KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Samir Hümbətov: ABŞ Ermənistanda hərbi baza qura bilər

Samir Hümbətov: ABŞ Ermənistanda hərbi baza qura bilər

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
396 0

    Ermənistanda 20 iyunda keçrilməsi nəzərdə tutulan parlament seçkilərində Paşinyan qalib gələrsə, Ermınistanda siyasi, iqtisadi və hərbi vəziyyət dəyişə bilər. Paşinyan parlament seçkilərdində qalib gələnə qədər Rusiya ilə müəyyən oyunlar oynamaq məcburiyyətindədir. Rusiya Paşinyanın atdığı addımları və oynadığı oyunları bilsə də, mövcud siyasi şəraitə görə onunla həlim davranmağa çalışır.
    Baxmayaraq ki, Nikol Paşinyanın Ermənistanada nüfuzu digər namizədlərə nisbətən çoxdur, amma yenə də demək olar ki, keçriləcək seçkilər o qədər də asan olmayacaq. Çünki Paşinyanın seçkidəki rəqiblərindən biri eks prezident Robert Koçaryandır. Eks prezident Robert Koçaryanın cəmiyyətdə ciddi nüfuzu qalmasa da, onu müdafiə edən qrupların olduğu şübhəsizdir. Məhz buna görə də Paşinyan hələki seçkiyə qədər Rusiya ilə oyun oynamaq niyyətindədir.
    Əgər Nikol Paşinyan seçkidə qalib qələrsə, ABŞ-ın Ermənistanda hərbi bazasının formalaşdırılması mümkün görünə bilər ki, bu da Rusiya üçün önəmli faktordur. Təbii ki, düşünmək olar ki, Ermənistan KTMT-nın üzvüdür və Rusiya ABŞ-ın Ermənistanda hərbi baza qurmasına razı olmaz. Amma nəzərə almaq lazımdır ki, şəxsi heyətin sayı baxımından ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi məhz Ermənistanda yerləşir və bu tendensiya uzun illərdir ki, davam edir. 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin əsas dəstəkçisi də elə ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşları oldu. 2018-ci ildə hakimiyyət rusyönümlü qüvvələrdən qərbyönümlü qüvvələrə keçdiyi zaman Rusiya proseslərə müdaxilə edə bilmədi, əksinə prosesləri müşahidə etməkdən başqa imkanı olmadı. Görünən odur ki, Nikol Paşinyan hökuməti seçkidən sonra Rusiya üçün bu “sürpriz”i də hazırlamaq imkanına malikdir.

    Samir Hümbətov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir