KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Azərbaycan Avropa Şurasından çıxmaq proseduruna müraciət edə bilərmi

Aqşin Kərimov: Azərbaycan Avropa Şurasından çıxmaq proseduruna müraciət edə bilərmi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
97 0

Bu barədə APA məlumat yayıb. Buna səbəb Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı siyasətidir.

Bildirək ki, AŞPA 2024-cü ilin qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib.

Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.

Bəs ümumilikdə Avropa Şurasından çıxmaq proseduru necədir?

Qurumdan çıxmaq prosesi London Müqaviləsi kimi də tanınan Avropa Şurasının Nizamnaməsi ilə müəyyən edilir.

Xatırladaq ki, bu zamana qədər Yunanıstanın və Rusiyanın Avropa Şurasından çıxması qeydə alınıb.

Belə ki, 1969-cu ilin 12 dekabrında Yunanıstan Avropa Şurasını tərk edib. Buna 1967-ci ildə Yunanıstanda baş vermiş hərbi çevriliş səbəb olub. Hərbi çevrilişdən sonra Yunanıstanın Avropa Şurası ilə münaqişəsi başlayıb və qurumun ölkədəki vəziyyətə dair hesabatı qırılma nöqtəsi olub. Lakin bir neçə il sonra – 1974-cü ilin 28 noyabrında Yunanıstan yenidən Avropa Şurasına üzv olub.

Rusiyaya gəlincə, o, 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibəyə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.

Avropa Şurasının Nizamnaməsinə görə, üzv dövlətin qurumdan iki yolla çıxması mümkündür: bunlar ya Şuradan çıxmaq və ya Şuradakı üzvlüyü dondurmaqdan ibarətdir.

Avropa Şurasının istənilən üzvü qurumun baş katibinə çıxmaq barədə niyyətini bildirən rəsmi məlumat verməlidir. Bu cür geriçəkilmə maliyyə ilinin ilk doqquz ayı ərzində verildiyi təqdirdə maliyyə ilinin sonunda qərar qüvvəyə minir.

Bildiriş maliyyə ilinin son üç ayında verilirsə, o, növbəti maliyyə ilinin sonunda qüvvəyə minir.

Avropa Şurasından çıxmaq üçün digər prosedur Nizamnamənin 3-cü maddəsi ilə əlaqəlidir.

3-cü maddəyə əsasən, Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və onun yurisdiksiyasına daxil olan bütün şəxslərin insan hüquqları və əsas azadlıqlardan istifadə etməsi prinsiplərini qəbul etmək öhdəliyi götürür.

3-cü maddəni ciddi şəkildə pozmuş Avropa Şurasının hər hansı üzvü öz nümayəndəlik hüququndan kənarlaşdırıla bilər. Bundan başqa, onun Nazirlər Komitəsi tərəfindən üzvlükdən çıxması tələb oluna bilər.

Avropa Şurasının Azərbaycanı bu tövsiflə qurumdan çıxara bilmək hüququ yoxdur. Çünki hazırkı proses daha çox rəsmi Bakının bildirişi əsasında Avropa Şurasından çıxmağı hədəfləyir. Üstəgəl, Azərbaycan öhdəliklərdən yayınmayıb, sadəcə, onun Avropa Şurasındakı interpretasiyası fərqli bir təəssürat yaratmağa söykənir.

AŞPA qalmaqalı: Azərbaycan Avropa Şurasındakı fəaliyyətinə yenidən baxa bilər

Avropa Şurası qoca qitədə, onun hüdudlarından kənarda demokratiya, insan hüquqları və qanunun aliliyini təşviq etmək missiyasını heçə sayır.

O, qlobal səhnədə, o cümlədən Cənubi Qafqazda dağılmış mozaikası ilə fırlanan Ermənistanın əlinə oynamağa davam edir.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) eyni prosesi Avropa yurisdiksiyasında əks etdirmək üçün əlindən gələni edir.

Ona görə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumdakı iştirakını qeyri-müəyyən müddətə dayandırması başadüşüləndir.

Çünki AŞPA Cənubi Qafqazda yaşananlar və Azərbaycanın maraqlarını irəlilətməyi fonunda Bakıya qarşı bəhanəli kodeksini işə salır.

Bildirək ki, AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verməsi qərəz və erməni təəssübkeşliyinin fonunda baş tutdu. Bu, qeyd etdiyimiz tezisin güclü versiya olduğuna dəlalət edə bilər.

Yəni AŞPA üçün Azərbaycandakı insan hüquqları mövzusu daimi bəhanədir və qurum bunun üzərindən Ermənistanın maraqlarını müdafiə edir.

Bununla da AŞPA hüquqi, parlament diplomatiyası istiqamətindənsə siyasi məcraya yönəlir və prioritetlərini, qurumda təmsilçilik hüququndakı bərabərlik prinsipini tanımadığını aşkar şəkildə bəyan etməkdən çəkinmir.

Bu, AŞPA-nın missiyasının təhlükəsizlik, daha sabit qlobal nizam qurmağa xidmət etmədiyinin göstəricisidir. AŞPA üçün Azərbaycana qarşı qlobal diskursları möhkəmləndirmək və beynəlxalq rəyi mənfiyə kökləmək faktiki prioritetə çevrilib.

Buna görə də Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dayandırması düzgün bir addımdır, hərçənd ki, onun bərpası üçün danışıqların gedəcəyi istisna deyil.

Azərbaycan cavab addımı olaraq əlavə tədbir kimi ümumilikdə Avropa Şurasındakı fəaliyyətini nəzərdən keçirə bilər. Artıq bununla bağlı Azərbaycan mediasında da informasiyalar tirajlanır.

Azərbaycanla Avropa Şurası arasındakı gərginliyin sonluğunun necə bitəcəyini proqnozlaşdırmaq indiki mərhələdə çətin görünür.

Amma ehtimal ki, Avropadakı təsisatlar Azərbaycandakı növbədənkənar prezident seçkisinin nəticəsindən sonra Bakıya qarşı total hücumun növbəti mərhələsinə start verəcəklər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir