Nəticə gözləmək olarmı?
Azərbaycan hökuməti ilə Qarabağdakı ermənilər arasında dünən rəsmi görüş keçirilib. Düzdür bundan əvvəl də Qarabağdakı ermənilərlə konfidensial təmaslar olmuşdu. Ancaq dünənki görüş ilk rəsmi təmasdır və bununla da yeni bir mərhələniin əsası qoyulmuş oldu.
Görüşdə Qarabağ ermənilərinini separatçı rejimin təhlükəsizlik şurasınln katibi təmsil etsə də, o, bu görüşdə rəsmi vəzifəli şəxs kimi deyil, Qarabağ erməni əhalisinin təmsilçisi qismində qəbul edilib.
Bu görüşün Rusiya sülhməramlılarının Xocalıdakı ofisində keçirilməsi və masanın başında rus hərbçilərinin oturması diqqəti çəkməyə bilməz. Görünür Azərbaycan və Ermənistan arasında danışıqlardan kənarda qalan Rusiya indi də bu müzakirələrdə yer almaqla özünün sülh prosesində iştirakını saxlamağa çalışır. Ancaq aydındır ki, Azərbaycan ərazisində otrub danışıqlara öz hərbiçiləri vasitəsilə “ev sahibliyi” edən Moskva sülhüh əldə olunmasında deyil, əksinə, gərginliyun saxlanılmasında maraqlıdır.
Çox böyük ehtimall ki, Rusiyanın bu danışıqlarda vasitəçiliyi Lavrovun son Bakıya səfəri zamanı razılaşdırılıb.
Bu danışıqların başlanması Azərbaycan milli maraqlarına uyğun hesab oluna bilər . Çünki bu müzakirələr Qarabağ məsələsini Ermənistan və Azərbaycan danışıqlarının predmeti olmaqdan çıxarıb Bakının qərar verəcəyi daxili məsələyə çevrir. Həm də danışıqların nəticəsindən asılı olmayaraq Azərbaycan beynəlxalq aləmə göstərir ki, Qarabağdakı ermənilərə qarşı diskriminasiya mövqeyindın çıxış etmir və onlarla reinteqrasiya prosesini müzakirə etməyə hazırdır. Artıq AB – nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovi Klar bu danışıqlar barədə öz müsbət münasibətini bildirib.
Bu baxımdan bu gün önəmli olan konkret nəticələrdən daha çox, danışıqların prosesinin özünün Azərbaycanı maraqlarına uyğun olmasıdır. Baxmayaraq ki, ilk danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilib, ancaq, növbəti raundlarda bu görüşləri rusların iştirakı olmadan ikitərəfli qaydada davam etdirmək mümkün olacaq. Münxen təhlükəsizlik konfransında Azərbaycan və Ermənistan rəhbərinin görüşündə ATƏT – n milli azlıqlar üzrə nümayəndəsinin Qarabağ icması ilə keçiriləcək görüşlərdə iştirakı barədə razılaşmanın olması da onu deməyə əsas verir ki, bir müddətdən sonra bu görüşlərdə moderatorluq Qərbə keçəcək. 44 günlük savaşdan sonra Azərbaycan – Ermənistan arasında sülh danışıqları da Rusiyanın vasitəçiliyi ilə başlamışdı, ancaq, bu gün bilindiyi kim bu proses Qərbin nəzarəti altında davam etməkdədir. Bu məsələyə Qərbin milli azlıq kontekstindən yanaşması status barədə iddiaların bəri başdan qəbul edilməməsi edilməsi deməkdir və Azərbaycanın milli maraqlarına tam uyğundur.
Nəticəyə gəldikdə isə bu gün hələ hər hansı uğura ümid etmək hələ tezdir. Görüşdən sonra Araik Arutunyanın verdiyi açıqlamalar hazırkı konyukturaya görədir və Rusiyanın təsirini əks elətdirir. Ona görə də gələcək üçün heç bir real mahiyyət daşımır. Bir danışıqla hər şeyin dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Bu səbəbdən də məsələyə Arutnyanın açıqlaması əsasında qiymət vermək doğru olmazdı.
Bizim üçün önəmli danışıqlar prosesin özünün gətirəcəyi faydadır. Çox böyük ehtimalla real nəticələr Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi imzalandıqdan və Rusiya “sülhməramlıları” danışıqlardan kınarlaşdırıldıqdan sonra mümkün olacaq
Fuad Gahramanlı