KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Qoca Bayden hakimiyyətdən gedir?- Özü də etiraf etdi ki…

Kənan Novruzov: Qoca Bayden hakimiyyətdən gedir?- Özü də etiraf etdi ki…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
85 0

ABŞ Prezidenti Cozef Bayden respublikaçıların Ayova ştatında aparıcı namizədi Donald Trampı müxalifətin aşkar favoriti adlandırıb. Bu barədə xarici KİV məlumat yayıb.
“Deyəsən, Donald Tramp Ayova ştatında qalib gəlib. O, indiki mərhələdə müxalifətin aşkar favoritidir”, – C.Bayden söyləyib.
ABŞ-də seçkilərin ilkin mərhələsi artıq Ayova ştatında başlayıb. Tramp 52% dəstəklə ştata başçılıq edir.
İkinci yerdə respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb.
ABŞ-dəki prezident seçkilərinin nəticəsi, əlbəttə, dünyada baş verən siyasi proseslər üçün çox əhəmiyyətlidir .
Doğrudur, hələ ki, Tramp Respublikaçıların namizədi olaraq rəsmi şəkildə seçilməyib. Amma seçilməsi istisna deyil. Əgər belə olarsa, Baydenin işi daha da çətinləşəcək.
Hər iki tərəfin kifayət qədər tərəfdarı olsa da, hazırkı dövlət başçısı Baydenin reytinqinin getdikcə azaldığı görünür. Onun xarici siyasətdəki bəzi uğursuzluqları, habelə radikal addımları mövcud iqtidara qarşı narazılıqları artırır. Əlbəttə, Baydenin reytinqinin azalmasında onun yaşının, tez-tez yıxılmasının, çıxışları zamanı çaşmasının, unutqanlığının da müəyyən rolu var.
“Reuters” və “Ipsos”un birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, respublikaçıların 49 faizi Trampın yenidən ABŞ prezidentliyinə namizədliyini müdafiə edib. Respondentlərin 12 faizi ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin, 11 faizi Florida qubernatoru Ron Desantisin, 4 faizi iş adamı Vivek Ramasvaminin, daha 4 faizi isə Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristinin Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyib. Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya cavab verməyib.
Hazırda Trampla Bayden arasında kəskin mübarizə gedir. Hər iki siyasətçi fürsət tapan kimi bir-birini ittiham edir. Böyük “şahmat taxtası”nda baş verənlər də, sözsüz ki, prezident seçkilərinin nəticəsinə birbaşa təsir edəcək. Xüsusilə, Şərqi Avropa və Yaxın Şərqdəki proseslərin gedişi ABŞ-də prezident seçkilərinin nəticəsində həlledici faktor ola bilər. Əgər ABŞ-dəkı prezident seçkilərinə kimi Ukrayna təşəbbüsü ələ alsa və İsrail HƏMAS-la “Hizbullah” üzərində ciddi üstünlük əldə etsə, onda Baydenin şansı daha çox olacaq. Kiyevin geri çəkilməsi, eləcə də Təl-Əvivin məqsədlərinə çatmadan əməliyyatları dayandırması isə, əksinə, Trampın əlini gücləndirə bilər.
Hazırda hər iki siyasətçinin şansı aşağı-yuxarı eynidir. Bu mənada, qarşıdakı aylar hər iki tərəf üçün əhəmiyyətlidir. Doğrudur, ABŞ-də daxili və xarici siyasəti müəyyənləşdirən “dərin dövlət” var. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, konkret “qırmızı cizgilərdən” kənara çıxarılacağı ağlabatan görünmür. Amma Tramp hakimiyyətə gələrsə, ABŞ-nin xarici siyasətində müəyyən dəyişikliklərin olacağı da qaçılmazdır. Məlum olduğu kimi, Trampın hakimiyyəti dövründə Vaşinqtonla Moskva arasında münasibətlər daha loyal idi. Beləliklə, dediyimiz kimi, hər iki siyasətçinin şansı təxminən bərabərdir. Amma tamamilə sürpriz adın hakimiyyətə gəlməsi də mümkündür. ABŞ tarixində belə hallar olub.
Müasir ABŞ tarixində Respublikaçılarla Demokratların adətən bir-birilərini əvəz etdiklərini düşünsək, bu dəfə Respublikaçıların hakimiyyətə gəlmələri mümkündür. Bütün hallarda ölkədəki prezident seçkilərinin nəticəsi qlobal proseslərə təsirsiz ötüşməyəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir