KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Paşinyanın əsas məqsədi Zəngəzur deyil: Hər şey 1+1+1 formatına doğru gedir

Hasan Oktay: Paşinyanın əsas məqsədi Zəngəzur deyil: Hər şey 1+1+1 formatına doğru gedir

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
176 0

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq konfransı zamanı bildirib ki, hazırda Azərbaycanla sülh müqaviləsi üzərində iş gedir və o, bu prosesin yaxın aylarda uğurla başa çatacağına ümid edir. Paşinyanın hər dəfə belə deməsinə baxmayaraq ölkəsinə qayıdar-qayıtmaz fikrindən danışır. Görəsən bu dəfə Paşinyanın sözü ilə əməli üst-üstə düşəcək?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay məsələ ilə bağlı Publika.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı şərtlər gündən-günə inkişaf edir:

“Xüsusilə 44 günlük müharibədən sonra imzalanan, lakin hər iki tərəfin ehtiyaclarını ödəməyən 10 noyabr sülh sazişinin müddəalarının artıq qüvvədə olmadığı bir gündə, hər iki dövlət öz problemlərini daha real mühitdə müzakirə etməlidir. Bu da sülh müqaviləsinin imzalanmasından keçir. Sülh müqaviləsi Ermənistanın hər şeydən əvvəl ehtiyac duyduğu vəziyyətdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalamasına mane olan şərtləri mərhələli şəkildə aradan qaldırmaq üçün ilk olaraq “3+3” formatı gündəmə gətirilsə də, Gürcüstan, Rusiya və İran dolayı yolla bunun qarşısını almağa çalışırdılar”.

Politoloq əlavə edib ki, Rusiya və İranın regiondakı maraqları Azərbaycan və Ermənistan arasında olan münaqişəyə köklənib:

“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu gün gəldiyimiz nöqtədə Azərbaycanla Ermənistan arasında ciddi münaqişə yoxdur. Hazırda beynəlxalq aləmi və Ermənistanın daxili ictimaiyyətini inandırmaq prosesi gedir. Xüsusən də bəzi dövlətlər Ermənistanla Azərbaycanın sülh əldə etməsini istəmir. Bunların başında Fransanın dayandığını söyləmək olar. Paşinyan beynəlxalq görüşlərdə bu sülhün zəruriliyini açıq şəkildə ifadə etdiyi halda, Ermənistandakı güclü Rusiya müxalifəti təsirini qırmaq üçün daha sakit hərəkət edir. Hadisələr 1+1+1 formatı, yəni Türkiyə, Ermənistan, Azərbaycan üçtərəfli görüşü və sülhlü ilə nəticələnəcək. Hazırda bu sülhü istəməyənlər müxtəlif bəhanələrlə Ermənistanla Azərbaycan arasında münaqişənin olmasını istəyirlər. Ancaq həlli mümkün olmayan münaqişə qalmayıb. Növbəti danışıqlarda Paşinyanın ən böyük məqsədi Zəngəzur deyil, hərtərəfli sülh müqaviləsi imzalayaraq Türkiyə, Ermənistan və Azərbaycanın sərhədlərini açmaq olacaq”.

Aysel Şahmar
https://publika.az/news/dunya/480287.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir