KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Blinken İlham Əliyevə niyə zəng edib ?

Fuad Gahramanlı: Blinken İlham Əliyevə niyə zəng edib ?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
57 0

İlk dəfə siyasi həbslərlə bağlı açıq tələb bildirilib.

Dünən ABŞ Dövlət katibi Blinken İlham Əliyevə zəng edib. Blinkenin zəngi 5 apreldə ABŞ və AB -nin iştirakı ilə Ermənistanla keçiriləcək samit ərəfəsində Azərbaycanda anti-Qərb ritorikasının artması ilə bağlı olub.
Maraqlıdır ki, Azərbaycanla ABŞ-n bu danışiqlar barədə yaydığı rəsmi məlumatlar bu dəfə də fərqli olub. Azərbaycan tərəfin yaydığı məlumatdan belə təəssürat yaranır ki, Blinken ona görə zəng edib ki, İlham Əliyev onu qabağına qoyub danlasın.
ABŞ-tərəfin məlumatından isə belə görünür ki, Azərbaycanın Rusiya ilə birlikdə Brüsseldə keçiriləcək 5 aprel görüşünə qarşı kampaniya aparması Qərbdə ciddi narahatlıq yaradıb və telefon danışığının məqsədi Bakını bu yanlış mövqedən çəkindirmək olub.

Blinken telefon danışığında Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülhün bütün regiona iqtisadi fayda gətirəcəyini vurğulayaraq son günlər sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını deyib və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıda bilər. Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan MN Ermənistanın sərhəddə qoşun cəmləməsi və təxribatlara hazırlaşması, bu baş verəcəyi təqdirdə sərt cavab veriləcəyi barədə məlumat yaymışdı. Telefon danışığı barədə məlumatdan aydın olur ki, Blinken Ermənistan tərəfindən belə belə bir hazırlıq olmadığını və aqressiv ritorikanın sülh prosesinə zərbə vuracağı ilə bağlı Azərbaycana xəbərdarlıq etmək və Bakını bu cür davranışlardan çəkindirmək məqsədi ilə zəng edib. Azərbaycan tərəfindən verilən məlumatdan isə bəlli olur ki, İlham Əliyev onun bu narahatlığı müqabilində Praqada əldə olunmuş razılasmaya və Almatı sazişinə sadiq olduğunu bildirməklə Azərbaycanın Ermənistana qarşı eskalasiya niyyətində olmadığını bildirib. Buna əsasən demək olar ki, Blinken bu telefon zəngi ilə 5 aprel görüşünə görə Rusiyanın Azərbaycan vasitəsilə ilə Ermənistana təzyiq etmək planını pozmuş oldu.

Digər bir maraqlı məqam isə odur ki, Dövlət katibi həmçinin Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini diqqətə çatdıraraq haqsız yerə həbs edilən şəxslərin azad edilməsinə çağırıb. Azərbaycan tərəfi öz yaydığı məlumatda telefon danışığınnda müzakirə olunan bu məsələni də qeyd etməyib.
Ancaq ilk dəfədir ki, ABŞ tərəfi Dövlət katibinin İlham Əliyevlə apardığı danışıqlarda siyasi həbslərlə bağlı müzakirə aparıldığı və həbs edilənlərin haqsız yerə tutulması haqqında bu cür açıq mövqe ifadə edən məlumat yayır. Bu onu göstərir ki, Azərbaycan hakimiyyətinin get -gedə repressiyaları gücləndirilməsi və insan haqlarını kobud şəkildə pozması artıq qapalı müzakirə çərçivəsindən çıxaraq iki ölkə münasibətlərində problemə çevrilməkdədir. Bu isə o deməkdir ki, əgər bu mərhələdə də hər hansı nəticə olmazsa, o zaman məsələnin danışıqlar yolu ilə həlli mərhələsi bitəcək və problemin təzyiq mexanizmləri ilə həllinə keçid zəruri olacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir