KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Bölgede neler oluyor

Elhan Şahinoğlu: Bölgede neler oluyor

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
101 0

Gürcistanda ne olacak
Gürcüstanda keçirilən Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi yenidən müzakirə olunacaq. Tədbirdə həm Azərbaycanın baş naziri Əli Əsədov, həm də Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər. Onlar arasında görüşü istisna etmək olmaz. Rəsmi Bakı Tiflisin vasitəçiliyinə müsbət yanaşır, rəsmi İrəvanın cavabı gecikir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili açılış nitqində Gürcüstan hökumətinin “Dinc Qonşuluq Təşəbbüsü” irəli sürdüyünü, o cümlədən Gürcüstanın qonşu və dostları Azərbaycan və Ermənistanla Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazır olduğunu bildirib. İrakli Qaribaşvilinin bu mesajı ilk növbədə erməni həmkarına yönəlib. Çünki Azərbaycan Qaribaşvilinin hər iki təşəbbüsünə əvvəldən razıdır. Ancaq Nikol Paşinyan İrakli Qaribaşvilinin təkliflərini qəbul etmək əvəzinə uzaq Fransanın ətəyindən yapışmaqda davam edərsə, nəticə olmayacaq.

Fransa Ermenistan’a mı yerleşiyor

Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur. Ermənistanda möhkənlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqının və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil.
Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq. Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq. 1.Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək; 2.Rusiya öz bazarını Ermənistan məhsullarına qapadacaq; 3.Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq. Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?

Zengezurda konsolosluk yarışı

İranın ardınca, Rusiya və Fransa Qərbi Zəngəzurda konsulluq açmağa hazırlaşırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, digər ölkələr də Zəngəzurda diplomatik nümayəndəliklər açmaq istəyirlər. Yəqin bu dövlətlərdən biri də Kanada olacaq. Bu ölkənin İrəvanda səfirliyi elə bu gün açıldı. Bu dövlətlər İrəvanın ağlaşmalarına və Qərb mediasında “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirəcək” səpgili yazılara o qədər inanıblar ki, konsulluq vasitəsilə buna mane olacaqları qənaətindədirlər. Zəngəzur dəhlizinə marağımız azalıb, Ermənistan ərazisinə də müdaxilə etmək planımız yoxdur, bu ölkələr konsulluq xidmətləri açmaqla boşuna pul xərcləyəcəklər, illər keçdikdən sonra da bağlamaq məcburiyyətində qalacaqlar. Çünki konsulluq xidmətlərinin məqsədi həmin ərazilərdə vətəndaşlarına xidmət etməkdir, Fransanın Qərbi Zəngəzurda konsulluğuna müraciət edəcək nə qədər vətəndaşı var?

Zengezur görüşmelerine ara verilmeli mi

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər Zəngəzur dəhlizi ilə bağlı danışıqlara və bu mövzunun müxtəlif səviyyələrdə müzakirəsinə fasilə vermək lazımdır. Alınmır. Dəhlizin İrandan keçməsi üzərində çalışmaları sürətləndirməyə ehtiyac var. Azərbaycanla İran arasındakı münasibətlərdə bəlli suallara rəğmən, dəhlizin varlığı hər iki ölkənin xeyrinədir. Azərbaycan, Türkiyə və İran qazanacaq, itirən yenə Ermənistan olacaq.
Brüksel görüşmesi niye olmadı
Oktyabrın ayının sonu üçün nəzərdə tutulan Brüssel görüşü niyə baş tutmadı? Məsələ burasındadır ki, Brüsseldə oktyabrın 26-27-də Avropa İttifaqı liderlərinin sammiti də nəzərdə tutulub. Avropa İttifaqı ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, liderlər xarici siyasətlə bağlı digər məsələləri, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmamasını bu sammitlə əlaqələndirmək olar. Şarl Mişel ilin əvvəlindən Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşlər təşkil edib və bu görüşlər hansısa sammitlə əlaqələndirilməyib. Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasındakı son görüşləri isə Avropa İttifaqının müxtəlif sammitlər çərçivəsində həyata keçirməyə çalışır. Fransanın liderliyə can atdığı həmin sammitlərdə isə Azərbaycan hədəf götürülməyə çalışılır, bu da rəsmi Bakının haqlı narazılığına səbəb olur.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir