KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyanın Rusiyaya səfəri nəyi dəyişəcək?

Kamal Aliyev: Paşinyanın Rusiyaya səfəri nəyi dəyişəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
95 0

Nəhayət,Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Təşkilatının Sankt-Peterburqda keçiriləcək sammitinə yola düşüb.Hərçənd,Ermənistan hökuməti indiyə qədər Moskvanın himayəsi altında keçirilın(KTMT toplantıları da daxil)bütün görüşlərdən imtina edirdi.Görünür,Paşinyana bu dəfə dəvət birbaşa Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən gəldiyi üçün o,səfərdən imtina etməyib.

Yeri gəlmişkən,Azərbaycan prezidenti İlham Əliyevin də Sank-Peterburqa gedəcəyi və həm Aİİ-nin həm də MDB-nin qeyri-formal zirvəsində iştirak edəcəyi gözlənilir.Maraq kəsb edən məqam ondan ibarətdir ki,Sankt-Peterburqda İlham Əliyev və Nikol Paşinyan arasında görüşün baş tutub tutmamasıdır.

Belə ki,bu ilin mayında Avrasiya İqtisadi İttifaqının zirvəsində Əliyev və Paşinyan arasında hətta mübahisə yaranmışdı.Məlum mübahisə predmeti də Zəngəzur dəhliziylə baglı olmuşdu.O zaman Paşinyan Zəngəzur dəhlizinin açılmasını Rusiyanın istədiyinə etiraz etmişdi.Reallıq budur ki,Əliyev həmin toplantıda Zəngəzur dəhlizinin açılmasının 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli müqavilınin 9-cu maddəsinə görə həyata keçirilməli oldugunu bəyan etmişdi.

Paşinyan hökuməti hal-hazırda Zəngəzur dəhlizinin açılmasına qarşı deyil,ancaq əsas tələb bundan ibarətdir ki,dəhliz boyunca təhlqkəsizli,gömrük xidməti Ermənistan dövlətinin suverenliyi altında olmalıdır.Bu,Rusiyanı,hətta Azərbaycanı da qane etmir.
Belə olan təqdirdə,Sankt-Peterburq görüşündə Zəngəzur dəhluziylə baglı hər hansı ümumi konsensusun əldə ediləcəyi gözlənilmir.
Ümumiyyətlə,Sankt-Peterburqda keçiriləcək görüşlərdə Rusiya və Ermənistan arasında hər hansı yumuşalmanın baş verməsi az ehtimal edilir.Bu gün faktiki olaraq,Paşinyan Ermənistanının əsas hədəfi maksimum Rusiyanın təsir orbitindən uzaqlaşmaq və Qərbə yaxınlaşmaqdır.Paşinyan onu da dərk edir ki,indiyə qədər Rusiyays qarşı demarşlarını Moskva cavabsız qoymayacaq.Bu baxımdan,Paşinyan hökumətinin başqa yolu qalmay
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir