KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Kiyev Rusiyanı öz içindən vurur

Fuad Gahramanlı: Kiyev Rusiyanı öz içindən vurur

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
122 0

Bu gecəki hücumlar nə deməkdir?

Bu gecə baş verənlər Ukrayna ordusunun artıq Rusiya daxilində əməliyyat qabiliyyətinə sahib olduğunu göstərir. Bu düşmənin hərbi potensialını və müharibə aparmaq imkanlarını zəiflətmək baxımından çox mühüm bir göstəricisidir. Gecə USQ Rusiyanın Pskov hərbi aerodromuna dronlarla zərbələr endirib və nəticə çox uğurlu alınıb. Hərbi aerodrom demək olar ki, yararsız vəziyyətə düşüb, yanacaq anbarı və rusların hələ öz etiraflarına görə 4 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsi məhv edilib.

Hazırda Bryansk, Tula vilayətləri ərazisində hərbi təyinatlı obyektlərdə də partlayışlar baş verməkdədir . Eyni vaxtlarda Rusiyanın içərilərində bir neçə şəhərə havadan zərbələri endirilməsi, sadəcə sıradan bir hərbi diversiya fəaliyyəti olmayıb, genişmiqyaslı hücum aktı kimi dəyərləndirilməlidir. Ukrayna təkcə öz ərazisində ön cəbhədə deyil, həm də müharibəni Rusiyanın içərilərinə daşıyaraq zərbə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə nail olub.

Bu baş verənlər həm də Qərbin Ukraynaya yardım məsələsində narahatlıqlarını aradan qaldırmağa təsir göstərəcək. Çünki Ukraynaya ağır silahların verilməsi məsələsində bəzi Qərb rəhbərləri narahat idilər ki, Kiyev bu silahlarla Rusiyanın daxilinə hücum edib Moskvanı daha da qəzəbləndirə bilər. Onlar bunun məsuliyyətini daşımaq istəmirdilər. Budur, Ukrayna göstərir ki, artıq Rusiyaya
belə hücumlar etmək iqtidarındadır və buna görə Moskvanın reaksiyasından heç də qorxmağına dəyməz. Bu baxımdan Rusiyanın daxilinə belə uğurlu hücum əməliyyatları həm də Qərbin Ukraynaya daha uzaq mənzilli silahlar verməsinə müsbət təsir edəcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir