KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: Blinken Əliyevi neye inandırmağa çalışı

Asif Nerimanlı: Blinken Əliyevi neye inandırmağa çalışı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
43 0

Blinken Əliyevi inandırmağa çalışır ki, aprelin 5-də Ermənistan-Avropa Birliyi-ABŞ formatında keçiriləcək Brüssel görüşü Azərbaycana qarşı deyil. Əslində bununla görüşün Rusiyaya qarşı olduğu mesajını verir. Hərçənd, Vaşinqtonun nöqteyi-nəzərindən bu görüş Bakıya qarşı planlaşdırılmasa belə, Ermənistana verilən dəstəyin bölgədə mənzərəni Azərbaycanın əleyhinə çevrilməsi ilə nəticələnə bilər.

Ermənistan Qərbin kollektiv dəstəyini 44 günlük müharibədən sonra bölgədə situasiyanın İrəvanın xeyrinə dəyişməsi kimi qəbul edir və bundan Bakıya qarşı siyasətində istifadə etməyə çalışacaq, xüsusilə sərhədin delimitasiyası məsələsində. Misal üçün, sərhəddə təxribat törədib, asanlıqla “Azərbaycanı hücumda” ittiham edəcəklər və s.

Əliyevin Blinkenə açıqladığı məlumatlar isə Ermənistana veriləcək dəstəyin Azərbaycan üçün yarada biləcəyi təhlükəni daha açıq şəkildə göstərir.

– Ermənistana hərbi dəstəyin verilməsi vvə birgə hərbi təlimlərin keçirilməsi;
– Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması; – Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması və s.

Azərbaycan prezidentinin bunu ABŞ dövət katibinə deməsi rəsmi Bakıda kəşfiyyat məlumatlarının olduğu deməkdir. Bu baxımdan, Blinkenin Bakını “əmin etmək” cəhdi inandırıcı görünmür.
Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir