KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Kimdir haqlı: Rusiya, yoxsa NATO?

Kamal Aliyev: Kimdir haqlı: Rusiya, yoxsa NATO?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
424 0

Rusiya prezidenti Vladimir Putinin son vaxtlar dediyi bir fikir var. O, deyir ki, NATO ötən əsrin 90-cı illərində Sovet və daha sonra Rusiya rəhbərliyinə söz verib ki, hərbi alyans şərqə dogru genişlənməyəcək.
NATO rəhbərliyi isə israrla vurgulayır ki, alyans belə bir söz verməyib və “açıq qapı”siyasəti bundan sonra da davam edəcək.Çünki, “açıq qapı”(open door)siyasəti NATO-nun fundamental prinsiplərini təşkil edir.

Belə ki, Almaniyanın Hamburq şəhərində çap olunun və bu ölkənin ən məşhur jurnallarından biri “Der Spiegel”-in məqaləsində göstərilir ki,1991-ci ilin martın 6-sında bu ölkənin Bonn şəhərində ABŞ,Böyük Britaniya,Fransa və Almaniya xarici işlər nazirliklərinin siyasət direktorlarının “2+4″formatında görüşü keçirilib.Bu görüşün əsas məqsədi iki alman dövlətinin birləşməsi(yunifikasiya)olub.
Bundan əlavə tərəflər razılaşıblar ki,NATO şərqə dogru genişlənmə siyasəti aparmayacaq.

Hətta o vaxt ABŞ dövlət katibinin Avropa və Kanada üzrə köməkçisi Raymond Seytz qeyd edib ki,biz qəbul etdiyimiz sənəddə qeyd edik ki,sovet qoşunlarının Şərqi Avropadan çıxarılmasından faydalanmayacagıq.
Seyts vurgulayıb ki,aramızda razılıq əldə etdik ki,NATO nə rəsmi,nə də qeyri-rəsmi şərqə dogru genişlənməyəcək.
Bonn konfransında iştirak edən İngəltərə nümayəndəsi də bəyan edib ki,NATO-nun şərqə dogru genişlənməsi qəbuledilməzdir.

Almaniya Federativ Respublikasını(AFR)təmsil edən diplomat Yurgen Hroborq isə deyib ki,biz “2+4″formatında keçirilən Bonn konfransında qərara gəldik ki,NATO Elba çayından şərqə dogru genişlənməyəcək və alyans Polşaya üzvlük təklifi etməyəcək.
Daha sonra Hroborq qeyd edib ki,o,Şərqi Almaniya və Polşa arasındakı Oder çayını nəzərdə tutub.Hroborqa görə,Almaniyanın o vaxt federal kansleri Helmut Kohl və xarici işlər naziri Hans-Ditrix Qenşer də bu təkliflə razılaşıblar.

Yeri gəlmişkən,haqqında yazdıgım sənəd bir müddət əvvəl Britaniya Milli Arxiv İdarəsində ortaya çıxıb.Boston universitetinin siyasi elmlər doktoru,professor Coşua Şifrenson bu sənədi “gizli” başlıq altında yayınlamışdı.Şifrenson deyir ki,həqiqətən Qərb həm SSRİ-nin sonuncu rəhbəri M.S. Qarbaçova,həm də Rusiyanın ilk prezidenti B.Yeltsinə söz verib ki,NATO şərqə dogru genişlənməyəcək.

Xatırladım ki,V.Putin ötən ilin dekabrında keçirdiyi mətbuat konfransında bildirmişdi ki,Şimali Atlantika Müqaviləsi Təşkilatı Sovet İttifaqına söz vermişdi ki,1 sm-də olsun şərqə dogru genişlənməyəcək.
Lakin NATO-nun baş katibi Yens Stoltenberq deyir ki,hərbi alyans heç vaxt belə vəd verməyib və bu,həqiqət deyil.
Bildirim ki,1999-cu ilin martında Çexiya,Macarıstan və Polşa NATO-ya üzv qəbul olunublar.Və beləliklə,hərbi alyansın bu yeni üç üzvü Rusiyaya məxsus Kalininqrad anklavı ilə sərhəddə silahlarını yerləşdiriblər.
2004-cü ilin mart və may aylarında isə Baltikyani respublikalar(Litva,Latviya,Estoniya) NATO və Avropa İttifaqının yeni üzvləri qəbul ediliblər.İndi ruslar da haray-həşir salıblar ki,Baltikyanı respublikalrla Sankt-Peterburq arasındakı məsafə cəmi 135 km-dir və NATO-nun raketləri bu şəhəri vura bilər.

Beləliklə,Rusiya tələb edir ki,NATO keçmiş SSRİ məkanından uzaqlaşsın,1997-ci ildəki kimi Şərqi və Qərbi Avropadan strateji nüvə başlıqlarını geri çəksin.Hətta Rusiya onu da tələb edir ki,Almaniyadakı(Ramştayn) 30 minlik amerikalı əsgər geri çəkilməlidir.Hərçənd,ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalı əsgərlərin Almaniyadan geri çagırılmasını istəyirdi.Trampa görə,ABŞ Almaniyanın təhlükəsizliyini qorumaq niyyətində və həvəsində deyil.
NATO isə Rusiyanın tələblərini qəbul etməyəcəyini və “açıq qapı”siyasətini bundan sonra da davam etdirəcəyini bəyan edir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir