KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: AŞPA olayı və geosiyasi korluq

Fuad Gahramanlı: AŞPA olayı və geosiyasi korluq

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
96 0

Hakimiyyətdə strateji analizlə məşğul olan varmı?

Bilmirəm Azərbaycan hakimiyyəti AŞPA – dakı son olaylardan sonra nə düşünür. Ancaq kənardan görünən odur ki, hakimiyyətin davranışları heç də strateji analizin nəticələrini əks etdirmir və daha çox ərköyün, emosional reaksiya xarakteri daşıyır. Ona görə də bu təhlili tənqid məqsədi ilə deyil, hazırkı situasiyanın geosiyasi mahiyyətini hakimiyyətdəkilərə aydınlaşdırmaq üçün yazıram.

AŞPA- nın Azərbaycan nümayəndə heyətinin mandatını təsdiq etməməklə bağlı qərarını təkcə bu qurumla münasibətlər çərçivəsində qiymətləndirmək, “onlar bizə heç nə edə bilməz” kimi qüsurlu məişət məntiqi ilə dəyərləndirmək doğru olmaz. Çünki AŞPA idiki qlobal geosiyasi qarşıdurma dönəmində birləşmiş Avropanın siyasi dəyərlərini birgə qorumaq və üzv ölkələrə (qonşulara) qəbul etdirməklə bu dəyərlər zəminində siyasi sərhədləri genişləndirmək funksiyasını həyata keçirir. Yəni 20 il öncədən fərqli olaraq bu gün AŞPA – nın həm də bir geosiyasi missiyası var. Ona görə də məsələyə geosiyasi baxımdan yanaşdıqda görmək olar ki, bu qurumla yaranan ixtilaf, təkcə bir qurumla konfliktə getmək deyil, bu son olay həm də bütövlükdə Avropa ailəsi ilə konfliktin tərəfinə çevrilmək anlamına gəlir. Bu isə o deməkdir ki əgər Azərbaycan öz siyasi kursunda redaktələr etməzsə konflikt təkcə AŞPA ilə yekunlaşmayacaq, irəlidə Avropa Birliyi və ABŞ – la da münasibətlərdə gərginliyin və qarşılıqlı etimadsızlığın artması gözləniləndir. Bu baxımdan AŞPA – nın son məlum qərarı Azərbaycanla bağlı güzəşt limitinin bitdiyini və digər Qərb institutlarının da növbəti bənzər kəskin addımlara hazır olduğunun anonsu kimi qiymətləndirilməlidir.

İndi ən çox soruşulan sual budur, “niyə məhz indi, axı eyni problemlər illərdir ki, var?”. Bu sualın ona görə əhəmiyyəti yoxdur ki, beynəlxalq məsələlər maraqlar və güc tarazlığı üzərindən dəyərləndirildikdə belə demoqogiyaya da gərək qalmır. Çünki Azərbaycan Qərb və Rusiya arasında geosiyasi qarşıdurmada açıq formada Moskvanın yanında yer alaraq Avropanın Cənubi Qafqazla bağlı planlarını pozmağa çalışır. Ermənistanla sülh imzalamaqdan yayınmaq, Zəngəzur dəhlizinə rus ordusunu gətirmək cəhdləri, AB- nin genişlənmə siyasətinə müsbət cavab verməmək və. s məsələlərdə Azərbaycan Rusiyanın müttəfiqi kimi davranaraq son zamanlar özünü Belorus kimi aparır.
O biri tərəfdən də hakimiyyət son repressiyalarla Qərb dəyərlərinə qarşı nifrətini nümayiş etdirərək, bu sərt siyasəti durdurmaqla bağlı çağrış və tələbləri iqnor edərək əməkdaşlığa maraqlı olmadığını nümayiş etdirir. Və Azərbaycan hakimiyyəti çox yanlış olaraq hesab edirdi ki, Qərb Azərbaycanı bu ampulada qəbul edərək ona əvvəlki illərdə olduğu kimi dözümlü yanaşacaq. Ona görə də Səməd Seyidova göstəriş verildi ki, AŞPA – da özünü elə aparsın ki, avropalılar Azərbaycanın çıxıb gedəcəyindən qorxub çox da dərinə getməsinlər. Ancaq bu onun tərəfindən uğursuz blef oldu və Azərbaycana qapını göstərməklə artıq heç nəyin əvvəlki kimi olmayacağını bildirdilər.

Azərbaycan hakimiyyəti Rusiya cinahında yer alaraq Qərbə qarşı özünü Belorus kimi aparmaqla onu göstərir ki, hazırda dünyada geosiyasi oyunları və güc tarazlığını strateji dəyərləndirə bilmir. Niyə? Aydın görünür ki, bütün hesablar Rusiyanın Ukraynada məğlub olmayacağı və Qərbə qarşı dirənən biləcəyi üzərində qurulub.

Ancaq nəzərə almırlar ki, Ukrayna cəbhəsindəki bu günkü durğunluq nisbi xarakter daşıyır və Ukrayna heç də ortada tək buraxılmayacaq. Son günlər Rusiyanın Avropaya hücum edəcəyi barədə geniş müzakirələrin genişlənməsi və NATO – nun 90 min əsgərlə təlimlərə başlaması reallıqdan daha çox Qərb strateji ağlının məhsulu olan böyük informasiya-təbliğat kampaniyasına xidmət edir əslində. Bununla Qərb cəmiyyətlərini şişirdilmiş Rusiya qorxusu ilə qorxudub Ukraynaya daha böyük yardımlar ayırmaq üçün böyük informasiya – psixoloji təsir əməliyyatı həyata keçirilir. Bu əməliyyatın nəticəsi olaraq bundan sonra qorxmuş ingilis, alman, fransız vətəndaşı Rusiya təhlükəsini önləmək üçün öz ödədiyi vergi hesabına daha böyük həcmli yardımlar ayırılnasına asanlıqla razı olacaq. AB- nin gələn ayın əvvəlində 22 milyard, Almaniyanın 7 milyard avro, İngiltərənin 3,2 milyard və ABŞ-n artıq həll edilmiş sayılan sadəcə gecikən 65 milyardlıq yardımını və nəzərdə tutulan aviasiya və raket sistemlərinin verilməsini də hesaba alanda, Ukraynnın Rusiya ilə bu resurs savaşında daha böyük imkanlara sahib olduğu görünür. Qarşıdakı mərhələ də ümum daxili məhsulu 47 trilyon olan Ramştayn dəstək qrupuna qarşı ÜDM – si 2 trilyon dollara çatmayan Rusiya hansı resurs və texnologiya ilə davam gətirə biləcək? Strateji ağıl dərk edir ki, bu şərtlərdə Rusiyanın savaşı davam etdirməsi, sadəcə öz resurslarını tükətməyı xidmət edir. Bu gün Ukraynana müharibəsi indiki halda strateji baxımdan Qərblə Rusiya arasında resurs savaşıdır, bunu anlamaq çoxmu çətindir? . Bunu görmədən gedib Putinin yanında yer almaq strateji baxımdan nə qədər doğru hesablamadır? Hansı məntiqə və arqumentlərə əsaslanıb Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətdən qurtulacağına inanmaq olar? Rusiyanln məğlubiyyəti yeni dünya düzəni layihəsinin iki strateji məsələsindən biri hesab olunur, Putin Ukraynada batrılmasa Çinə növbə çatmaz və layihə pozula bilər. Bunu anlamaq lazımdır.
Ukrayna ilə bağlı məsələ özü ayrıca bir təhlil mövzusudur və Qərbin Orta Şərq, Çin məsələsində strateji planlarını da nəzərə alanda Azərbaycan hakimiyyətinin indiki seçiminin nə qədər yanlış olduğunu görmək heç də xüsusi ağıl tələb etmir. Yazını böyütməmək üçün bu mövzuya detallı tpxunmuruq. Sadəcə maraqlıdır bütün bunların fonunda Azərbaycan hakimiyyəti qərar verərkən heç olmasa yeni geosiyasi çağırışları nəzərə alırmı, bir- biri ilə rəqabət aparan tərəflərin güc nisbətinin strateji analizini aparırmı? Belə görünür ki, yox. Heç olmasa qardaş Türkiyənin İsveçin NATO üzvlüyü məsələsində hansı mövqe tutduğuna baxıb müəyyən nəticələr çıxarmaq olar.

Bəs bu siyasət dəyişməyəcəyi təqdirdə nə gözlənilir? Böyük ehtimalla 7 fevral prezident seçkisi qeyri legitim elan olunacaq, Azərbaycanla Qərb qurumları arasında əməkdaşlıq imkanları aradan qalxacaq, hakimiyyəti təmsilçilərinə və onların Qərbdəki aktivlərinə qarşı sanksiyalar gündəmə gələcək , bu sanksiya təhlükəsi təəssüf ki, dövlətin neft qaz sektorunu da təhlükə altına ala bilər, Qarabağda baş verənlər bəhanə kimi istifadə edilərək milli maraqlarımızı təhdid edən qərarlar üçün zəmin yaranar, ölkə beynəlxalq təcridlə üzləşib ağır iqtisadi böhrana məruz qalar, Rusiya və İran bu vəziyyətdən faydalanaraq öz maraqlarını diktə etmək imkanı əldə edər və. s. Və bu qədər riskə dəyirmi, bunu qiymətləndirməyi hakimiyyətin öz öhdəsinə buraxaq. Ancaq bu vəziyyət də uzun müddət davam edə bilməz, çünki Rusiyanın Ukrayna məğlubiyyətindən sonra bütün bunların hesabının sorulacağı zaman gələcək. Ona görə də düşünmək lazımdır, çünki məğlub Rusiya ilə birgə olmaq da hakimiyyətin uzunmüddətli davamı üçün təminat vermir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir