KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Fuad Gahramanlı: Qərb Qafqazda Rusiyanı Türkiyəyə uduzdurur ?

Fuad Gahramanlı: Qərb Qafqazda Rusiyanı Türkiyəyə uduzdurur ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
106 0

Azərbaycan öz böyük qardaşını dəyişirmi ?

ABŞ Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında maneəsini aradan qaldırmaq üçün Türkiyənin bu prosesdə rolunu artırmağa çalışır. ABŞ Cənubi Qafqazda Türkiyənin iştirakıına dəstək verməklə Bakının Moskvanın təsir dairəsindən çıxarmağa çalışılır. Bu isə yaxın gələcəkdə Rusiya ilə Azərbaycan arasında geosiyasi ziddiyyətlərin yaranması, indiki yaxınlığın keçmişdə qalacağı ehtimalını yaradır. Türkiyə isə Qərbin dəstəyini alaraq Cənubi Qafqazda Rusiyanın boşalan yerinə idda edir.

Ötən gün Türkiyə Prezidenti Ərdoğanla Bayden arasında baş tutan 1 saata yaxın telefon danışığından sonra Türkiyənim Xarici işlər naziri Hakan Fidanın Bakıya gələrək ölkəsinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək verdiyini bildirməsi heç də təsadüfi deyil.
Bundan əvvəl isə Türkiyə xarici işlər naziri Hakan Fidan la ABŞ Dövlət katibi Entoni Blinken arasında məhz Azərbaycan və Ermənistan arasındakınsülh danışıqları müzakirə edilmişdi. Bu danışıqlardan sonra verilən açıqlamalardan belə məlum olur ki, ABŞ və Türkiyə arasında strateji razılıq əldə olunub.

Bu danışıqlarln nəticəsi olaraq Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, ölkəsi Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində səmərəli rolunu təqdir edir. Açıq şəkidə görünür ki, Qərb Azərbaycanı Türkiyənin himayəsi ilə Rusiya təsirindən çıxararaq sülh prosesində iştirakına və regionda dayanıqlı sülhün yaranmasına nail olmaq xətti tutub. Bu da Türkiyə üçün yeni geosiyasi fürsətlər açır.

ABŞ hesab edir ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına maneəsini aradan qaldırmaq üçün mütləq region ölkəsi kimi Türkiyənin bu prosesdə iştirakına ehtiyac var. Əvvəlki təcrübələr də onu göstərir ki, sülh prosesində baş verən qırılmalar , məhz, Rusiyanın müdaxiləsi nəticəsində baş verib. İndiki yeni mərhələdə bunun qarşısını almaq üçün isə mütləq region ölkəsi kimi Türkiyənin bu prosesdə fəal iştirakına ehtiyac var. Çünki Qərblə münasibətlərdə çəkingən davranan Bakını sülh prosesində iştiraka təşviq etmək və Rusiyanın təsir dairəsindən çıxarmaq üçün Qərblə yanaşı Türkiyənin vasitəçiliyi və himayəsi də tələb olunur.

Bakının bu ərəfədə böyük qardaş statusunu Türkiyəyə verməsi yaxın gələcəkdə Rusiya ilə Azərbaycan arasında geosiyasi ziddiyyətlərin yaranması, indiki yaxınlığın keçmişdə qalmacağı ehtimalını da yaradır. Türkiyə isə Qərbin dəstəyini alaraq geosiyasi fürsətdən istifadə edərək Cənubi Qafqazda Rusiyanın boşalan yerinə idda edir.

Əslində sülh danışıqlarına paralel olaraq Türkiyənin Cənubi Qafqazda rolunun artması Azərbaycanınnda strateji maraqlarına tam uyğundur. Çünki bu format Rusiya ilə birbaşa quru və su sərhəddi olan Azərbaycan üçün həm də etibarlı təhlükəsizliklə təminatı yaradır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir