KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Fransa Ermənistanı yeni müharibəyə hazırlayır?

Kənan Novruzov: Fransa Ermənistanı yeni müharibəyə hazırlayır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
128 0

Fransanın mşəhur “Le Mond” nəşri yazıb ki, Fransa Ermənistana yüz milyonlarla avro dəyərində silah-sursat satır. Bildirilib ki, hərbi yardım təkcə birgə təlimlərlə kifayətlənmir, eyni zamanda Fransa Ermənistana müxtəlif texnikalar, o cümlədən zenit-raket kompleksləri satır.
Qeyd olunub ki, söhbət Ukraynaya göstərilən silah tədarükündən deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir.
Nəşrin yazdığına görə, İrəvanın bu məbləği necə ödəyəcəyi hələ ki məlum deyil.
Məlum olduğu kimi, oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada həmkarı Sebastyan Lekornu ilə görüşüb. Nazirlər müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
Çoxlarına sirr deyil ki, rəsmi Paris xüsusilə son illər İrəvanı açıq-aydın dəstəkləyir. Bunun əsas səbəbi Fransanın Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfəri və regionda yaranan yeni reallıqları qəbul etmək istəməməsidir. Təsadüfi deyil ki, 2020-ci ildən sonra Fransanın Ermənistana dəstəyi daha da artıb.
Fransanın məqsədi Cənubi Qafqazdakı daimi gərginliyi təmin etməkdir. Çünki rəsmi Paris bu yolla regiona soxula bilir, öz maraqlarını təmin edir. Bu baxımdan nə 3+3 platforması, nə də sülh müqaviləsi Fransanın maraqlarına xidmət edir. Çünki hər iki versiya kənar güclərin, o cümlədən rəsmi Parisin regiona müdaxiləsinin qarşısını alır.
Fransa Ermənistanı silahlandırmaqla əslində bu dövləti “şirkinləndirir” və gələcək təxribatlara sövq edir. Beləliklə, rəsmi Paris həm də regional sabitliyə, sülh quruculuğu prosesinə zərbə vurur.
Fransanın Ermənistanı silahlandırması əslində rəsmi İrəvan üçün də o qədər xeyirli deyil. Məsələ bundan ibarətdir ki, Fransa bu yolla Ermənistanı özündən asılı hala salır.
İkinci bir tərəfdən, Fransa bu yolla Ermənistanı riskə atır. Fransa Ermənistanı silahlandırmaqla bu dövləti Qərblə Rusiya arasındakı potensial mübarizə meydanına çevrilir. Nəzərə almaq lazımdır ki, ABŞ da Ukraynanı məhz bu yolla poliqona çevirmişdi.
Açıq-aydın görünür ki, Fransa Ermənistanı yeni təxribata, bəlkə də, müharibəyə hazırlaşır. Bu isə ən çox İrəvanın özünə ziyandır. Paris Ermənistanı qurban verməyə hazırlaşır. İrəvan nə qədər ki, gec deyil bu yoldan geri çəkilməlidir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir