İRANI TƏDQİQ EDƏN VARMI?

Şoygu: ABD, Suriye’nin petrol zenginliklerini gasp ediyor

Petersburgda terör saldırısı önlendi

Erdoğan’ın Washington-Brunson-Ukrayna Oyunu

Həsənbala Sadıqov: Vətən müharibəsi qələbəsində Xankəndi və ətrafında olan ərazilər sindromu?

Azerbaycan 12 Temmuz 2021
63
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

2020-ci ilin 10 noyabrında tamamlanan Vətən müharibəsi Azərbaycan tarixinin çox böyük və əzəmətli tarixinin qızıl səhifəsidir. İkinci Qarabağ müharibəsi- Vətən müharibəsi və ya kod adı “Dəmir Yumruq” əməliyyatı adlanır. Tarixin bu səhifələrinin müəllifi təşbihsiz olaraq qəbul edilir ki, Azərbaycan Respublikasının prezidenti və Ali Baş komandan İlham Əliyevdir. Rəsmi qeydiyyatdan keçməsindən asılı olmayaraq xalq prezidenti “Qarabağın fatehi”,,,Xilaskar” və başqa fenomenal adlarla adlandırırlar. Vətən müharibəsi artıq tarixə çevrilmişdir. Amma Vətən müharibəsində olan hadisələr sona qədər hələ də təhlil edilməmişdir . Vətən müharibəsinin davam etdiyi ərazilər Dağlıq Qarabağ və onun ətrafındakı işğal altında olan ərazilər, Azərbaycan–Ermənistan sərhədinə qədər olan yerlər idi.
İnsanları ən çox maraqlandıran və opponentlərimizin bizə qarşı istifadə etməyə çalışdıqları məsələlər- Xankəndi və ətrafında olan ərazilər ilə əlaqədar sindromdur. Əslində Azərbaycanın zəfərlə nəticələnən Vətən müharibəsinin görünən və görünməyən cəhətləri az deyildir. Onlardan ən mühüm olanı tarixi Azərbaycan torpağı olan və Qarabağda mühüm mərkəzdən biri olan Xankəndinə və onun ətrafında olan ərazilərə ordumuzun girməməsinin səbəblərinin aydınlaşdırılması və ona cavab verməkdir.

Vətən müharibəsi tariximizin ən çox mübahisəli olan məsələlərdən biri olan Xankəndi və onun ətrafında olan yerlərin vəziyyəti sona qədər aydınlaşdılmayan məsələlər qrupuna daxildir.

27 sentyabr-10 noyabr davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Atəşkəs bəyannaməsi imzalandı. Azərbaycanın müharibə dövründə işğaldan azad etdiyi ərazilər üzərində nəzarəti əlində saxlaması ilə nəticələnmiş oldu.. Eyni anlaşma ilə rus sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi qərara alındı. Türk-Rus ortaq monitorinq mərkəzinin qurulması üçün anlaşma memorandumunun imzalanması da həyata keçirildi. Müharibə zamanı:-Azərbaycan 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini Ermənistanın işğalından azad etdi.
Vətən müharibəsində atəşkəsdən sonra: Dağlıq Qarabağ ətrafındakı bütün Ermənistan tərəfindən işğal olunmuş ərazilər 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarılması qərara alındı. Ermənistan ərazisindən açılacaq dəhliz vasitəsilə Azərbaycandan Naxçıvana birbaşa quru yolunun açılması qərara alındı. Bunula da Azərbaycan Ermənistan üzərində tariximizdə ən böyük qələbəni qazanmış oldu.
Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradıl mış təmas xətti boyunca başladı.
Türkiyənin, dəstəyinin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu.
Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. AB və dünya ölkələri haqqında birliyin rəsmi dillərində onlayn xəbərlər və video şərhlər verən Avropa multimedia xəbər portalı “Euroreporter” Qərb mediasının Qarabağ konflikti ilə bağlı yanlış məlumatlar verməsi ilə bağlı məqalə yayımlamışdır.
Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci ildən etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Qondarma DQR-ın rəhbəri Arayik Harutyunyan da döyüş əməliyyatlarının dayandığını təsdiqlədi.
Müxtəlif ölkələrdəki siyasi analiklərin ən çox müraciət etdikləri məsələ Azərbaycanın zəfərlə yekunlaşan Vətən müharibəsində Azərbaycan Ordusunun Şuşa alındıqdan sonra belə Xankəndinə girməməsidir. Bu həqiqi diplomatik tapmacanı açmaq heç də asan deyildir. Bu, diplomatik addımın cavabını Azərbaycan Respublikasının prezidenti bilir və dəmir yumruq sahibi məlum olmayan səbəblərlə Xankəndinə girməyi məsləhət bilməmişdir. Siyasi ekspertlər çox ciddi cəhdlər Azərbaycan Ordusunun Xankəndinə girməməsinin səbbini axtarmağa çalışırlar. Onlarda da vahid fikir yoxdur. Onların bir qrupu Rusiya ilə əlaqələndirirsə, digər qrup da Qərblə əlaqələndirirlər.
Qərblə əlaqələndirənlər bildirirlər ki, Azərbaycan Ordusu Xankəndinə daxil olsaydı BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul ediləcəkdi. Bu məsələnin natamam olması onunla əlaqədardır ki, BMT və başqa beynəlxalq təşkilatlar da bilirdilər ki, başqa yerlər kimi Xankəndi və onun ətrafında olan yerlər “Ermənistan işğalı altında olan Azərbaycan torpaqları“ idi. 28 il müddətdə ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmayan Dağlıq Qarabağ konflikti XXI əsrdə ikinci fazasına qədəm qoydu.
Beynəlxalq ekspertlərin bir qrupu Xankəndi və onun ətrafında olan ərazilərin Azərbaycan Ordusu tərəfindən tutulmamasının səbəbini etnik amillə əlaqələndiririlər. Güya Azərbaycan Ordusu Xankəndini və ətrafında olan yerləri tutmuş olsaydı “etnik təmizləmə” adıyla Avropa institutlarından, ABŞ-dan da Azərbaycana qarşı eyni davranışların olacağı istisna deyildi. Bunun ardınca beynəlxalq birlik ordumuzun Şuşadan və Hadrutdan çıxmasını tələb edəcəkdi. Azərbaycan əlverişsiz duruma düşəcəkdi. Sanksiyalar tətbiq ediləcəkdi.
Mövcud vəziyyəti çox əsaslı şəkildə təhlil edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev isə mümkün ən yaxşı variantı seçdi, Rusiyaya sülhməramlı mandatın verilməsinə nail oldu. Bununla da Qərbdən gələn məlum dalğanın qarşısını aldı.
Azərbaycanın 44 günlük Vətən müharibəsi bizim üçün Türkiyə ilə qardaşlıq amilini bir daha əsaslı şəkildə təsdiq etdi. Vətən müharibəsinin sonunda alınan qərarlar Türkiyənin qardaş Azərbaycana yerləşməsinə imkan yaratdı. Azərbaycan lideri bunu-Türkiyənin Azərbaycana yerləşməsini uğurla bacardı. Bununla da Qərb əsasən neytrallaşdırılmış oldu.
Azərbaycan 44-günlük Vətən müharibəsində əsasən öz gücü ilə qalib gəlmişdir. Əslində bir sıra şərhçilər belə fikir yaratmağa çalışırlar ki, güya “Azərbaycan təkbaşına qalib gəlməmişdir.”
Kənardan hərbi kömək edilsə də Azərbaycan Ermənistana qarşı hərbi əməliyyata uzun illər hazırlaşırdı, Dağlıq Qarabağ probleminin siyasi yolla yanaşı hərbi yolla həlli variantını da gündəmdə saxladığını daim açıq şəkildə bildirirdi. Açıq şəkildə silahlı qüvvələrimiz möhkəmləndirilirdi, hərbi təlimlər keçirilirdi və 2016-cı ilin aprel döyüşləri də Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan siyasi rəhbərliyinin siyasi qətiyyətini göstərdi. Bütün zamanlarda Azərbaycan respublikası dünya ilə bərabər, normal əlaqə saxlamış, beynəlxalq öhdəliklərini yerinə yetirmişdir.
Azərbaycan respublikası Dağlıq Qarabağ probleminin birinci mərhələdə hərbi yolla həllinə üstünlük verildi. İşğal altında olan torpaqlarımızın böyük bir hissəsi Azərbaycan Ordusunun qalibiyyətli döyüşləri ilə azad edildi. Həmin ərəfədə Ali Baş Komandan cənab İlham Əliyev xaricdən gələn çağırışlara cavab olaraq döyüşlərin dayanmasının şərtlərini bəyan etdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və qoşunların çıxarılma qrafikini versin. Eyni zamanda Şuşanın azad edilməsi məsələsi xüsusi bir bəndlə qabarıq şəkildə bildirilirdi. Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra Ermənistan müqavimətin əhəmiyyətsiz olduğunu qəbul etdi. 3 böyük rayondan qoşunların çıxarılmasına və Azərbaycan-Ermənistan xəritəsinin SSRİ dövründəki xəritəyə əsasən qurulmasına razılıq verdi.
Azərbaycanın daxili və xarici siyasəti qələbədə əsas rol oynamışdır. Bir sıra ekspertlərin xaricilərin təsir göstərməsi haqqında fikri o mənada özünü doğrultmur ki, dünya Ermənistanın işğalçı olduğunu bilirdi. BMT-nin “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi ilə əlaqədar” 4 qətnaməsi yerinə yetirilməmiş qalmışdır. Azərbaycan 4 qətnaməni öz gücü ilə yerinə yetirdi.
Azərbaycan ərazi və sərhədlərinin bütövlüyünü təmin etdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şuşa azad olunandan sonra bu qənaətə gəldi ki, buradan o tərəfə problemin qalan hissəsi artıq siyasi yolla həll edilə bilər. Dağlıq Qarabağ probleminin həllində birinci mərhələ-hərb mərhələsi bitərək siyasi mərhələyə keçildi.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev qeyd etmişdir ki, qalibiyyətli Vətən müharibəsi Dağlıq Qarabağda bütün statusları aradan qaldırmışdır. Az sayda erməni millətindən olan əhalinin yaşadığı bölgənin statusunun artıq gündəlikdən çıxarılması idi.
Xarici dövlətlərin rolu və münasibəti çox halda əsassız olaraq şişirdilməyə onlara 30 il görmədiyimiz demokratimk geyim geyindirməyə çalışılır. Lakin geçəklik bundan ibarətdir ki, 30 il müddətində haqq etdiyimiz halda heç bir Avropa ölkəsindən işğalçı Ermənistana qarşı qəti mövqenin şahidi olmadıq. Uzun illər kar və kor olan dünyanın güc mərkəzlərinin diqqəti Qafqaza-Azərbaycan Ermənistan müharibəsinə dikilmişdir. Mən onların deyildiyi kimi münaqişənin demokratik həllinə tərəfdar olduqlarına inanmıram. Onların hər birinin dövlət mənafeyi var idi. Dövlət mənafeyini yerinə yetirməklə özlərinə demokratik beynəlxalq hakim görüntüsü verməyə çalışırdılar. Əgər Avropa dövlətlərinin maraqlarının təsnifatını versək məlum olar ki, onlar yaranmış situasiyadan istifadə edib öz dövlət maraqlarını reallaşdırmağa çalışırdılar. Azərbaycan–Ermənistan müharibəsində xüsusi ilə də Rusiya, Amerika və Fransanın öz maraqları var idi ki, bütün zamanlarda onları yerinə yetirməyə çalışırdılar.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev dünyada və regionda olan diplomatik münasibətlərin təhlili nəticəsində, beynəlxalq hüququn ustası kimi tarixdə analoqu çox az olan qərar qəbul etmişdir. 44 günlük Vətən müharibəsində kənar müdaxilələr olmadan, mövcud reallığı nəzərə alaraq, yüksə səviyyəli hərbi strateq kimi qalib gələ bidi.
Hərbi ekspertlərin verdiyi məlumata görə Ermənistan işğalında olan Azərbaycan torpaqları azad edildiyində zəfər qazanan Ordumuz Xankəndinin 3 kilometrliyinə gəlib çıxmışdır. Burada kənar müşahidəçilər Azərbaycanın hərəkətini diqqətlə izləyirdilər. Azərbaycan respublikasının prezidenti İlham Əliyev vaxtında müharibə dövründən siyasi mübürizəyə keçid dövrünü çox doğru müəyyən edə bildi. “Xankəndinə girib oradakı erməni ordusunu məhv etdikdən sonra orada bir nəfər də olsun erməni qalmayacaqdı. Bu zaman isə ermənilər bütün dünyaya car çəkəcəkdilər ki, ermənilər ikinci dəfə soyqırıma məruz qaldılar.“ O zaman Fransa başda olmaqla bir qrup böyük dövlətlər (ABŞ, Hollandiya, Belçika və digərləri) Azərbaycanın geniş müzakirəsinə başlayacaqdılar. Hətta BMT-yə də Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasını təklif edəcəkdirlər. Azərbaycanla iqtisadi, siyasi əlaqələrə son qoyacaqdılar. Prezident İlham Əliyev Xankəndi və onun ətrafında olan yerlərlə əlaqədar diplomatik məharətlə bütün məkrli planların bizə qarşı həyata keçirilməsinin üstündən xətt çəkdi. Müharibə və siyasi mübarizə ilə həll edilə bilən məsələni düzgün müəyyən edə bildi.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev Ermənistanla münasibətlərə toxunaraq qeyd edir ki, “onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Hesab edirəm ki, bu, zəruridir.” Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mümkünlüyü barədə suallara cavab verərək demişdir: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, bunu bütün dünyaya etiraf etsin.” O zaman Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olacaqdır. Bu gün qalib millətin hər bir nümayəndəsində belə bir inam var ki, yaxın zamanlarda Xankəndi şəhəri ilə yanaşı Xocalı, Xocavənd rayonlarında da Azərbaycan bayrağı qaldırılacaqdır.

Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

8

Yorumlar