KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Vaşinqton “yaşıq işıq” yandırıb

Elhan Şahinoğlu: Vaşinqton “yaşıq işıq” yandırıb

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
42 0

Yaponiya təhlükəsizlik siyasətinə yenidən baxır. Tokio beş il ərzində ölkənin müdafiə xərclərinə 290 milyard dollardan çox vəsait ayıracaq. Bu hesabla Yaponiya hökuməti hər il ümumi daxili məhsulun 2 faizdən çoxunu müdafiə və təhlükəsizlik sahəsinə xərcləyəcək. Tokio eyni zamanda ölkənin raket arsenalını artırmağa hazırlaşır. Yaponiyanın baş naziri Fumio Kiside mütəxəssislərin hazırladığı hesabat əsasında 4 il ərzində ABŞ-dan yeni raketlər alacaq, mövcud olanları isə modernləşdirəcək.

Tokio nədən ölkənin təhlükəsizliyi gücləndirməyə və müdafiə xərclərini artırmağa qərar verib?

Yaponiya 3 istiqamətdən təhlükə gözləyir: Şimali Koreya, Çin və Rusiya. Tokionun bu 3 ölkə ilə münasibətlərində gərginlik mövcuddur. Şimali Koreyanın diktatoru dünyanı və qonşu ölkələri nüvə başlıqlı raketlərlə qorxudur, tez-tez sınaqlar həyata keçirir ki, həmin raketlər Yaponiyanın sərhəd sularına yaxın ərazilərdən keçir. Çin hərbi arsenalını gücləndirir, okeanlara nüvə başlıqlı yeni hərbi gəmilər buraxır. Pekinin Tayvanı nəzarətə götürməsi istəyi də Tokionu narahat edir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Moskva-Tokio münasibətlərini gərginləşdirib. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarına dəstək verib. Bundan başqa Kremlin Kuril adalarıyla bağlı sərt mövqeyi də Tokio ilə münasibətlərdə əlavə gərginlik yaradır.

Yaponiyanın “Nikkei” qəzetinin yazdığına görə, Tokio əlində olan raketlərin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır. Bu raketləri təyyarə və hərbi gəmilərdən də düşmən hədəflərə yönətlmək mümkün olacaq. Hazırda mövcud raketlərin uçuş məsafəsi cəmi 100-200 kilometdir və bu məsafə Yaponiyanın təhlükəsizliyinə cavab vermir.

Yaponiyanın bu planları başlıca olaraq Çinin xoşuna gəlməyəcək. Ancaq Çinin özü uzaq məafəli ballistik raketlərin istehsalını artırıb. Həmin raketlər Yaponiya sahillərini hədəf götürə bilər. Mövcud vəziyyət Çin-Yaponiya iqtisadi münasibətlərinə də mənfi təsir edəcək.

Yaponiyanın raket istehsalını artırmasını və modernləşdirməsini müttəfiqi Vaşinqton da dəstəkləyir. Vaşinqton İkinci Dünya müharibəsindən sonra məğlub olan Yaponiyanın yenidən güclü ordu yaratmasını qadağan etmişdi. ABŞ uzun illər bu siyasətə üstünlük verib. Ancaq dünyada və bölgədə geosiyasi vəziyyət dəyişib. Şimali Koreya, Çin və Rusiya ABŞ-ın da rəqibləridir. Vaşinqton bu 3 ölkə ilə mübarizə aparır. Vaşinqton onu da istəyir ki, müttəfiqi Yaponiya da ABŞ-la birgə rəqib ölkələri mübarizədə fəal olsun. Bunun üçün də Yaponiyanın yeni raketlər yaratmasına və modernləşdirilməsinə, o cümlədən büdcədə təhlükəsizlik xərclərinin artmasına icazə verilməlidir. Vaşinqton Tokioya yaşıl işıq yandırıb.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir