KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Gürcü arzusu”nun Borçalı arzusu

Gürcü arzusu”nun Borçalı arzusu

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
418 0

Son günlər Borçalıdan gələn xəbərlər üzücüdür. Hakim “Gürcü arzusu” Partiyası Gürcüstan türklərinə qarşı ayrı-seçkiliyi davam etdirir. Prezident Zurabişvili seçilməzdən öncə ermənilərə verdiyi sözü tutaraq türkləri hər addımda sıxışdırır. Bir-birinin ardınca gürcü rəsmilər Gürcüstanın köklü xalqı olan Borçalı türklərinə qarşı arzuolunmaz ifadələr işlədirlər.
Ən acınacaqlısı həm də odur ki, “Gürcü arzusu” Borçalıdan səs yığmaq üçün Azərbaycanın yerli qurumlarından, özəlliklə SOCAR-dan dəstək alsa da “çoxsağol”u yubatmadı – ölkə üzrə saxta seçkilərə etiraz edənlərə görk üçün başqa bölgələrə deyil, məhz Kvemo-Kartliyə soydaşlarımızın üzərinə seçki qutuları açılmamış çevik polis qüvvələri göndərdi. Azərbaycanın pulu ilə əhalidən kartof-soğan qarşılığında səs dilənən iqtidar yanlılarının səsi belə çıxmadı…

Pandemiya elan olunandan sonra da “Gürcü arzusu” ən sərt karantin qaydalarını Borçalıda sınaqdan keçirib. Təsdiqlənməmiş karonaviris “faktına” görə sözün əsl mənasında vətəndaşlara göz verib işıq vermədilər. Virusun daha çox aşkarlandığı bölgələrdə türklərin kompakt yaşadığı bölgələrdə uyğulanan məhdidiyyətlər görünmədi.

İndi də yenidənqurma adı ilə bölgənin ən böyük ticarət mərkəzlərindən Marneuli bazarını sökürlər. Hər kəsə gün kimi aydındır ki, “Gürcü arzusu”nun məqsədi Marneulini abadlaşdırmaq yox, türklərin iqtisadi gücünü zəiflətməkdir. Məqsəd paytaxt Tiflis daxil ətraf bölgələri kənd təsərrüfatı məhsulları ilə təmin edən şəbəkəni dağıtmaqdır.
Hakimiyyət Marneulidə 2012-ci ildən bu yana bir küçəni belə abadlaşdırmayıb, əhalinin sosial tələbləri ilə bağlı heç bir addım atılmayıb. Mənzillərin, mülklərin özəlləşdirilməsindən otlaq yerlərinə, işsizliyə qədər onlarla köklü problem həllini gözləyir, hakimiyyət də əhalinin faktiki yaşam qaynağı olan bazarı sökür. Özü də belə böhranlı və sabahla bağlı aydın təsəvvürlər olmayan dönəmdə…

Azərbaycan hakimiyyətinin məsələyə səssiz qalması “Gürcü arzusu”nun şovinizm meyllərindən qaynaqlanan saymazlığı qədər üzücüdür. Bizim indiyə qədər əqrəba topluluqlarla işləyən dövlət qurumumuz olmalıydı… Bəzən əhalinin gününü uzun müddət göy əskiyə bükən olayları rəsmilərin bir telefon zəngi çözür. O telefon zəngində “Gürcü arzusu”nun yadına bir daha salmaq lazımdır ki, Azərbaycanla, Türkiyəni çıxsaq, yerdə 2 qonşusu qalır – varlığı Qafqaza təhdid Rusiya və aclıqdan qarnı belinə yapışmış Ermənistan….
Yetər ki, o telefon zəngi üçün istək ola…

Bütün çətinliklərə və olmazlıqlara baxmayaraq Gürcüstanın region ölkələrindən bir üstünlüyü var – azad media. Azad söz Gürcüstan vətəndaşlarının əlində çox güclü silahdır. Soydaşlarımız prezident Zurabişvi başda, “Gürcü arzusu”nun dışlanma siyasətinə qarşı bu güclü silahdan mütləq yararlanmalıdırlar. Azərbaycanla, bütünlükdə türk dünyası ilə münasibətlərin Gürcüstanın təhlükəsizliyi və suverenliyi üçün qaranti olduğunu dərk edən gürcü aydınları, siyasi xadimləri, STK üzvlərinin fikrini almaq, mediada yaymaq, prosesi ölkə miqyasında böyüdərək bu yanlış addımlarına görə rəsmi Tiflisi küncə sıxışdırmaq çox yaxşı nəticələr verə bilər.

Məsələ lokal etirazlardan ölkə miqyasına çıxarılarsa müxalifətin prosesə qoşulacağı da şübhəsizdir. Hakimiyyətin milli azlıqlara qarşı yanlış siyasətindən yarana biləcək təhlükələr gerçəkdən də böyükdür. İqtidara gəldiyi ilk gündən əyləşdiyi kürsünün məsuliyyətini dərk etmədiyi aydın görünən prezident Salome Zurabişvildən fərqli olaraq Gürcüstanda Azərbaycan və Türkiyə ilə strateji müttəfiqliyin ölkə üçün həyati önəm daşıdığını anlayan siyasilər də var. Payızda Gürcüstan yenə seçimlərə gedir. 500 minlik türk elektoratın səsini almaq üçün gözəl bir şans yaranıb. Hər halda, bu şansı dəyərləndirənlər tapılacaq.

Aygün Murathanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir