KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: İran ilk dəfə ABŞ konsulluğu tərəfə raket atdı

Fuad Gahramanlı: İran ilk dəfə ABŞ konsulluğu tərəfə raket atdı

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
87 0

Orta Şərqdə müharibə təhlükəsi artır.

Orta Şərqdə vəziyyət getdikcə gərginləşir. İsrail Qəzzə zolağında törətdiyi böyük dağıntılara rəğmən hələ ki, başlatdığı hərbi əməliyyatı sonlandıra və HƏMAS-n müqavimətini qıra bilmir. O biri tərəfdən də Livandakı Hizbullahla ara – sıra baş verən sərhəd toqquşmaları hər an iri miqyaslı müharibəyə çevrilmək təhlükəsi daşıyır.

İsrail və Fələstin arasında hərbi toqquşma başlayanda ABŞ 70 – ə qədər F-35 daşıyan hərbi donanmasını regiona göndərərək münaqişənin genişlənməsinin qarşısını almaq istəyirdi. Ancaq son vaxtlar İranın proksi qüvvələri ilə İsrail və ABŞ arasında toqquşmaların artması bölgədəki gərginliyin getdikcə nəzarətdən çıxdığını göstərir.

Yəmən əhalisinin 25 faizini təşkil edən, ölkə ərazisinin 80 faizinə nəzarət edən İran dəstəkli Husilərin Qırmızı dəniz və Süveyş kanalı ilə hərəkət edən ticarət gəmilərinə qarşı başlatdığı hücumlar dünya bazarında neftin qiymətinin 3 dollara qədər bahalaşmasına səbəb olub. İndi bu yoldan istifadə çox təhlükəli olması səbəbindən alternatov yolla daşımaların müddəti 20-25 gün uzanıb. Husilər regiondakı ticarətin 40 faizinin aparıldığı Qırmızıdəniz – Süveyş kanalı istiqamətində basqınların dayandırılması şərti kimi İsrailin Qəzzaya hücumlarının durdurlmmasını tələb edirlər. Bu arada Husilər Qəzzaya yönəlik hücumlara cavab olaraq İsrailə 12 uzaq mənzili kamikadze dronu, 3 ballistik raket atsalar da bunların hamısı ABŞ tərəfindən havadaca məhv edilib. Aydın görünür ki, Husiləri dəstəkləyən İran onların vasitəsi ilə dünya dəniz ticarətini öz nəzarətində saxlayan ABŞ-ın Orta Şərqdəki dəniz hakimiyyətimi sarsıtmağa və həm də İsrailin hərbi əməliyyatları dayandırması üçün təzyiq etməyə çalışır.

2 gün öncə isə çox maraqlı və ilk dəfə görülən bir hadisə baş verdi. İran İslam İnqilabı Keşçiləri Korpusu İraqdakı ABŞ – Konsuluğu yaxınlığındakı iş adamlarının evlərinə və Ərbil Hava limanı ətrafındakı İŞİD əleyhinə beynəlxalq koalisiyanın ərazisinə ballistik raketlərlə zəbı endirdi və yaydığı bəyanatda İsrailin casus yuvasını dağıtdığını bildirərək edilən hücümun məsuliyyətini öz üzərinə götürdü. Hücum nəticəsində 4 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb. Düzdür Qasim Süleymaninin ölümündən sonra da İran boşaldılmış ABŞ bazası yaxınlığına, boş əraziyə raket atmışdı, ancaq o zaman bu daha çox daxili təbliğat üçün edilmişdi. İndi isə vəziyyət fərqlidir. Eyni vaxtda Suriya ərazisində İdlibdə İŞİD bazasına zərbə endirildiyi deyilsədə həmin ərazidə İŞİD – ə aid heç bir baza olmadığı aydın olub. Bu baş verən hadisə hər zaman proksi qüvvələr vasitəsi ilə ABŞ və İsraillə cırmaqlaşan İranın ilk dəfə açıq tərəf kimi öz adı ilə hərbi münaqişədə tərəf kimi iştirak etməsi deməkdir.

Bəs İran nədən öz proksi qüvvələri arxasında gizlənmə taktikasını dəyişərək belə bir addım atmağa qərar verdi. Bir müddət öncə İran İslam İnqilabı Keşikçiləri korpusunun Orta Şərqdəki bütün hərbi əməliyyatlarna rəhbərlik edən Qüds briqadasının komandiri Rza Seyid Əl-Musəvi İsrail tərəfindən öldürüldü Bu Qasim Süleymaninin ölümündən sonra İran üçün ən böyük itki hesab olunurdu. Ondan sonra isə HƏMAS-n ikinci şəxsi İranla əlaqələri kordinasiya edən Saleh əl – Əruni Livanda öz evində İsrail avia zərbəsi ilə məhv edildi. Sonra da Qasim Süleymaninin ildönümü mərasimində məlum partlayış baş verdi. Və bunun ardınca da ABŞ və İngiltərə aviasiyası Yəməndəki Husi bazalarına zərbələr endirməyə başladı. Bütün bunların fonunda İranın hərəkətsiz qalmaqda davam etməsi himayə etdiyi proksi qüvvələr arasında onun cəsarətsiz davrandığı, özü gizlənərək başqalarını istifadə etdiyi kimi fikirlər yaradıb Tehranın nüfuz və təsir imkanlarına ciddi zərbə vura bilərdi. Üstəlik nəzərə alsaq ki, Qasim Süleymaninin ildönümü mərasimində baş vermiş və 83 nəfərin ölümünə səbəb olmuş partlayışa görə İranın sərt bəyanatlarından sonra bir gözlənti də yaranmışdı və buna görə də Tehran cavab addımı atmalı idi.

Maraqlıdır ki, ABŞ və İngiltərə aviasiyasının Yəmənə endirdiyi zərbədən sonra Husilər adından yayılan bəyanatlarda ABŞ-a müharibə ellan etməklə yanaşı, İrandan da cavab addımları atmalı olduğu tələb edilirdi. Bu tələb onu göstərir ki, İran ənənəvi qaydada gizlənməkdə davam edib səhnəyə çıxmazdısa, öz istifadə etdiyi proksi qüvvələri ilə arasındakı bağın zədələmə bilərdi.
Eyni zamanda Tehran fərqindədir ki, İsrail təkcə Qəzza ilə kifayətlənməyərək İranın proksi qüvvələrinə zərbələr vurmaqla əsas strateji hədəfi kimi prosesi onun üstünə yönəldib öz əsas strateji rəqibini ilə məsələni birdəfəlik həll etməyə çalışır.
Xüsusi ilə də ABŞ hərbi donanmasının regionda olduğu bir vaxtda və İran dəstəkli qüvvələrlə Amerika hərbçiləri arasında toqquşmaların yaşandığı indiki şərait Tehran açıq səhnəyə çıxarmaq üçün yaxşı fürsət yaradır. Təsadüfi deyil ki, Pentaqon neçə vaxtdır İrana bağlı qüvvələərin ABŞ bazalarına atəş açdığı barədə məlumatlar yayır. Bu baxımdan Baydenin İranın Ərbildəki raket hücümlarına qarşı cavab tədbirləri görüləcəyini bildirməsi diqqət çəkir və gərginliyin İran, İsrail və ABŞ arasında birbaşa qarşıdurmaya çevrilmə ehtimalını artırır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir