KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Moskvaya dron hücumu nəyə xidmət edir?

Fuad Gahramanlı: Moskvaya dron hücumu nəyə xidmət edir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
166 0

Hədəf təkcə Rusiya deyil, həm də Qərbdir.

Ukraynanın dünən Moskvaya etdiyi dron hücumu, əslində Qərbin Kiyev qarşısında qoyduğu “Rusiyanın içərilərini vurmaq olmaz” tələblərini aradan qaldırmaq üçündür. Bununla Ukrayna hərbi komandanlığı Qərb liderlərinə göstərir ki, Ukraynaya uzaq vuran silahlar verəndə buna görə Rusiyanın qəzəblənməsindən çox da qorxmayın, ürəkli olun.

Əgər Moskvaya kütləvi dron hücumu edilirsə və bunun müqabilində Rusiya indi etdiklərindən artıq heç nə edə bilmirsə, demək ki, cəbhə xəttinə yaxın Rusiya ərazilərinə də zərbələr endirilməndə beləcə qəbul etməli olacaq. Artıq Rusiyanın qırmızı cizgisi deyilən bir şey qalmayıb və Moskvaya edilən hücumlar indi belə toxunulmaz bir baryer olmadığını göstərir. Eyni zamanda Moskvaya zərbə endirən USQ-nin yaxın gələcəkdə Krımı hədəf almasına Putin özü də təbi bir hal kimi baxmağa məcbur qalacaq.

Dünən Baxmuta görə Şoyuqu və Gerasimovu təhqir edən Priqojin indi də Moskvaya edilən hücumlara görə Rusiya hərbi rəhbərliyini hədəf alıb. Bu da onu göstərir ki, Ukraynanın gözlənilən böyük hücuma başlaması, təkcə cəbhə xəttində deyil, həm də Rusiya hakimiyyətinin daxilində də çətin durum yaradacaq.

Bu arada Zelenski bildirib ki, Ukrayna ordusunun yerdəyişmə planlarını təsdiq edib və böyük hücum əməliyyatları hər an başlaya bilər. Ukrayna rəhbərliyi məqsədli şəkildə geniş miqyaslı hücum kampaniyası haqda tez – tez açıqlamalar verməklə, Rusiya ordusunu və rəhbərliyini psixoloji basqı altında saxlamağa, qarşı tərəfə qorxu aşılamağa çalışır. İndi Rusiya ordusu otrub haqqında danışılan böyük hücumu təlaşla gözləməkdədir.
Moskvaya edilən hücum həm də ön cəbhədəki rus əsgərinin nəzərindı Putinin əzəmətli avtoritetini sabun köpüyü kimi dağıdır. Ukrayna hərbi hücumdan öncə psixoloji hücumda ilk uğurlarınl qazanmış sayıla bilər.

 

Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir