KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. DİLİMİZ MİLLİ KİMLİYİMİZ II DİL,ÜNSİYYƏT,KÜLTÜR VƏ MİLLƏT

DİLİMİZ MİLLİ KİMLİYİMİZ II DİL,ÜNSİYYƏT,KÜLTÜR VƏ MİLLƏT

Kafkassam Editör Kafkassam Editör - - 25 dk okuma süresi
304 0

Tarixdə nam salmış –NÜFUZ QAZANMIŞ millətlərin və onların kültürlərinin, mədəniyyətlərinin var olduğunu göstərən ən öndə dəlil(fakt) heç sübhəsiz ki, onların dilləridir. Məhz bu da bilinir ki ,bir milləti oluşduran , meydana gətirən təməl bağlardan -qavramlardan biri və ən əsası dildir. Bu araşdırmamızın mövsuzu dil qavramı,dil və düşüncə arasındakI əlaqə,dilin millətin və millətlərin kültürlərinin meydana gəlməsindəki rolu , biz Türklərin dili və önəmi olacaqdır.
Dil qavramı haqqında çox tanım vardır. Əski zamanlardan bəri dilbilimcilər(dilşünaslar) tərəfindən “dil” qavramı müxtəlif şəkillərdə tanımlanmış olsa da bu tanımlar arasında bir-birini hökmən boşa çıxaracaq düzeydə bir fərqlilik mövcud deyildir deyə bilərik.
Bunlarin bir qismi belədir: Tarixsəl, toplumsal və kültürəl bir olqu-qavram olaraq dil, insanın özünü və dünyanı anlamasını təmin edən və həmcinsləri- insanlar ilə ilətişimi- ünsiyyəti və anlaşmanı mümkün edən təməl insani yetidir(1). Məşhur dilbilimcisi,Türkoloq Muharrem Erginin düşüncəsinə görə isə “Dil insanlar arasında anlaşılmayı təmin edən təbii bir arac – vasitə, özünə məxsus yasaları – qanunları olan və ancaq bu qanunlar çərcivəsində gəlişən- inkişaf edən canlı bir varlıq ,təməli bilinməyən zamanlarda atılmış gizli anlaşmalar sistemi,səslərdən hörülmüş toplumsal bir qurumdur”. (2).Bu tanıma görə dil,yüzillər boyu gəlişərək meydana gəlmiş sosyal bir qurumdur.Milləti birləşdirməkdə və qorumada təsirli güclü bir ortaq mirasdır.Başqa bir ifadəylə dil , təbii və sistemli bir anlaşma vasitəsidir; milli kültürün aynası və daşıyıcısıdır; toplumun kültürəl dəyərlərini ifadə etmək üçün vasitə olarak birlik və bütünlüyü meydana gətirməkdə təsirli bir ünsürdür.(3).
Prof.dr. Necip Üçok ‘un dil haqqında maraqli bir tanımı belədir: “Bir-birinin dillərində anlâmayan iki insanı bir yerdə bağlayıb dünya ilə əlaqələrini kəsəlim. Bir zaman sonra onların əlləri ayaqları, qaşları gözləri ilə işarətdən başlayaraq yavaş- yavaş birbirlərinə duyqu, və istəklərini, gördükləri işləri bildirməyə yarıyacaq, anlatmaq qüdrətində olan bir vasitə meydana gətirdiklərini görərik (4). Ən geniş mənasıyla, yəni bir anlaşma vasitəsi olaraq əllər, ayaqlar və bənzəri araçlarla-vasitələrlə edilən işarətləri də içinə alan bu müəssəsəyə-biz Dil (Langage) adını veririk. “Dil “kəliməsi bizim hafizəmizdə canlandırdığımız xəyal anlam və kəliməyə əsaslanan(dayanan),yəni eşitmə duyğumuza xitab edən səslərdən meydana gəlmişdir.Bu baxımdan tədqiq edildiyi zaman da səslərdən meydana gəlmiş dil,eyni ilə qoxu,mimik ,işarət dili kimi bir simvoller sistemidir.” E.Winkler`in söylədiyi kimi (5) dil, bir topluluğun bütün keçmişi və həmçinin kültürünü, mizaç-xarakteri və təbiətini,duyqu və həssasiyətini,görənək və gələnəyini əks etdirən bir aynadır.
Prof.dr. Mehmet Kaplan dilin tanımını üç boyutda( ölçüdə) irəli sürmüşdür: Gənəl tanımı ilə “dil, bəzi səs və ya səs qruplarının o şeylərin xəyalını uyandırması sürəcindən ibarətdir”1 , işləvi baxımından “dil, vasitədən başqa bir şey deyildir 2 , mənəvî baxımdan isə “dil, həyatın aldığı bir şəkildir və millətin çağlar boyunca yaşadığı tarixin adəta özətidir- yansımasıdır..3. ”(6).
Başka bir deyimlə , dil insanlar arasında anlaşmayı təmin edən təməl qurucu ünsürdür. İnsan öncəliklə öz dilinin içində doğular və beləcə öz şəxsi varlıq alanını meydana gətirər. Dil, şəxsin və ya fərdin varlıq alanının səs, yazı və bədən dilinə dönüşmüş halıdır. Hər millət və onu oluşduran bireylər, öz dil aləmində kimlik qazanır. Bu baxımdan dil, keçmişdən gələn qiymətlərin- dəyərlərin, zehniyət və psixolojinin, fərd və cəmiyyətin bir ifadəsidir. Şahin (2014: 828) (7).
Dil ictimai bir müəssəsə olaraq insanlar arasında anlaşmayı təmin edən bir arac (Ergin,2009:3);toplumda ortaq dəyəri olduğu üçün sosial bir qurum( Karataş,2009:11) və çox yönlü ,fərqli özəllikləri olan qeyri-adi bir varlıqdır.(Aksan,2007:11).Tanımlardan da görüldüyü kimi dilin toplumsal özəlliyi önə çıxarılır.Akarsuya görə ,dil danışıldığı toplumun özəlliklərini ən yaxşı əks etdirən ünsürdür.Toplumun ortaya qoymuş olduğu kültürəl izləri dil ilə özünü göstərir. Platon, Kratylos adlı kitabında (yapıtında) dili “öz şəxsi düşüncələrini səsin yardımıyla, öznə və yükləmlər (mübtəda və xəbər) aracıyla anlaşılan duruma gətirmək”3 biçimində tanımlamışdır. (8).
Şərqdə və Türk İslam dünyasında qurulan ilk demokratik cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadə dili sosial bir olgu( ictimai bir amil) olaraq dəyərləndirir və dil haqqında düşüncəsi belədir: “İnsanlar arasında toplumsal dokuyu(cəmiyyəti) təşkil edən iki önəmli amil vardır. Bunlardan biri din,digəri də dildir.Bilindiyi kimi din müxtəlif dillərlə yaşana bilir.Din müxtəlif cinsdən olanları birləşdirdiyi halda, dil ancak bir növdən və bir cinsdən olan insanları birləşdirir”. “Həqiqətən də dil milləti ən gözəl təmsil edən amildir. Millət dil aracılığıyla(vasitəsiylə) özünü (məziyyət və mövcudiyyətini) anlada bilir.İnsan oğlunun sözü riyaziyyat və ya fənni qavramları andıran qarmaşıq kimya oyunları və ya simgələr deyildir. Canlı bir qavramdır, onun qanı vardır,canı vardır. Millətlə bərabər doğular, onunla birlikdə yaşar və tərəqqi edər- gəlişər”. (“Şelale” dergisi, 10 Ağustos 1913, Sayı: 27.)
Sizlərlə dilbilimcilər(dilşünaslar) və düşünürlərin “dil” qavramı haqqındakı müxtəlif tanımlanrını bölüşdüm və mühüm bir fərqlilik olmadığına şahid olduq. Ama dil qavramına dair bir çoxumuzun bildiyi və ən sadə tanım isə belədir:” DİL İNSANLARA ARASINA ÜNSİTYYƏT YƏNİ İLƏTİŞİM ARACIDIR-VASİTƏSİDİR.” Biz dilin önəmini daha dərindən anlamaq üçün bu tanımlamanı məna baxımından açmalıyıq. Deyirik “Dil ünsiyyət-iletişim vasitəsidir”.Öncəliklə “ ünsiyyət” ve ya “iletişm” nədir ? və ünsiyyət dediyimizdə nə nəzərdə tuturuq?
Sosial- Toplumsal bir varlıq olan insan, davamlı olaraq çevrəsiylə təsirlənmə və əlaqə qurmaq ehtiyacı içərsindədir. İnsanın biyolojik bir varlıqdan toplumsal bir varlığa dönüşməsini təmin edən ən önəmli ünsurun də iletişim- ünsiyyət olduğunu söyləmək mümkündür (Tuna, 2012, s.3) . İletişim qavramının kökəni Latınca “communis” terminindən gəlmişdir, İngiliscə və Fransızcadaki “communication” sözcüyünün qarşılığı olaraq dilimizdə istifadə edilir. İlətişim duyqu, düşüncə və istəklərimizi anlatmaq,bir-birimizlə sosial və və mədəni əlaqələr qurmaqdır. Biz bunu səslə və ya yazılı yol ilə edirik.Yəni dil insanların düşündükləri və duyqularını bildirmək üçün sözcüklərlə və ya işarətlərlə etdikləri anlaşmadır (TDK,2005). Dil kültür və mədəniyətin inkişafından insanların günlük həyatındakı problemlərin çözümünə qədər hər sahədə önəmli bir ilətişim aracıdır. (Özbay.2006,s2).(9)
Bu məqamda kültürdən də özəlliklə bəhs etmək gərəklidir.
Kültür bir millətin yüzillar boyunca oluşdurduğu alqı, ilgi, tutum və davranışlarla təzahür edən yaşam tərzi, maddî və mənəvî dəyərlərin toplamıdır və nəsildən nəslə miras olaraq ötürülərək gəlməkdədir. Kültür, həyatın hər mərhələsində insanı əhatə edən duygu və düşüncənin yaşama yansıyan hâlıdır. (Göçer, 2012) Türk milliyətçiliyini “ Türkçülük” adı altında sistemləşdirən böyük fikir adamı Ziya Göyalpə görə isə kültür, “Bir millətin dinî, əxlaqi, ağılı, estetik, lisani, iqtisadi və fənnî həyatlarının ahəngli bir bütünüdür” (10)
Mehmet Kaplan görə “kültür, bir topluluğu, bir cəmiyyəti, bir milləti millət edən və onu digər millətlərdən fərqləndirən həyat təzahürlərinin bütünüdür” . Həyat təzahürləri, hər millətin özünə aid olan və bu özü yansıtan millî və mənəvi dəyərlərdir. Bu dəyərlər; din, dil, örf və âdətlər (gələnək və görənəklər), dünya görüşü, yaşama tərzi, tarix, sənət, ədəbiyyat, coğrafiya… vb. ünsurlər olaraq qarşımıza çıxar. Bunların ən önemlisi dildir. Kültür oluşumu, gəlişimi- inkişafı, gələcək nəsillərə ötürülməsi vb. açılardan -bucaqlardan baxıldığında dilin işləvi və önəmini rahatlıqla görə bilərik.
Dil ilə kültür bir –biri ilə yaxından əlaqəli iki qavramdır. Dil kültürlə yaşar, kültür də dil ilə inkişaf edər və birikir-çoxalar (Günay, 1995). Dil bir kültürün ürünü olaraq düşünə də bilərik. Bir toplumun dili, o toplumda yaşayan birəylərin(fərdlərin) gənəl kültürünü əks etdirər. Kültür bir bilgi birikimidir. Bilgi birikiminin qaynağı isə dildir. Bu səbəbdən dil ilə kültür bir-birindən ayrılmaz bütündür. Bu hâlda, kültür, nəsilden nəsilə ötürülmək üçün dilə möhtaç; toplumun duygu, düşüncə və tam mənasıyla həyat tezahürlərinin somut(gözlə gorünən) hâla bürünməsinin vasitəsi olan dil üçün də kültür bir ehtiyacdır. (Göçer, 2012).
Dil və millətin əlaqasəsi nədir? .Dilin millətin formalaşmasında(oluşmasında) rolu var mı?
Biz “ dil insanlar yəni insan topluluqlari arasında ünsiyyət vasitəsidir” dedik.Gəlin bu insan topluluqlarının necə bir araya gəldiyindən və onları bir aya gətirən səbəblərdən,bunu təşkil edən ünsürlərdən bəhs edək. Bu zaman suallarımızın cavabına daha aydın anlayacağıq.
Hər hansı bir insan topluluğunun oluşması üçün insanları bir-birinə bağlayan nədənlərin- səbəblərin olması gərəklidir.Yəni ortaq dəyərlərin olamsı lazımdır.Məhz insan topluluqları bu dəyərlər sayəsində oluşur.Məhz millətdə belə meydana gəlir. Milləti oluşduran ortaq dəyərlərə eyni irqdən gəlmək,ortaq tarixə,keçmişə sahib olmaq,ülkü(ideal) qardaşlığı və ortaq dilin olması daxildir.Ernest Renan`a- subyektiv (özcü) millət anlayışına görə milləti meydana gətirən nəsnə “ birlikdə acı çəkmiş, sevinmiş və birlikdə ümid etmiş olmaq”dır (12).
Şübhə yoxdur ki, millət könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arsuzu və iradəsidir.Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır.Bu zəmini də əmələ gətirən yuxarıda qeyd etdiyimiz ortaq dil,ortaq yurd ,ortaq tarix və ortaq soydur.Beləcə dil yüz illərdir insanların bir-birləri ilə anlaşması üçün ilətişimin ən önəmli vasitəsidir,topluluqların millətə dönüşməsində və küıtürün –mədəniyyətin inkişaf edərək davamlılığını qorumasında çox təsirli bir vasitə,çox yönlü səs quruluşu( yapısı) olan işarətlər sistemidir.Yəni millət olmadan dövlət olmaz.Dildə olmadan millət olmaz.Mənə görə dilimiz milli kimliyimizdir. Dilini itirən millət şəxsiyyətini də , kimliyini və kültürünü də itirmiş olar.
Ziya Gökalpın dilimiz və məsələləri üzərində də çox yerində və diqqət cəlb edən düşüncələri vardır. Ziya Gökalpın da millət anlayışında “dil” çox önəmli bir yer tutur. Milləti meydana gətirən ünsürlər içərisində Gökalp “kültür”ü və ona bağlı olan “dil”i ən əsaslı olaraq qəbul etməkdədir.(13)
Bir toplumda milli birlik və bərabərlik də ancaq toplumun fərdlərini (birəylərini) bir zəncirin xalqaları kimi bir-birinə kənətləyən dillə meydana gələ bilər. Millətin bütünlüyünün gələcəyi də dillə güvəncəyə alına bilər.(14) Türk dünyasının öndəri Mustafa Kemal AtaTürkün bu sözlərini xatırlatmaq istərdim:” “Türkiyə Cümhuriyrətini quran, Türk xalqı Türk millətidir. Türk milləti demek Türk dili deməkdir. Türk dili Türk milləti üçün qutsal-müqəddəs bir xəzinədir. Çünki Türk milləti geçirdiyi nəhayətsiz fəlâkətlər içində əxlâqının, ənənələrinin, xatirələrinin, mənfəətlərinin qısacası bu gün öz millətinin meydana gətirən hər şeyinin dili sayəsində muhafizə olunduğunu görür. Türk dili Türk millətinin qəlbidir, zehnidir.(15).Bu məqamda Məmməd Əmin Rəsulzadənin də millət və dillə əlaqədar fikirlərini xatırlatmaq istərdim: “Milli mədəniyyət və yaxud millət, dilbirliyi, örf adət və əxlaq birliyi, gələnəksəllik içində və nəhayət inanc birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur”. “Dil millət olmanın təməlini təşkil edər. Dil ilə bərabər dində də bir olan millətlərin birləşmə yetənəyi daha tez oluşur.(Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3.)
“Milliyətin əsasını təşkil edən şey dildir. Dil adətə hər bir heyətin( insan qrupunun) hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. . Ey millətin istiqlalını təmin edəcək Türk gənçliyi nərədəsin?”(16) (Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6.)
Məqaləmizin bu hissəsində xüsusi ilə dil,ünsiyyət ,kültür və millətin əlaqəsindən bəhs etdim.Bunun özəl bir səbəbi vardır.Çünki son zamanlarda bizlər xüsusi ilə Qüzey Azərbaycan Türkləri və Anadolu Türkləri dilimizin önəmini unutmuş və avropa dillərinin və rus dilinin təsirində qalmışıq.Yəni dilin önəmini xəfifə almışıq. Bəzi ailələrdə övladlarımız öz dilində Azərbaycan Türkçəsində danışmağı belə bacarmırlar.Bir də bunula fəxr edən bir çox cılız düşüncəli milli kimliyini, şəxsiyyətini itirmiş insanlar da var. Bu isə heç şübəsiz sovet dönəminin və təfəkkürünün dırnaq arası “ bəhrəsi” dir ki,manqurtlaşdırılmış bəzi ailələr öz dilində danışmağı deyil rusun dilində danışmağı çağdaşlıq hesab edir.Zatən kimliyini,şəxsiyyətini itirmiş birinə də yaraşan düşüncə tərzi budur. Deyəsən bəziləri Azərbaycan Türkçəsində danışanların “ çuşka” deyərək təhqir edildiyi dönəmə geri dönmək istəyirlər.Bu isə onların şəxsiyyətsizliklərinə və manqurtlaşdıqlarına işarət edir. Unutmayın dil sadəcə ünsiyyət üçün gərəkli deyil.Dil həm də xüsüsi ,ən təsirli siyasi vasitədir və milltələrin dövlətlərin var olduğunu göstərən simgədir.VƏTƏNİMİZ-Azərbaycan Rus işğalından şəhidlərimizin qanı ilə qurtarıldı , müstəqil bir dövlət oldu . Bizim dilimiz rus dili deyil , övladlarımızla öz dilimizdə danışmalıyıq. Bizim dilimiz Azərbaycan dili-Azərbaycan Türkçəsidir. DİLİMİZİ qorumaq bizim boynumuzun borcudur. BİR millətin,bir dövlətin var olduğunu göstərən dili və bayrağıdır. Axı bu dil , bu millət yaşasın deyə Əhmət Cavadlar, Hüseyin Cavidlər,Mikayıl Müşfiklər və daha ismini qeyd etmədiyim yüzlərcə ədibimiz,mütəfəkkirlərimiz canlarından keçdilər. Bu gün müstəqil Azərbaycan torpağında , öz ocağına, vətənində başqa dillə danışanlar o dahi insanlara və vətənimizə qarşı nankorluq etmiş olurlar. Bu məqamda Azərbaycanın və Türk dünyasının bilinməyən qəhrəmanlarından,Türk komutan İshak Çelik bəyin gözəl bir sözü var onu sizlərlə bölüşürəm :”Milli dil duyqusu,düşüncəsi,vətən və millət sevgisi olmayanlar,dilini qorumayanlar,vətənini ,millətini və dövlətini qorumazlar!”.
P.S. Her zaman öz məsləhətləri və dəyərli bilgiləri ile dəstək olan Türk komutan İshak Çelik bəyə teşekkürümü bildirirəm!
P.P.S.Araşdırma məqaləmizin üçüncü hissəsində Türk dünyasının görkəmli düşünürlərinin dilimiz və ortaq Türkcəmizlə əlaqədar dəyərli fikirlərini sizlərlə bölüşəcəyəm.

İstifadə edilən mənbələr:
1. Seyit COŞKUN. Ankara Üniversitesi,Dil ve Tarih-Coörafiya Fakültesi,Felsefe Bölümü. “Dil-Düşünce ve Dünya İlişkisi Bkımından Özellik,Bireysellik ve Kimlik. (Uludağ University Faculty of Arts and Sciences Journal of Philosophy. Sayi23/Issue23! Güz 2014/Fall2014 . ISSN: 1303-4251.
2. Ergin, Muharrem (1980a). Türk Dil Bilgisi, İstanbul: Boğaziçi Yay.
3. Türkbilig, 2018/36: 103-120.” DİL-MİLLET İLİŞKİSİ BAĞLAMINDA TÜRKÇEYİ BİLGİDEN BİLİNCE KONU EDİNEN ŞİİRLER” Kemal EROL.
4. D. T. C. Fakültesi dergisi Cilt II, Sayı 2 S, 313 öte. A. Ü. D, T. C. Fakültesi Dergisi, F. 8.
5. Dr. NECİP ÜÇOK Lengüistik Doçenti “SOSYAL BAKIMDAN DİL” S. 611.
Vom sprachwisaenschaftlichen Denken der Frauzosen (Wörter und Sachen Neue Folge Bd. I, 1938 Heft 2, S. 83).
6. 1) 1 Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s. 163.
2) Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.135
3) Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.140
4) Mehmet Kaplan, “Dil ve Kültür”, Türk Edebiyatı, Eylül 1985, 143. sayı, s. 9
7. Şahin, Veysel (2014). Bilge Kadının Aynadaki Yüzü (Halide Edip Adıvar’ın Romalarında Yapı ve İzlek), Ankara: Akçağ Yay.
8. 1) ERGİN, Muharrem (2009). Türk Dil Bilgisi. İstanbul: Bayrak Basım Yayım Tanıtım
2) KARATAŞ, Turan (2009). Türk Dili. Ankara: Öncü Kitap Basımevi
3) AKSAN, Doğan (2007). Her Yönüyle Dil Ana Çizgileriyle Dilbilim (4. Baskı). Ankara: Türk Dil Kurumu Yayınları.
9. Tuna, Y. (2012). İletişim. İzlem Vural (Ed.), İletişim Kavramı ve İletişim Süreci (s. 2-23). Ankara-Pegem Akademi Yayınları
10 Göçer, A. (2012). Dil-Kültür İlişkisi ve Etkileşimi Üzerine. Türk Dili, 729, 50-57
Gökalp, Ziya (1975), Türkçülüğün Esasları, İstanbul: Sebil Matbaacılık
11. Ali Göçer ” Dil-Kültür İlişkisi ve Etkileşimi Üzerine” Türk dili,s .53.
GÜNAY, Doğan (1995). Roman Çözümlemesine Toplum-dilbilimsel Bir Yaklaşım. Dil Dergisi,s.9.
ASLAN, Yasin (2008). Yabancı Dil Eğitiminde Dikkat Edilmesi Gereken Noktalar. Türkiye’de Yabancı Dil Eğitimi Ulusal Kongresi Bildiriler (Gazi Ü. Gazi Eğitim Fakültesi, Editörler: S. Ağıldere ve N. Ceviz): 118-123. Ankara.
Uygur, Nermi (2001). Dilin Gücü, 6. Baskı, s.23. İstanbul: Yapı Kredi Yay.
12. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882, s.29 (nakleden Georg Jellinek, L’Etat moderne et son droit, (Traduction française par Georges Fardis), Paris, M. Giard & E. Brière, 1911, Cilt I, s.208).
McNall Burns, op. cit., s.443.
13. Doç.Dr. Faruk K. TİMURTAŞ “ Dil Davası ve Ziya Gökalp”
14. “TÜRK DİLİNE GÖNÜL VERENLER”
15. Afet İnan, Medenî Bilgiler ve Mustafa Kemal Atatürk’ün Elyazıları, TTK yay., Ankara 1969, s. 18.
16. Mehmet Emin Resulzade Ansiklopedisi. Doç. Dr. Nesiman YAGUBLU . “Azerbaycan Kültür Derneği” Yayınları. Ankara.
(Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3.)
(Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6.)

——————————————-
AYNUR TALIBLI

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir