KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nerimanlı: Putinin açdığı “Şuşa sirri” doğrudurmu?

Asif Nerimanlı: Putinin açdığı “Şuşa sirri” doğrudurmu?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
125 0

Azərbaycan Rusiya faktoruna rəğmən əraziləri azad edib, Qarabağda suverenliyini bərpa etsə də, hələ də Putinin keçmişlə bağlı səsləndirdiyi fikirlər müzakirə, bəzən də ittiham mövzusuna çevrilir, halbuki, bütün bunların Moskva-İrəvan xəttində qarşılıqlı ittiham xarakteri daşıdığı aydın görünür.

Rusiya prezidentinin “Valday”da Şuşa ilə bağlı dediyi fikirlər eyni vəziyyəti yaratdı. Putin Paşinyanı ittiham edir ki, Azərbaycan Şuşanı azad etmədən atəşkəsə razı olub, lakin Ermənistan hakimiyyəti sona qədər döyüşməyi seçdiyi üçün nəticə əldə edilməyib. Onun sözlərindən belə çıxır ki, Paşinyan razı olsaydı, Əliyev Şuşa azad edilmədən müharibəni dayandıracaqdı.

Və Azərbaycanda bu iddia üzərindən müharibəni qazanmış, erməni separatizmini məhv etmiş Əliyevi ittiham edənlər, hətta “Şuşanı azad olunmasına görə Paşinyana təşəkkür etməyin” lazım olduğunu düşünənlər var.

Əliyev Şuşa azad edilmədən atəşkəsə razı idimi?

Mümkündür ki, Moskvanın “atəşkəs istəkləri”nə qarşı Bakıda müəyyən siqnallar ötürülüb, lakin bunun blef olması ehtimalı daha güclüdür, xüsusilə Hadrutun azad edilməsi fonunda.

44 günlük müharibədə Rusiyanın Azərbaycan ordusunun keçmiş “DQMV”-nin “inzibati sərhədlərinə” daxil olmasını istəmədiyi bəllidir. Müharibənin başlanmasından 12 gün sonra – 9 oktyabrda xarici işlər nazirlərinin Moskvada təşkil edilən görüşü də buna hesablanmışdı. Moskva görüşündən əvvəl – 8 oktyabrda, xarici işlər naziri Moskvaya uçmamışdan saatlar öncə Əliyev Hadrutun azad edildiyini elan etdi. Əslində ərazi erməni işğalçılarından tamamilə təmizlənməmiş, ordumuz əsas strateji yükləklikləri nəzarətə götürməklə Hadurutun azadlığını təmin etmişdi. Lakin Əliyevin Moskva görüşündən öncə Hadurutun azad edildiyini açıqlaması məhz Rusiyanın istəmədiyi “DQMV”-nin “inzibati sərhədlərinə” daxil olmaq və “statusun” olmayacağını müharibə meydanında elan etmək idi.

Şuşa əməliyyatına başlanması əmrinin isə 2 noyabr tarixində verildiyini müharibədən sonra çəkilən sənədli filmdən öyrənirik, lakin əməliyyat hazırlığının məhz Hadrutun azad edilməsindən sonra başlandığına dair məlumatlar var. Bununla yanaşı, Şuşanın azad edilməsi hədəfinin müharibə başlanmamışdan öncə – torpaqların azad edilməsi əməliyyatının tərkib hissəsi olduğu haqda da fikirlər mövcuddur.

Hücum əmri 2 noyabrda verilsə də, Əliyev Şuşanın azad edilməsi planının mesajını 16 oktyabrda “A Haber” telekanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri ilə vermişdi.

Bu amillər Putinin müharibədən üç il sonra “Şuşa” və “status”la bağlı iddialarını təkzib etməyə yetərlidir. Bəlkə də Bakı Moskvanın “atəşkəs” çağırışına diplomatik dillə müsbət cavab verib, lakin müharibə meydanında hədəfindən yayınmayıb. Yaxud Əliyev Şuşanın azad edilməsi, həm də bu gün suverenliyimizn tam bərpa edilməsi hədəfinə çatmaq üçün həmin günlər tarixi blef edib.
Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir