KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyan narahatdır

Kənan Novruzov: Paşinyan narahatdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
157 0

Ermənistan hökumətində “Yarpaq tökümü başlayır ”: Paşinyan narahatdır, çünki…

Ermənistanın baş naziri Nikol Paşinyan komandasında “kadr təmizləməsi” həyata keçirmək qərarına gəlib. Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, N.Paşinyan hakim partiya – “Mülki müqavilə”nin üzvü olmayan, onun ideyalarını bölüşməyən və “bitərəf qalmağa cürət edən” bütün məmurları, hətta yüksək rütbəli şəxsləri də mümkün qədər tez işdən çıxarmağı tapşırıb. Bura səhiyyə, idman, təhsil, o cümlədən orta məktəblər və uşaq bağçaları da daxildir.
İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının direktorunun işdən çıxarıldığı barədə məlumat yayıb. Mənbələr deyir ki, əsas səbəb onların hakim partiyanın üzvü olmamaları olub.

“Beləliklə, deyə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən “məxməri inqilabçı”lar heç bir tənqidə, müxalifətin bəyanatına, fikir ayrılığına dözmürlər”, – nəşr qeyd edib.

Ermənistan mediasında zaman- zaman belə iddialar dərc olunub. Həmçinin müxtəlif vaxtlarda Paşinyanın komandasında gözlənilməz kadr islahatları həyata keçirməsini də müşahidə etmişik. Bu baxımdan “Joxovurd”un iddia etdiyi kimi, gələcəkdə kadr islahatlarını yeni dalğasının başlanması mümkündür. Hətta yaxın günlərdə bunun ilkin addımlarını görə bilərik.

Məsələ ondadır ki, hazırda davam edən proseslər, o cümlədən gündəlikdəki sülh prosesi Ermənistan üçün kifayət qədər ağrılı qərardır. Ermənistan hakimiyyəti uzun illər xarici qüvvələrin təsiri altında hərəkət edib. Bu gün də müxtəlif üçüncü güclərin rəsmi İrəvana təsiri var. Üstəgəl, daxildəki radikal kəsim hələ də “mübarizəni” davam etdirməkdə israrlıdır.
Ermənistanda hakim partiyanın siyasətinə qarşı çıxan siyasi xadimlər, vəzifəli şəxslər heç də az deyil. Onlar Paşinyanın nəinki siyasətinə, həm də şəxsi təhlükəsizliyinə və hakimiyyətinə təhdid yaradırlar. Başqa sözlə desək, hakimiyyətin “əl – qolu bağlanır”.

İndi İrəvanın prioriteti sülh müqaviləsidir. Ermənistan hakimiyyəti başa düşür ki, bundan başqa yolu, sülhün alternativi yoxdur. Amma daxildə bu istiqamətdə atılacaq addımlara mane ola biləcək adamlar var. Ona görə də Paşinyan kifayət qədər cəsarətli addımlar ata, siyasi iradə ortaya qoya bilmir.

Ola bilsin, Paşinyan artıq müəyyən “siqnallar” hiss edib. Başa düşür ki, bundan sonrakı addımlar ona qarşı narazılığı artıra bilər.

Çox güman, Paşinyan sülh müqaviləsi istiqamətində daha ciddi addımlar atmaq üçün əvvəlcə “təmizlik” etməyə çalışır.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir