KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ganimat Zahid: Boş söhbətlərə vaxt ayırmağa dəyərmi?

Ganimat Zahid: Boş söhbətlərə vaxt ayırmağa dəyərmi?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
238 0

Türk dil birliyi, Turan birliyi haqqında ara- sıra, amma isterik müzakirələr gedir. Bu məsələ ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm.
Bəri başdan deyim ki, bunlar boş- boş söhbətlərdir. Boş söhbətlərə vaxt ayırmağa dəyərmi? Bəlkə də, dəyməzdi. Amma axı, bunu gündəmə gətirənlər var, bu məsələni Azərbaycan üçün prioritet mövzuya çevirmək cəhdləri var.
Ortaq türkcə deyilən fenomeni yaratmaq mümkün deyil. Ortaq türk dövlətləri birliyi (konfederasiyası və s.) də avara söhbətdir.
Dildən başlayaq.
Türk dilləri Şərqdən Qərbə qədər nəhəng bir coğrafiyada yayğındır. Fərqli tarix proseslərindən keçən türk xalqlarının dilləri də kifayət qədər fərqli, danışıq, intonasiya, fonetik baxımdan bir- biri ilə uyuşmayan ləhcələrdən ibarətdir. Üstəlik, Oğuz və Qıpçaq şivələrinin təbii- lingvistik fərqlərini də nəzərə alın. “Ortaq türkcə” adı ilə bu dilləri ümumiləşdirmək mümkün deyil, heç gərək də deyil. Hətta nəzəri olaraq Birləşmiş Türk dövləti qurulsa belə ortaq türkcənin formalaşma prosesi 250-300 il çəkə bilər! Və milyardlarla vəsait tələb edər. Üstəlik, dil elə- belə, bekarçılıqdan və ya özəl simpatiya üzündən seçilmiş fenomen deyil. Fonetika konkret dildə danışan insanların ağız boşluğunu (nitq aparatı) formalaşdırır.
Bu baxımdan, bir özbəklə bir azərbaycanlınln da nitq aparatında fərqli fiziki, anatomik ölçülər var.
Keçid üçün: nə qədər uzun proses olsa da ortaq dil ortaq dəyərlərin əsasında formalaşa bilər. Bu keçid həm də “Türk dövlətləri birliyi”ni anlamaq üçün yaxşı mərhələdir.
Türk xalqlarının ortaq dəyərləri nədir?
Tanrıya and verirəm, “törə”, birgə tarix, dil bənzərliyi, mental eynilik-filan kimi səthi və əsassız dəlillər üzərində baş sındırmayın. İndi 7- ci əsr deyil, 21- ci əsrdir. Türklər çadırlarda yaşamırlar, atla- eşşəklə hərəkət etmirlər, Tenqri obrazını simvollaşdıran daş heykəllər önündə ibadət etmirlər və sairə.
Türk dövlətləri Birliyinin yaranması üçün yeganə uyğun və ortaq dəyər demək olar ki, bütün türk xalqlarının eyni cahil və gerilikçi sistemlərdə yaşamaqlarıdır. Bu gerilikçilik və cahillik isə yağlı şüarlar səsləndirməkdən başqa heç nəyə yaramaz.
Türk xalqlarını ortaq və tək siyasi sistemlərdə birləşdirmək üçün zəruri olan sivilizasiya göstəriciləri yoxdur. Bu xalqlar həmin standartları yarada bilməyiblər. “Manas”, “Dədə Qorqud”, “Koroğlu” dastanları böyük siyasi birlik yaratmaq üçün yetərli arqumentlər deyil.
Türk xalqlarının cağdaş standartlar üzərində qurulan dövlət sistemləri yoxdur. Heç birinin!
Onların hamısı yaşadıqları ərazilərdə danabaş və görməmiş diktatorların girovudur. Bu danabaşların isə 50 və ya 100 illik strateji baxışları yoxdur, hamısının qayğısı çapıb- taladıqları xalqları daha nə qədər və hansı arqumentlərlə, hansı heyvərə metodlarla boyunduruqda saxlaya biləcəklərindən ibarətdir.
Dünya türkləri əsir xalqlardır. Onların heç birinin siyasi lideri öz xalqını azad , firavan, qürurlu toplum kimi görmək istəmir. Onların hamısına başı qapazlı, bir qarnı ac, o biri qarnı isə bomboş olan, saxta təbliğat şüarlarına əl çalmaqdan başqa siyasi yükü və məsuliyyəti olmayan xalq gərəkdir. Xalq da yox, insanlar çoxluğu!
Özbəkistanda 35 milyon, Qazaxıstanda 19 milyon, Qırğızstanda 7 milyon, Azərbaycanda 10 milyon, Türkiyədə 85 milyon, Türkmənistanda 6 milyon, İranda 35 milyon, Rusiyada 15 milyon, Çində 15 milyon… lap kobud hesabla götürsəz 200 milyon insan çoxluğu.
Türk dövlətlər birliyi ideyası ilə alışıb yanan millətçilər bu xalqlara millət kimi deyil, aşağı çeşiddən olan insan çoxluğu kimi baxan danabaş liderlərdən qurtulmağın yollarını müzakirə etməldirlər. Türk dövlətlər birliyi ideyasının praktik həllini çağdaş dövlət anlayışı ilə qavrayanlar üçün ən vacib düşüncə modeli budur. Teymurləngin, Şah İsmayılın və ya Çingiz xanın zamanına baxıb köks ötürmək, xəyallar qurmaq da olar, əlbəttə! Amma nəzərə alın ki, indiki türk liderlər əllərinin altında saxladıqları xalqlarla, insanlarla elə o zamankı üsullarla- anlayışlarla davranırlar.
Ən pisi budur ki, türk dövlətlərini idarə edən liderlərin və inzibati elitanın hamısı primitiv səviyyəli oğrulardır.
“Bilirik” deyənlər də ola bilər. Amma bəs bu “bilən millətçilər” milləti adam yerinə qoymadan ümumi qəhələ doldurmaq üzrə peşəkarlaşmış heyvərə elitanın xoşuna gələn nağıllara niyə zaman sərf edirlər, bunu başa düşmək çətindir.
Ümumiyyətlə isə ortaq türkcə nəyə lazımdır? Bu dildə nə danışacaqsız? Axı türkcə danışan xalqların heç birinin söz azadlığı yoxdur! Susacağınız dil üçün çarpışmağın anlamı nədir?
Yaxud, ortaq türk dövləti nəyinizə gərəkdir? Dünyadakı türk xalqlarının heç biri öz dövlətlərinin formalaşmasında iştirak edə bilmirlər! Bu dövlətlərin heç biri türklərə məxsus deyil, axı.
Dünyadakı türk xalqları özlərinə aid olan dövlətlərin formalaşmasında həlledici güc kimi iştirak edəcəkləri zaman onlara, elə Azərbaycanda da bu müzakirələrə zaman sərf edənlərin hamısına aydın olacaq ki, nə ortaq türkcəyə ehtiyac var, nə də ortaq türk dövlətinə.
Bəs, niyə Azərbaycanda bu zamansız və yersiz müzakirələrə özünü əməlli- başlı ciddi politoloq, elm xadimi kimi təqdim etmək iddiasında olan bu qədər insan qoşula bilir? Bu da alayı bir dərddir…
Ganimat Zayidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir