KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Elçin Xalidbəyli: Putin Paşinyanı təhdid edir: İrəvandan təxribat ssenariləri gözlənilir

Elçin Xalidbəyli: Putin Paşinyanı təhdid edir: İrəvandan təxribat ssenariləri gözlənilir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
31 0

“Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfəri böyük ehtimalla aprel ayında olduğundan o qədər də fərqlənməyəcək. Yəqin ki, Ermənistan baş naziri Nikol Paşinyana yenə də bir tərəfdən müxtəlif vədlər veriləcək, digər tərəfdən isə Kreml onu dolayısı ilə hədələyəcək”.

Onun sözlərinə görə, əsas tələblər isə böyük ehtimalla ABŞ və Qərbdən uzaq durulması və Brüssel anlaşmalarına əhəmiyyət verilməməsi ilə bağlı ola bilər: “Çünki, Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında qətiyyən maraqlı deyil. Ona görə də, baş nazir Nikol Paşinyana təzyiq göstərməklə, Brüssel anlaşmalarını və sülh sazişi ilə bağlı danışıqlar prosesini pozmağa çalışır. Yəqin ki, bu istiqamətdə erməni baş nazirə yeni təlimatlar da veriləcək”.

E.Xalidbəyli hesab edir ki, bu dəfə Putinin təsir rıçaqları daha çoxdur: “Təbii ki, aprel ayında olan səfərdən fərqli olaraq, bu dəfə Kremlin erməni baş nazirə təzyiq göstərmək üçün imkanları da genişlənib. Hər halda, revanşist erməni müxalifətinin Ermənistanda keçirdiyi kütləvi etiraz aksiyaları hazırda Rusiyanın maraqlarına tamamilə cavab verir. Kreml məhz revanşistlərin kütləvi etiraz aksiyalarından baş nazir Nikol Paşinyana təzyiq göstərilməsi və hətta onun hədələnməsi məqsədilə istifadə edə bilər. Yəni, Rusiyanın maraqlarına zidd mövqe tutmağa cəsarət edəcəyi təqdirdə, Kreml Paşinyan hakimiyyətini devirə biləcəyini növbəti dəfə erməni baş nazirə eyham vura bilər”.

Siyasi şərhçi onu da vurğuladı ki, Paşinyan hakimiyyəti isə hazırda belə hədəflərə qarşı davamsızdır: “Bu baxımdan, ehtimal etmək olar ki, Rusiyadan qayıtdıqdan sonra baş nazir Nikol Paşinyan hələ bir müddət Kreml sahibi Vladimir Putinin hədələrinin təsiri altında olacaq. Ona görə də, Ermənistanın yaxın dövrlərdə “təxribat siyasəti”nə və sülh sazişinin hazırlanması prosesinin ləngidilməsi cəhdlərinə sadiq qalacağı qətiyyən istisna deyil”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.