KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Asif Nerimanlı: Koçaryan hakimiyyətə gələrsə, Qarabağda nə baş verəcək?

Asif Nerimanlı: Koçaryan hakimiyyətə gələrsə, Qarabağda nə baş verəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
291 0

Paşinyan və Koçaryanın son mitinqi tamamlandı. Birincinin 20 min, ikincinin 50 min tərəfdar topladığı haqda məlumatlar var. Nikol qazanmaq üçün hər şeyi edəcək, amma istisa deyil ki, seçkidən sonra Koçaryan onu devirmək üçün “inqilaba”, yaxud fərqli metodlara əl atsın.

Koçaryan hakimiyyətə gələrsə, Qarabağda nə baş verəcək? Bizim üçün əsas məsələ budur.

Robert üçtərəfli razılaşmaları poza bilməz, çünki bunu Rusiya da istəyir, amma bir sıra problemlər də yarana bilər: erməni qoşunlarının bölgədən çıxarılması və Xankəndidəki separatçılar təmizlənməsi uzanacaq, Qarabağın “statusu” ilə bağlı təxribatlar intensivləşəcək və sərhədlərlə bağlı müqavilənin imzalanması da arxa plana keçə bilər.

Azərbycanın Türkiyə ilə müttəfiqlik müqaviləsi haqqında Şuşa Bəyannaməsini məhz Ermənistandakı seçkidən öncə imzalaması bu perspektiv təhlükələrə qarşı düşünülmüş gediş idi.

Bəyannamə Ermənistanın, eləcə də üçüncü ölkələrin Azərbaycan sərhədlərində və sərhədləri daxilində yarada biləcəyi təhdidlərin qarşısında qalxandır.

Və bu, Ermənistanda istər Koçaryanın, istər bütün vazgenlərin gəlməsindən asılı olmayaraq,Qarabağda və sərhədlərimizdə təhdid yarada bilməyəcəyi deməkdir.
Asif Nerimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir