KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İlham Əliyev, Paşiniyan və Azərbaycan müxalifəti

Fuad Gahramanlı: İlham Əliyev, Paşiniyan və Azərbaycan müxalifəti

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
243 0

AXCP-nin etiraz aksiyalarına hakimiyyət niyə razılıq verməlidir ?

Qərb və Rusiya arasında geosiyasi rəqabət kəskinləçdikcə xarici siyasətdə manevr sahəsi də daralır. Belə olduqda xarici təzyiqləri ölkə içində paylaşdırmaq, daxildə manevr imkanları qazanmaq getdikcə daha çox aktual olur.
Bu baxımdan İlham Əliyevin özünə “nəyi nə vaxt və necə etməyi bilən tək adam” statusu verməsi hazırkı geosiyasi təzyiqqlər qarşısında onu daha çətin vəziyyətə salmaqdadır. O, bu vəziyyətdə nə müxalifətin mövqeyini, nə cəmiyyətin narazılığını nə də ki, parlamentin rəyini əsas gətirib hansısa şərtlərdən, təzyiqlərdən boyun qaçırmaq və yayınmaq imkanında deyil.
Ancaq Paşinyan İlham Əliyevdən fərqli olaraq demokrat imicindən istifadə edərək xarici təzyiqlərdən yayınmaq üçün ölkəsi daxilində özünə geniş manevr sahəsi təmin edib. Fərq etməz, ya Qərb , ya da ki, Rusiya olsun hər hansı bir tərəf təzyiq edəndə, o, “baxım görüm parlamenti razı sala bilirəmmi ” , ” bəhanə versəm müxalifət mənə qarşı etiraz aksiyalarına başlayar” , “xalq narazı qalsa küçələrə çıxarar” kimi səbəblər gətirib zaman qazanmaq və qərarın təkcə ondan asılı olmadığını göstərib manevrlər etmək imkanına sahibdir.
Ona görə də, İlham Əliyev heç olmasa indiki şəraitdə müxtəlifətin etiraz aksiyalarını necə olursa – olsun boğmağa çalışmamalıdır. Məsələn, Putin ona Qarabağdakı rus ordusunun qalma müddətini uzatmaq üçün təzyiq edəndə, onun da “mən buna razı olsam müxalifət xalqı ayağa qaldırar” səbəbini əsas gətirib imtina etmək imkanı olmalıdır. Bu vəziyyətdə bütün xarici güclər ortaya çoxsaylı səbəblər qoyub tək qərar vermək imkanında olmadığını deyən Paşinyandansa, işin adamına gedib daha asanına gedib öz ölkəsində heç kimi saymadığı üçün təkbaşına qərar verən İlham Əliyevə təzyiq göstərməyə üstünlük verəcəklər.
Ona görə də hakimiyyət heç olmasa müxalifətin keçirdiyi aksiyalara əvvəllər nümayiş etdirdiyi dözümü nümayiş etdirməyi bacarmalıdır. Əks təqdirdə ölkə olaraq xarici təzyiqlərə qarşı müqavimət imkanlarımızın zəif olması Qərb və Rusiya arasındakı geosiyasi qarşıdurmada bizi uduzan tərəfə çevirə bilər.
P. S. Sosial şəbəkələrdədən belə görünür ki, cəbhəçilər yaxın günlərdə növbəti etiraz aksiyası keçirmək istəyirlər.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir