Putin Merkel görüşmesi

Interpol tarafından aranan Daşgın Gülmemmedov’u Bakü’de kim hapsettirdi?

Rus uzmandan uyarı: 15 Temmuz tekrarlanabilir

Վարչապետն անվստահություն հայտնեց խորհրդարանին

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə budəfəki turist səfəri də başa çatdı

Azerbaycan, Ermenistan, Gündem 11 Şubat 2018
85

Həmsədrlər Bakıda, İrəvanda və Xankəndidə oldular. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlama onların yerlərində saydıqlarının ən bariz nümunəsidir. Ortaq bəyanatda vurğulayıblar ki, “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq”.

Gərginliyi ortadan qaldırmaq Sizin vəzifənizdir. Bunun üçün həll planı işə düşməlidir. Bu olmayınca gərginlik əlbəttə ki, azalmayacaq. Həmsədrlər İrəvanda olanda Ermənistan prezident Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan prezidenti son çıxışında Zəngəzurun və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir. Elə görünür, həmsədllər ortaq bəyanatlarında “gərginlik azaldılmalıdır” deyərkən bunu nəzərdə tuturmuşlar. Reallıqda “İrəvan və Zəngəzuru geri qaytaracağıq” psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti deyir ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq, bu iddiaya qarşı da Azərbaycan prezidenti Dağlıq Qarabağla yanaşı Ermənistan torpaqlarını da geri almağın zəruriliyini vurğulayır.
Elhan Şahinoğlu

Yorumlar