KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. POLİTOLOQ GÜLNARA İNANC : “İRAN GÜCÜNÜ SINAYIR”

POLİTOLOQ GÜLNARA İNANC : “İRAN GÜCÜNÜ SINAYIR”

Gülnara İnanç Gülnara İnanç - - 10 dk okuma süresi
285 0

Cümə axşamı, 04 Yanvar 2018 14:29
POLİTOLOQ GÜLNARA İNANC : “İRAN GÜCÜNÜ SINAYIR”
Written by Gulnara
decrease font size increase font size Print Email
Politoloq Gülnara İnanc : “İran gücünü sınayır”
“Ethnoglobus.az” Beynəlxalq onlayn mərkəzinin direktoru, politoloq Gülnara İnanc

Dekabrın 28-də 2009-cu ildən bəri İranda ilk dəfə qızışan genişmiqyaslı etirazlar davam edir.

Etirazların İranın din mərkəzlərindən olan Məşhəddə başlaması və Qum şəhərinə də yayılması təsadüfi deyil. İranda mövcud qlobal korrupsiya və rüşvətxorluq ən geniş və daha ağır şəkildə bu beynəlxalq şiə ocaqlarında mövcuddur.

Lakin bundan əlavə iranlıları narazı salan dövlətin əsas iqtisadi qaynaqlarının yüksək rütbəli məmurlar və üləmaların əlində cəmlənməsidir.

Dindarlar və yüksək rütbəli məmurların maaşı sıravi vətəndaşlarınkindən 100 dəfələrlə yüksəkdir. Ruhanilərin və yüksək rütbəli məmurların xaricdə milyonları olduğu deyildiyi bir vaxtda, sıravi vətəndaşlar piramida bankların girovuna çevrilərək evsiz-eşiksizlərin sırasına qoşulub. Inflyasiya, bahalıq isə insanları ümidsizliyə uğradıb.

Bu etirazlar onunla fərqlənir ki, iranlılar hökumət rəhbərləri, korrupsiya, rüşvətxorluğa qarşı çıxış etməklə yanaşı, Ali dini lider Ali Xameneyi, İslam üsul idarəsinin devrilməsi, “Xizbulla”, “Həməs” kimi təşkilatların maliyyələşməsi, qonşu ölkələrin işinə qarşıraq milyardlarla pul xərcləməsi əleyhinə şüarlar səsləndirirlər, Ali dini lider Ali Xamneyinin əks olunduğu plakatlar yandırırlar.

Maraqlıdır ki, Məşhəd və Qum kimi beynəlxalq şiə dini mərkəzlərində etirazçılar şüarlarında şahı devirdikləri üçün peşman olduqlarını və ondan üzr istədiklərini bildirirlər.

Etirazçıların bütün şəhərlərdə “Bəsic” binalarına və miniklərinə hücum etməsi xüsusi diqqət çəkir. İslam inqilabı mühafizə korpusunun əməkdaşının qətlə yetirildiyi bildirilir. “Bəsic” könüllülərinin insanların həyatına sərhədsiz müdaxiləsi iranlıları narahat edir. “Bəsic” bir növ əxlaq polisi rolunu oynayır .

İctişaşlar demək olar ki, bütün ölkə ərazisinə yayılmasına baxmayaraq, iştirakçıların sayı o qədər də çox deyil. Mitinqlərə qoşulanlar əsasən fəhlələr, fermerlər, bir qisim tələbə, işsizlərdir.

Bundan əlavə, 2009 cu ildə “Yaşıl hərəkata” ziyalılar qoşulmuşdusa, hazırda onlar mitinqlərdə görünmür. Orta təbəqə, bazar adamı , Azərbaycan türkləri etirazlarda yoxdur. Tələbələrin və qadınların böyük əksəriyyəti də hadisələrdən kənarda qalıb.

Qeyd edək ki, İran qadınları cəmiyyətdə xüsusi aparıcı, israrlı, döyüşçü ruhlu gücə malikdir. Bizdə olan etibarlı məlumatlara görə ,Qərb institutları İran qadınları ilə qadın hüquqlarının müdafiəsi çərçivəsində üçüncü ölkələr üstündən fəaliyyət göstərir.

Orta təbəqə və İran bazarları işini durdurmadığından yanvarın 2-ə elan edilmiş ümummilli tətil baş tutmayıb.

Azərbaycan türkləri arasında milli etiraz şüurunun güclənməsinə baxmayaraq, onlar 2009-cu ildə olduğu kimi yenə susur. Ərdəbil və Urmiyədə azsaylı mitinqlər olsa da, Təbriz və türklərin sıx yaşadığı bölgələr bütünlüklə etirazlara qoşulmayıb.

Məsələ burasındadır ki, ötən həftə Təbrizin “Traxtorsazi” və “Persopolis” komandaları arasında görüşdə rəqib komandanın azarkeşləri tərəfindən Azərbaycan türklərinin ünvanına təhqiramiz ifadələr səslənib.

Amerikanın səsi radiosunun verdiyi məlumata görə, Azərbaycan türkləri sosial şəbəkələrdəki Azərbaycan dilində yazdıqları çağırışlar yönəldicilər tərəfindən silinib və buna görə üzr istəyiblər.

İqtidar Azərbaycan türklərinin fəallığını məhdudlaşdırmaq üçün hadisələrin ilk günü soydaşlarımızın sıx yaşadığı bölgələrdə kütləvi həbslər aparıb.

Əksinə, türklər bu hadisələrdən qisas üçün istifadə edə bilərdilərdə, bu, baş vermir.

Yanvarın 5-də “Traxtorsazi” Təbrizdə “İstiqlal” komandasını qarşılaycaq. Amma artıq azarkeşlər bildiriblər ki, təhqirə ədəbli davranışla cavab verəcəklər.

“Traxtorsazi” oyunları adətən milli , bəzi hallarda separatçı şüarların səsləndiyi meydana çevrilib. Son illər İran azərbaycanlalırının milli şüuru inkişaf edib, onlar ana dilində təhsil tələblərində israrlıdırlar. Hökumət bu sahədə bəzi vədlər və addımlar atsa belə, bunun yayındırıcı xarakter daşıdığı aşkardır.

Etirazlar artıq səngidiyindən yanvarın 5-i “Traxtorsazi” oyununun axarının ümumiran hərəkatına qoşulması ilə nəticələnməsi ehtimalı gözlənilmir.

Əgər indi İran türkləri proseslərə qoşulsa, situasiya dəyişəcəksə, mövcud hakimiyyət yox.

İsrailin debka.com saytı yanvarın 5-də cümə namazından sonra ictişaşların yenidən qızışacağının mümkün ola biləcəyi desə də, bunu zəif ehtimal kimi vurğulayır.

Hökumətin reaksiyası

İqtidar iştirakçıların sayının azlığını nəzərə alaraq hadisələrdə ciddi güc tətbiq etməyib-əsasən qaz bombaları,suvuran maşınlar və yüngül silahlar.

Ölənlərin sayının təxminən 20 olması da odlu silahdan az istifadə olunduğunu sübut edir. Min nəfərin həbs olunduğu bildirilir.

Hökumət hadisələrə cavab olaraq öz tərəfdarlarını küçələrə çıxarıb, etirazçılar İsrail və ABŞ-ın əlaltıları kimi qələmə verilib. Hadisələrdə Səudiyyə Ərəbistanının da hadisələrdə əli olduğu deyilir. Qeyd edək ki, debka.com saytı məlumatlarını İranın içindən, mitinqçilərin arasından olan mənbələrinə əsaslanaraq verir.

Adətən olduğu kimi cümə namazından sonra hökumət tərəfdarlarının da islam inqilabını dəstəkləyən mitinqi olacağını gözləmək lazımdır.

60/40 nisbəti

İranda hökumət tərfdarları və əleyhdarlarını 60/40 nisbətində dəyərlərdinmək olar. Vətəndaşlar siyasi mövqeyinə görə 3 hissəyə bölünür: İslami üsul-idarəsi tərəfdarları; iqtidarda hansı qüvvələrin olmasından asılı olmayaraq sosial durumunun yaxşılaşmasını istəyənlər ; dini dövlət sistemini bütünlüklə rədd edənlər.

Əgər dinə rəhbərliyə loyal olanlar etirazçıların cərgəsində sıx dayansalar , o zaman güc nisbəti islami hakimiyyətin əleyhinə dəyişəcək.

Elə isə, hökumət ortada qalan təbəqəni ələ almaq üçün təcili sosail, siyasi reformlara başlamalıdır. Amma son illər ərzində dəfələrlə reformlara başlansa da, dini klerikallar və dövlət aparatı arasındakı çəkişmələr onların reallaşmasına imkan verməyib.

İran xalqınının israrı

İqtidar ilk gündən silah işlədərək vətəndaşların ölümünə səbəb oldusa da, insanlar saylarının çox almadığına rəğmən etirazlarında israrlıdır.

İran xalqının milli kimliyi imperiya şüuruna əsalanan özünə hörmət üzərində qərar tutur. İxtişaşlardan çəkilmiş video kadrlarda da göründüyü kimi, insanlar güllə səsinə, qaz bombasının sağlamlıq üçün təhlükəsinə baxmayaraq , öz mövqeyində qalır.

Liderləri və fəaliyyət planları olmamasına , insan ölümlərinə baxmayaraq etirazçılar xaos yaratmadı, qaraguruha və başıpozuq toplusuna çerilmədi.

Yalnız hökumət qurumlarının binalarına hücumlar oldu və maşınları yandırıldı. Bazarlar və özəl müəssisələr mitinqçilərin aqressiyasının qurbanı olmadı.

Həbs olunanların qohumları həbsxanaların qarşısında etirazlara toplaşır.

Rəsmi qurumlar etirazçıları xarici kəşfiyyatın əlaltıları kimi dəyərləndirdi, bu isə o deməkdir ki, həbs olunanları edam gözləyir.

İran xalqı güc qurumlarının iş taktikasını bilir və əvvəlcədən bunları göz altına alaraq meydanlara çıxmışdı.

İranda gənclər arasında dini üsul-idarəyə etirazlar son illər vüsət alıb. Əylənməyi sevən iranlılar ölkəsində bundan məhrumdur. İranda gənc qızlar başı açıq şəkillərini yalnız sosail şəbəkələrdə paylaşmırlar, başı açıq şəkildə İran küçələrinə çıxaraq dini qadağalara etiraz edirlər.

Son etiraz mitinqlərində də baş örtüyünü açıb ağaca bağlayan bir qızın şəkli dünyanı dolaşıb.

İndiki mərhələdə etirazların gücü dağıdıcı deyil, bu güc ictimai-siyasi sistemi dəyişmək iqtidarında deyil. İctişaşlar cəmiyyətdə toplaşmış etiraz enerjisini dağıtdı, soyutdu. Amma heç nə dəyişməsə, ümidini itirmiş insanlar yenə də etiraz yolunu tutacaq.

Lakin hərəkatın nə proqramı , nə də lideri var. Proseslər qəfil başlayıb və öz axarı ilə gedir. Hansısa bir proses başlayırsa, o bir nəticə verməlidir, əks halda o, sönməyə doğru gedir.

Bu mərhələdə də İrandakı iğtişaşlar enişə doğru gedir. Meyvə hələ yetişməyib. Onun yetişməsi yaza qaldı.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir