KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: Ruhani fəallığı: İranda post-Xamenei dövrü üçün mübarizə

Aqşin Kərimov: Ruhani fəallığı: İranda post-Xamenei dövrü üçün mübarizə

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
117 0

İranın daxili siyasətində post-Xamenei dövrünə hazırlıqla əlaqədar müzakirələr intensivləşir.

Məlumat üçün bildirək ki, 2024-cü ilin martın 1-də İranın ali rəhbəri Seyid Əli Xameneinin ölümündən sonra onun yerinə liderin seçilməsinə cavabdeh olan parlament və Ekspertlər Məclisinin üzvləri müəyyən ediləcəklər.

88 nəfərlik ruhani orqan olan Ekspertlər Məclisinin cavabdehlikləri:

– Ali rəhbəri təyin etməkdən,

– Onun fəaliyyətinə nəzarət etməkdən,

– Ali rəhbər vəzifəsini həyata keçirə bilmədiyi halda onu kənarlaşdırmaqdan ibarətdir.

“Iran International” yazır ki, sərt xətt tərəfdarlarının nəzarətində olan Daxili İşlər Nazirliyi artıq çoxsaylı deputatları yenidən seçilmək hüququndan məhrum edib. Bununla da hesab olunur ki, məhdudlaşdırılmış seçki ilə bağlı mübahisələr gücləndirilir.

Mübahisəli seçkiyə üç ay qalmış müzakirələr keçmiş prezident Həsən Ruhaninin rolu və onun potensial təsiri üzərində cəmlənir.

Qeyd edək ki, İranın keçmiş prezidenti Həsən Ruhani ilk dəfə olaraq ali rəhbər Əli Xameneinin ölümündən sonra yarana biləcək vəziyyətlə bağlı mümkün tənzimləmələri müzakirə edib.

O, noyabrın 20-də əvvəlki hökumətdəki köməkçiləri də daxil olmaqla bir qrup iranlı mötədil şəxsə deyib:

“Ekspertlər Məclisinə martın 1-də keçiriləcək seçkinin bu mərhələsi əvvəlki seçkilərdən daha vacibdir”.

Ruhani indi də Ekspertlər Məclisinin üzvüdür, lakin yenidən namizədliyini irəli sürmək istəyir.

Ruhaninin verdiyi bəyanat onun qarşıdan gələn seçkidə əsas rol oynamağa israrlı olduğunu göstərir.

Lakin Ruhani üçün vəziyyət ürəkaçan deyil, çünki o, daxili siyasətdə güclü əli olan mühafizəkarların hədəfindədir. Ruhaninin açıqlamasından sonra Xameneinin ofisinə yaxın olan dairələr onu hədəfə alıblar ki, bu da keçmiş prezidentin mühafizəkarların üstünlük təşkil etdiyi Ekspertlər Məclisindəki üzvlük yoluna əngəllər yaradılacağını aydın şəkildə qeyd edir.

Mötədillərin etibarlı fiquru Ruhani və ona əks olan qüvvələrin atışmaları ümumi fonda saraydaxili çəkişmələrin əlamətləri kimi nəzərə çarpır.

Bu, ali rəhbər Xameneinin yerinə kadr seçimi uğrunda yarışı tətikləyir. Artıq 84 yaşlı Xameneinin özü müzakirələrin mərkəzində yox, onun kənarındadır. Bu da daha böyük bir mənzərə ilə bağlıdır: Görəsən, Xameneinin xələfi kim olacaq?

Öncəliklə bildirək ki, ayətullah Xameneinin vəzifəsi kimə qismət olacaqsa, o, böyük ixtiyar və qüdrət, eyni zamanda, böyük bir problem və mübarizə dalğasını miras alacaq.

Çünki İrandakı sosial problemlər, kövrək iqtisadiyyat, daxildəki rəqib siyasi elita, xarici siyasətdəki beynəlxalq təcrid, Qərblə gərginlik, bölgədəki münaqişələr yeni rəhbərin üzərinə xeyli yük qoyacaq.

Həmçinin, İran beynəlxalq münaqişələrinin mənbələrindən biri olan nüvə proqramı üzərində böhranın idarə edilməsi üzərində işləməlidir.

Amma məlum olan budur ki, İslam Respublikasında post-Xamenei dövrünə keçid prosesini sürətləndirmək ali rəhbərlik kürsüsündə əyləşə biləcək din xadimləri sahəsini daralır.

Çünki İran idarəetməsinə gənc kadrları gətirmək üçün kampaniyaya başlanılıb ki, bu da az da olsa, Ekspertlər Məclisinin tərkibinə təsir edir.

Görünür ki, İrandakı seçki hakimiyyətin rahat və münaqişəsiz keçidinə təminatverici bir proses olmayacaq.

İranın ali rəhbəri olacaq şəxslərin kimliyinə gəlincə, burada müzakirələr, əsasən, iki fiqur üzərinə kilidlənir.

Birincisi, Prezident İbrahim Rəisi, ikincisi isə ali rəhbər Seyid Əli Xameneinin oğlu Möctəba Xameneidir.

Rəisinin prezidentliyi dövründə baş qaldıran iqtisadi-sosial fəlakətlər onun səhvləri ilə assosiasiya edilir. Deməli, Rəisinin səhvlərindən çox faydalanan Möctəba Xamenei olacaq.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir