərlər əslində düzgün deyil, çünki aktın heç bir əcnəbinin Hindistandan deportasiyası ilə əlaqəsi yoxdur və dinindən və ya ölkəsindən asılı olmayaraq, xarici vətəndaşın hər hansı bir deportasiyası Vətəndaşlıq Dəyişiklik Aktının mövcud qanunlarına uyğun və müstəqil şəkildə həyata keçiriləcək.

Milli Əhali Reyestrinin (NPR) Vətəndaşların Milli Reyestri (NRC) ideyası ilə əlaqələndirilməsinə gəldikdə, bunlar tamamilə iki ayrı məsələdir. Milli Əhali Reyestri Hindistanda yaşayan bütün şəxslər, o cümlədən elan olunmuş xarici vətəndaşlar üçün məlumatlardan ibarətdir.

Milli Əhali Reyestri ölkədə ilk dəfə siyahıyaalma ilə birlikdə 2010-2011-ci illərdə aparılıb, halbuki Vətəndaşların Milli Reyestri (NRC) barədə qərar qəbul edilməyib. Bununla yanaşı, yaşayış yerində miqrasiya, doğum, ölüm və bu kimi əhəmiyyətli dəyişikliklər olduğu üçün Milli Əhali Reyestri yenilənməlidir.

Vəfa FƏRƏCOVA

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir