KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Zərifinin Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir?

Elhan Şahinoğlu: Zərifinin Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
320 0

İranın xarici işlər naziri Məhəmməd Zərifinin Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir? Axı bir aydan da az müddətdə İranda prezident seçkisi keçiriləcək və hazırki dövlət başçısı Həsən Ruhani, o cümlədən Zərifi vəzifələrini tərk edəcəklər. Yəni İran-Ermənistan və İran-Azərbaycan münasibətlərinin gələcəyi artıq Zərifini narahat etməməlidir. Belə isə Zərifi sağollaşmağamı gəlir?

Səfərin məqsədi nə olursa-olsun, Bakıda İranın xarici işlər nazirinə bu suallar verilməlidir: 1. Tehran Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşməsindən niyə narahatdır? 2. Tehran görüntüləri yayınlanan İran yük maşınlarının Qarabağa keçişinin qarşısını niyə almır? 3. İran sərhədçiləri Azərbaycana narkotik keçirmək istəyən silahlı qruplarla mübarizəni niyə gücləndirmir?

İranda bütün diqqətlər prezident seçkisinə yönəlib. Ona görə postunu tərk etməyə hazırlaşan Zərifinin bölgəyə səfərinin konkret nəticələri olmayacaq. Bütün hallarda suallarımızı səsləndirməliyik ki, İranın növbəti prezidenti və xarici işlər naziri nədən narazı qaldığımızı indidən bilsinlər. Bizə o da aydındır ki, Ermənistan Azərbaycanla İran arasında problemlərin dərinləşməsini istəyir. Bu isə nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Bunu İrandakı siyasi və ekspert dairələrinin anlaması lazımdır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir