KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Dünya erməniləri tanıyırmı?

Həsənbala Sadıqov: Dünya erməniləri tanıyırmı?

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
296 0

Fransadan elmi ədalət cəngavərinin səsi:
“Türklər dərin ədalətsizliyin qurbanlarıdırlar”
(Fransız tədqiqatçısı, yazıçı
Yves Bernardın ermənilər tərəfindən çapı əngəllənən
“Ermənilərin soyqırımı. Bizi aldadırlarsa?” kitabı
ilə əlaqədar düşncələr)
Dünya erməniləri tanıyırmı? Etiraf etməliyəm ki, dünyada çap olunan əsərlərlə əlaqədar kitabxanaların katoloqları ilə ciddi olsaq belə bir həqiqət meydana cıxacaq ki, ermənilərin genetik kimliklərinin yalandan, böhtandan yoğrulduğunu tanıyanlar çoxdur. Bir sıra tarixçilər demokratik fikir və düşüncə ilə tədqiqatlarında erməni tezislərinin əsassızlığı fikrinə gəlmişlər, nəticələrini əsaslı tədqiqatlarla-kitablarla dünyaya təqdim etmişlər. Fransanın saxta əsasız “Erməni soyqırımı” kitabından Türkiyə Respublikasına təzyiq vasitəsi kimi istifadə etdiyi dövrdə fakta onların öz müəlliflərinin gözü ilə baxılmasını məqsədəuyğun hesab edirəm. Fransız tarixçisi, yazıçısı, tədqiqatçısı, İv Benarın “erməni soyqırımı. Əgər bizi aldaırlarsa?” adlı kitabı Fransa parlamentinin aldığı qərarın nə qədər əsassız olduğunu aydın göstərir.
​İv Benarın ən mühüm cəhəti ondan ibarətdir ki, Farnsanın bir qurup səlahiyyətlilərindən fərqli olaraq Türk və erməni tarixi ilə dərindən, əsaslı şəkildə tanışdır. Onun aydınlaşdırmaq istədikləri əslində bizim maraqlarımızla üst-üstə düşür. Bunun müəllifin kitabından gətirdiyi statlardan da aydın görmək olar. “Türklər dərin ədalətsizliyin qurbanlarıdırlar” fikiri müəllifin mövzuya doğru açarla yanaşdığını aydın göstərir. Müəllif fikirlərini çox maraqlı şəkildə davam etdirir ki, “biz heç vaxt türklərin itgiləri haqqınada danışmırıq”. Doğrudan da 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələri saxtalaşdıranlar əksər halda yalnız erməni tərəfin xəyali itkiləri haqqında icad edir, əksəriyyəti (türklərin itgiləri, ermənilərin əsassız soyqırım iddiaları paradoksu (Fransız tədqiqatçısı və yazıçısı İv Benarın “ermənilərin soyqırımı.Əgər bizi aldadırlarsa?” kitabı üzərində düşüncələr) də əldə etdiyi faktları şişirdirlər. “Biz ermənilərin itgiləri haqqında tez-tez danışırıq” müəllifin bu fikirlərində də bir həqiqət var. “biz həqiqi yəhudi qırğını ilə müqayisədə ermənilərin soyqırımı haqqında çox danışırıq”. II dünya müharibəsi dövründə yəhudi qırğınları uzun müddət Nürünberq məhkəməsində təhlil edilərək, qərar çıxarılmışdır. “Erməni soyqırımı” iddiası isə ortaya çıxdığı gündən bir sənəd tapılmayıb ki, onun gərçək olduğunu isbat etmək mümkün olsun. Müəllifin gəldiyi nəticə də çox maraqlı və erməni iddialarını çürüdür, onların iddialarının əsassızlığını dünyaya təqdim edir: Müəllif yazır: “Türklərin itgiləri ermənilərin itgiləri ilə müqayisə etdikdə çox idi”. Bu tezisin əhəmiyyəti ondadır ki, sətirlərin müəllifi türk deyil, ermənilərin hamısı və Erməni kartı ilə siyasət həyata keçirən Fransanın vətəndaşıdır. Fransa vətəndaşı ermənilərin iddialarının əsassızlığı haqqında yazırsa onun istifadə etdiyi, arxalandığı sənədlər bazası zəngin olur, yazıçıya fikrini yekunlaşdırmağa imkan vermişdir. Yoxsa “Erməni soyqırımı olmamışdır” deyənləri həbs edib, 45 min yevro cəzalandıran ölkədə Bastiliya qalasının gümbəzindən asarlar. Deməli, İv Benar asılmaqdan qorxmamış, viedanın səsinə qulaq asmış, elmi ədalət cəngavəri olmuş ki, belə bir kitabla missiyasını bəyan etmişdir.
​Nəticəyə: Faransa səlahiyyətliləri belə bir fikir və görünüş yaratmağa çalışırlar ki, güya onlar çoxluğun – xalqın fikrini ifadə edirlər. İv Benarın və ona uyğun əsərlərdən görünür ki, konsitutsiyaya müvafiq olaraq parlament xalq tərəfindən seçilməsinə baxmayaraq xalqdan gələn sifarişi müzakirə etmir. Bir qrup siyasətçi – işbazların parlament xaricində aldqları sifarişləri yerinə yetirməyə çalışırlar. Yazıçı Benar buna görə də qeyd etdi ki, Fransada belə hesab edilir ki, “ermənilərin soyqırımı” –möcüzəli maxinasiyadır ki, Türkiyəyə qarşı hazırlanmışdır. 100 ilə yaxın bir müddətdir ki, dünyanın insan haqları, fikir azadlıqları ilə əlaqədar özlərini aparıcı dövlətlər hesab edənlərin fəaliyyəti sayəsində mötəbər məclislərin gündəliyini işğal edir.
​Müəllifin tezisləri öz işini görməkdədir. Heç təsadüfi deyildir ki, Fransada parlament daxilində olduğu kimi seçicilər arasında da “Erməni soyqırımının” Türkiyə Respublikasına qarşı hazırlanmış fırıldaq, saxtakarlıq və yalan olduğunu başa düşənlərin sayı artmaqdadır. Belə görünür ki, Fransada siravi xalq ölkənin demokratiya və insan haqqları ilə əlaqədar imicinə dəyən zərərdən narahat olur və onun müdafiəsinə qalxırlar. Bu günlərdə Fransada xalq siyasilərə çatdırmaq üçün müraciət toplayırlar. 1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəvi hadisələri öyrənmək üçün müstəqil komissiya yaradılmasının zəruri olduğunu irəli sürürlər. Bu tədbirlər də Fransız tədqiqatçısı və yazıçısı İv Benarın sayıtında görmək olar. (http:/www/yvesbenard.fr|sontiens.html.)
​İv Benardın istifadə etdiyi faktlar əsasında gəldiyi nəticələr mənim Türkiyə Respublikasının arxiv və kitabxanalardan əldə etdiyi sənədlərlə səsləşir. Çox maraqlı olan budur ki, ermənilər 100 ilə yaxın bir müddətdir ki, “soyqırım” iddiasında olsalarda iddialarını isbat edəcək bir sənəd belə ortaya qoymamış və tədqiqatçılara da erməni arxivindən istifadə etməyə şərait yaratmamışlar, yaratmaq da fikirlərində deyillər. Heç təsadüf deyil ki, Türkiyə Respublikasının səlahiyyətliləri uzun illərdir ki, erməni tərəfə tarixçilərdən müstəqil komissiya yaradılmasını təklif etdikdə onların razılığını ala bilmirlər. Ona görə ki, tarixləri ilə rastlaşmaqdan qorxur, “soyqırımı” kimi rezinvari iddianın sabun köpüyü kimi dağılacağından qorxurlar.
Türkiyə Respublikasında Osmanlı arxivi uzun müddətdir ki, açıqdır. Bu müddətdə 5 mindən artıq xarici tədqiqatçılar Osmanlı arxivlərində işləmişlər, “qazmışlar.”, sənədləri didik-didik etmişlər. Onların çoxu türklərə qarşı “erməni soyqırımı” ilə əlaqədar faktlar axtarırdılar. Bu günə qədər bir fakt belə tapa bilməmişdilər.
​I Dünya müharibəsi illərində Daşnaqsütyun partiyasının senarisi əsasında uşaq-böyük, qoca, qadın-kişiyə fərq qoymadan Şərqi Anadoluda öldürülən 1000.000-dan artıq türkün günahı sadəcə türk olmalarıdır. Dağlıq Qarabağda qətl edilənlərin, Xocalıda soyqırıma məruz qalanların “günahı” azərbaycanlı olmaları idi.
​Dünyanın hər yerində qətl edilənlər vardır. Bu gün saxta “erməni soyqırımından” başqa sanki dünyanın siyasətçilərinin heç bir dərdi yoxmuş. Bəs I Dünya müharibəsində qətl edilən 50 milyon insanın soyqırımını hansı ölkənin parlamenti müzakirə edib, qərarlaşdıracaq? Dünyanın ermənidən başqa dərdi yoxdur. Onları qırmızı kitaba salıblar.
​Bəs onlar insan deyilmi? Onların bu gün varisləri yoxmu? Onların da qətlində Türkiyə Respublikasını günahlandirmaq mümkün olsaydı parlamentlərin gündəliyindən çıxarılmazdır. Bütün millətlərin itgilərinə hörmətlə yanaşılmalıdır. Bəs I Dünya müharibəsində itgiyə məruz qalan insanlar nə vaxt yada salınacaq? Bütün dünya xalqlarının itgisinə ehtiramla yanaşmaq lazımdır.
​İv Benar “Erməni soyqırımını” iddiasının əsaslandırılması üçün bir sıra suallara cavab verilməsini istəyir və qeyd edir ki, bunlara cavab verilərsə ermənilərin soyqırım iddialarının əsassızlığı, türklərin itgilərinin reallığı ortaya çıxır.
​İv Benar-kitabın müəllifi yazır: “Erməni terror təşgilatı Daşnaqsütyun” mülki türk əhalisinin qırğını siyasəti aparır, neçə yüz min müdafiyəsiz dinc əhalini qırmışlar. Bu qırğınlar az sayılı qırğınlar deyildir, bütün ölənlər Allah qarşısında bərabərdirlər. Ölən türklərdə tanınmalı və Fransada başqa ölənlər kimi qəbul edilməlidir.
​Əslində ermənilərə qarşı açıqlamaq istəmədikləri bir soyqırım davam etməkdədir. Dünyaca məhşur olan şanson ifacısı Ermənistanın İsveçrədəki səfiri Şar Aznovur “Ermənistanda daxili soyqırım baş verir. Bu Ermənistan hökuməti ölkənin nəfəs almasına imkan vermir, ölkəni öz ambisiyasına görə gənclərdən məhrum edir., Erməni gənclərin bir qrupu siyasilərin işğalçılıq planı ilə əlaqədar cəbhələrdə ölür, salamat qalanlar da həyat şəraiti üzündən Ermənistanı tərk edirlər”. Sonra da deyirlər ki, Ermənistan sürətlə boşalır, əhalisi xaricə miqrasiya edirlər. Gəlin bunu da Türkiyə və Azərbaycanı günahlandırın ki, işğalçı Ermnistanı beynəlxalq layihələrə həsrət qoyublar.
​Kanadalı jurnalist Skott Teylor “ermənilər əzilən tərəf kimi görünməyi çox sevirlər”. “Dünyada məzlun görkəmi ilə diqqəti cəlb etməyə çalışan ermənilər üçün saxta soyqırımı iddiaları bir kimlik olub”.
​Saxta “erməni soyqırımı” ilk dəfə olaraq Maltada ingilislərin qurduqları məhkəmədə tədqiq edilmişdir. İngilislər hər yerdə saxta “erməni soyqırımı” ilə əlaqədar türk səlahiyyətlilərini həbs etmiş, onları günahlandırmaq üçün sənədlər axtarırdılar. Hələb bölgəsi fransızlar tərəfindən işğal edildikdən sonra onlar da saxta “erməni soyqırımı” haqqında sənədlər axtarırdılar. Günahlandırılan səlahiyyətli türklər üzərində istintaq aparsalar da elə bir əsaslı sənəd ələ keçirə bilmədilər. Buna görə də 1921-ci il fevralın 8-də ingilis müstəntiqləri dəlil olmaması səbəbi ilə “soyqırımla əlaqədar” mühakiməni başlaya bilmədilər. İngilis müstəntiqləri hətta Amerikaya da müraciyət etmişdilər. Amerikadan “Maltada həbs edilmiş türklərə qarşı istifadə edilə biləcək mahiyyətdə olan heç bir faktımız yoxdur” cavabını verdilər. Malta məhkəməsində ingilislər saxta “erməni soyqırımı” ilə əlaqədar qərar verdilər: “indiyə qədər, həbs olunanlara qarşı faktların doğruluğunu göstərən heç bir sənəd əldə edilməmişdir və belə sənədlərin əldə edilə biləcəyi də mümkün deyildir”. Malta mühakiməsi sonda ingilis müstəntiqləri ermənilərin qırğınına aid heç bir sənəd tapa bilmədiklərini bəyan etməyə məcbur oldular. Əslində o zaman “Erməni soyqırımının”saxta olduğu haqqında qərar qəbul edilməsi ilə məsələ tarixin arxivinə verilməli idi.
​ Ermənilər və erməni tərəfdarı olan tarixçilər yalnış olaraq I Dünya müharibəsi dövründə müharibə gedən bölgədən ermənilərin köçürülməsini əsassız olaraq soyqırımı qiymətləndirməyə çalışırlar. Köçürülmə bölgədə yaşayan erməniləri, türkləri, kürdləri əhatə etmişdir və hökumətin həyata keçirdiyi məcburi tədbir idi. 1,5 milyon erməninin köçürüldüyü iddia edilməkdədir. Ermənilərin itgisi haqqında verilən məlumatlara inanmaq mümkün deyildir. Ermənilərin bir qismi köçürmə karvanlarından qaçıb üsyançılara qoşuldular ki, sonra onlar əsassız olaraq “köçürmə zamanı öldülər” siyahısına daxil edildilər.
​1927-ci il siyahıya almasına görə Türkiyə Respublikasında 123.662 erməninin yaşadığı müəyyən edilmişdir. 900.000 erməni başqa ölklərə köçmüşdür. 200.000 erməninin itgin düşməsini söyləyənlər var. Bu itgin düşənlərin də böyük əksəriyyəti qeydiyyatdan keçmədən xaricə getmişlər.
​Ermənilərin I Dünya müharibəsi dövründə olan itgiləri başqa millətlərin itgiləri ilə birlikdə yad edilməlidir. I Dünya müharibəsi az qala “ermənilərin itgiləri” səviyyəsində öyrənilməsin cəhd göstərilir ki, yaşayanlar bir yana qalsın 50 milyon insanın ruhunu incitdiyini mübahisəsiz qəbul etmək lazım gəlir. II Dünya müharibəsində 20 milyondan artıq xristian (ermənisiz) öldürülmüşdür. Onlar məlum bir millətin soy balansını azaltmadımı, onların soyqırımını kimdən soruşmaq lazımdır? 50 milyon məsum insanın sahibi yoxmu?
​“Erməni soyqırımı” kimi bir əsrlik saxta tezisin arxasında böyük dövlətlərin türk, islam düşmənçiliyi durduğunu qəbul etmək lazım gəlir. Fransa parlamentinin azsaylı üzvləri çox səhv olaraq, Fransız inqilabının ruhuna xəyanət edərək insanları sülhə deyil, döyüş səngərlərinə çağırırlar.
​Sovetlər 30 milyona yaxın itgi verib. Bu gün onlara ağlayan neçə nəfər var. Dünya I Dünya müharibəsi ilə əlaqədar erməniyə, II Dünya müharibəsi ilə əlaqədar yəhudiyə ağlayır. Bu ayrıcalıq haqqını anlamaq çox çətindir.
​Tarixdə gerçək soyqırıma məruz qalan xalqlar çoxdur. Yerdəyişmə qanunu bütün ermənilərə deyil, müharibə bölgəsində olanlara aid edilmişdir. Xəstə, şikəst, yaşlılar, yetim uşaqlar, dul qadınlar yerdəyişməyə məruz qalmadılar. Kəndlərdə dövlətin nəzarəti altında yetimxanalar fəaliyyətini davam etdirirdi. Bölgədə qalan ermənilərə yerdəyişmə fondundan maaş verilirdi.
​Türk və xarici mənbələrə görə I Dünya müharibəsi dönəmində 1914-cü il əhalinin siyahıyaalınmasına görə Osmanlı torpaqlarında 1.250.000 erməni yaşamışdır. 167.778 nəfər erməni yerdəyişməyə məruz qalmışdır. Ermənilər yerdəyişmə sırasında 9-10 min nəfər itgi verdikləri isbat edilmişdir. Bunlarda qaçaq dəstələrin hücumu nəticəsində ölənlərdir.Yerdəyişmə zamanı soyqırım məqsədi ilə Osmanlı ordusu tərəfindən öldürülən bir erməni haqqında belə sənəd aşkar edilməmişdir.
​Osmanlı dövləti köçürülənləri təmin etmək üçün müharibə dövründə 1915-ci ildə 25 milyon, 1916-cı ildə 230 milyon kuruş xərclənmişdir. Yerdəyişmə soyqırımı məqsədi ilə deyil, dövlətin təhlükəsizliyini təmin etmək, erməniləri qorumaq üçün həyata keçirilmiş və dünya tarixində ən uğurlu yerdəyişmə nümunəsidir. Yerdəyişən ermənilər yaşamış, rus qoşunlarına qoşulan ermənilər ölmüş, “türklər qətl etdilər” saxta qruplaşmasının sayını artırmışdır. 15 mart 1916-cı ildə ermənilərin yerdəyişdirilməsi dayandırılmışdır. Heç bir səbəblə ermənilərin yerdəyişdirilməsinə icazə verilmirdi. BOA. DH. ŞER, nr. 62/21
​25 oktyabr 1918-ci ildə müharibə başa çatdığı üçün ermənilərin geri dönmələrinə icazə verilmişdir. Şifrəli teleqramda yazılmışdır “Müharibə ilə əlaqədar olaraq başqa yerlərə köçürülən rum və ermənilərin yemək və yaşayışları təmin edilərək təhlükəsizlik şəraitində geri dönmələrinə şərait yaratmaq daxiliyyə nəzarətində vilayət rəhbərlərinə teleqrama göndərilmişdir.”
Profofessor Həsənbala Sadıqov
Gəncə Dövlət Universitetinin professoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
18. 06. 2021
Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir