KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nazim Cafersoy: Lavrov Bakıya niyə gəlir?

Nazim Cafersoy: Lavrov Bakıya niyə gəlir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
297 0
    Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri sonrasında Moskovaya qayıtmışdı. Zənnimcə orda müəyyən təkliflər hazırlanıb prosesin davamı ile bağlı. Bugün isə Lavrov rəsmi görüş üçün Bakıya gəlir. Lavrovdan önce isə buğun Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Hər iki tərəfdən verilən rəsmi açıqlamalarda ümumi ifadələr yer alıb. Ancaq Lavrovun İrəvan səfəri öncəsi Putin-Makron telefon danışığı baş vermiş və Fransız mətbuatı Qarabağla bağlı müəyyən təkliflər hazırlandığını iddia etmişdi. Ardınca Erdoğan-Putin telefon danışığı keçirildi və Türkiyə tərəfi verdiyi açıqlamada Qarabağdaki sülh prosesi fürsətinin daha yaxşı istifadə edilməsi zərurətindən bəhs etdi. Bundan sonra İrəvanda Lavrov-Paşinyan görüşü və Putin-Əliyevin telefon danışığı Qarabağdakı proseslə bağlı mühüm müzakirələrin növbəti mərhələsinin getdiyindən xəbər verir. Bu arada Azərbaycan prezidenti Naxçıvan səfərində AzTv-yə müsahibəsində Qarabag məsələsinə başda status məsələsi, revanşistlər, Fransa və Kanada kimi ölkələrin mövqeyinə dair sərt mesajlar verib. Tam da bu günlərdə Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycanın mövqeyini müdafiə edən yeni açıqlamalarla çıxıb edib.
    Mənzərəni daha aydin olması üçün Lavrovun Bakıdaki görüşlərinin nəticəsinə də baxmaq lazımdır. Bakıda müzakirələrdə Azərbaycan tərəfi masaya Nijde məsələsi üzərindən Xocavənd, Xankəndi və Xocalı məsələlərini, mina xəritəsini, Laçın koridorunu ( İran tirləri məsələsi boşuna deyildi) və bənzər mövzuları gündəmə gətirəcək. 3 ermenini də boşuna buraxmadıq məncə. Əlimizdəki ermənilərin bir hissəsi qarşısında müəyyən ərazilərin mina məsələsində və Şuşaya gəliş gediş barəsində müəyyən irəliləyişlər ola bilər.
    Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir