KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: ABŞ Türkeşin Türkiyədə yaratdığı milliyyətçi ab-havanı pozmaq məqsədilə FETÖ yü kurdu

Hasan Oktay: ABŞ Türkeşin Türkiyədə yaratdığı milliyyətçi ab-havanı pozmaq məqsədilə FETÖ yü kurdu

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
138 0

Türkiyədə ciddi mənada problemə çevrilən FETÖ terror təşkilatı dünyanın hər tərəfinə yayılıb. ABŞ 1980-ci illlərdə Alparslan Türkeşin Türkiyədə yaratdığı milliyyətçi ab-havanı pozmaq məqsədilə gənclik, hərbi sistem və Türk dünyası üzərində alternativ yaratmaq istədi”.

Bunu TNS-ə eksklüziv açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

Bu təşəbbüsün “Yaşıl nəsil” layihəsi kimi tanındığını qeyd edən Hasan Oktayın sözlərinə görə, məqsəd xüsusilə Türk dünyası, Türk coğrafiyasında ABŞ-ın nəzarətində bir təşkilatlanmaya nail olmaq idi: “Türkiyə Cümhuriyyətində 12 sentyabr 1980-ci il tarixdə həyata keçirilən hərbi çevrilişdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələri yaxşı səviyyədə saxlamaq məqsədilə FETÖ-nü Türkiyədə yavaş-yavaş bütün sistemə hakim olacaq şəkildə böyütdülər. Ədalət və İnkişaf Partiyası (AK Parti) iqtidara gələrkən, ABŞ ilə əlaqələrin pis olması görüntüsünü ortadan qaldırmaq üçün FETÖ vasitəsilə ABŞ-la təmas quruldu. FETÖ Türkiyə hökumətini təmsil edən AK Parti ilə ABŞ arasında əlaqə yaradan önəmli bir qəhrəman kimi Türkiyədə AK Partinin bütün sahələrini ələ keçirdi, bütün təsir dairələrini öz nüfuz dairəsinə çevirdi. Elə bir vəziyyət yarandı ki, rəsmiyyətdə Türkiyəni Rəcəb Tayyib Ərdoğan idarə edir, amma qeyri-rəsmi olaraq hər sahədə FETÖ hakimiyyəti ələ keçirmiş durumdaydı. Təbii ki, Ərdoğan buna icazə verməyəcəkdi. Nəticədə FETÖ 15 iyul 2016-cı il tarixdə uğursuz bir hərbi üsyan gerçəkləşdirdi. Bu üsyan nəticəsində 250 vətəndaşımız şəhid oldu, yüzlərlə insan yaralandı. Amma FETÖ-nün bu çevrilişə cəhddən sonra törətdiyi təxribatın nə qədər böyük olduğunun fərqinə vardıq.

Məlum oldu ki, dövlətin hər bir bölümündə paralel düzən yaradıblar, artıq dövlətin yetkililərindən yox, öz sistemindən əmr alanlar dövləti tam ələ keçirməyə çalışıblar. Ciddi məxfiliklə həyata keçirilən əməliyyatın qarşısını Türkiyə dövləti qətiyyətlə aldı”.

KAFKASSAM-ın sədri bildirib ki, ABŞ bütün quzey bölgəsindəki islam coğrafiyasında FETÖ vasitəsilə təsiri artırmaq üçün ciddi təşkilatlanmağa başlayıb. 1991-dən etibarən isə ABŞ birbaşa girə bilmədiyi keçmiş Sovet İttifaqının tərkibindəki müstəqil türk dövlətlərinə FETÖ vasitəsilə nüfuz etməyə çalışıb: “Bununla Türkiyənin bölgədəki təsirinin azaldılması, ABŞ-ın rolunun artırılması üçün müəyyən tədbirlər görülüb. Başda Azərbaycan olmaqla, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Pakistan, Əfqanıstan kimi ölkələrdə Türkiyənin yumşaq gücünü istifadə edən FETÖ həm özünü bölgədə güclü təşkilata çevirməyə, həm də ABŞ-ın nüfuzunun artırılmasına nail olub. 15 iyulda Türkiyədə FETÖ-çü hərbçilərin üsyan cəhdi uğurlu şəkildə yatırıldıqdan sonra Türkiyə bu durumu FETÖ-nün fəaliyyət göstərdiyi bütün dövlətlərə anlatmağa çalışıb. Bəzi yerlərdə buna nail olunsa da, bir çox yerdə Türkiyə bu terror təşkilatını anlatmaqda çətinlik çəkir. Çünki ABŞ əl altından hər tərəfdə bu təşkilatı dəstəkləyir, bu örgüt üzərindən bölgədə təsirini genişləndirir. Nəticədə ABŞ-FETÖ işbirliyi qarşısında Türkiyə xarici aləmdə kifayət qədər təsirli ola bilməyib.

Hasan Oktay deyib ki, hazırda Türk dövlətlərində, Türk Dövlətləri Birliyinə üzv ölkələrdə FETÖ-nün yetişdirdiyi nazirlər, yüksək vəzifəli şəxslərin olması istər-istəməz o dövlətlərə təsir edir. O dövlətlərin Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərir.

“Bunu Afrikada da, ərəb coğrafiyasında, Türküstanda da, Balkanlarda da, Avropa İttifaqında da görürük. Amma Türkiyə hər şeyə rəğmən mübarizəsini davam etdirir. Azərbaycanda da bu təşkilatın mövcud olduğunu və yüksək səviyyədə dövlət bürokratiyasında vəzifəli şəxslərin yer aldığını mətbuatdan öyrənirik. Bu məsələdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və s. hamısı Türkiyə ilə birlikdə hərəkət edərək, mübarizə apararsa, daha sağlam bir zəmin yaranar. Sadəcə diqqət edilməsi gərəkən önəmli nöqtə var: bu, çox həssas məsələ olduğu üçün titiz davranılmalıdır. Gerçəkdən FETÖ-yə bağlı olan şəxslər tapılıb cəzalandırılmalıdır. Əsk halda istənməyən durum yarana bilər. ABŞ-ın da bu durumdan istifadə edərək, hansısa ölkədə qarışıqlıq yaratmaq ehtimalının olduğunu nəzərdən qaçırmamalıyıq”, – KAFKASSAM sədri əlavə edib.

https://tns.az/gundem/25634-azerbaycanda-kechirilen-feto-emeliyyatlarina-turkiyeden-reaksiya/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir