KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: MİT-in əməliyyatlarındakı motivlər

Aqşin Kərimov: MİT-in əməliyyatlarındakı motivlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
86 0

İstanbul Baş Prokurorluğu İsrail kəşfiyyat xidməti MOSSAD-ın Türkiyədə əcnəbiləri hədəf aldığı iddia edilən sui-qəsdlə bağlı apardığı istintaq çərçivəsində 46 şübhəlinin həbsinə order verib.

Səlahiyyətlilər 34 şübhəlinin saxlanıldığını açıqlayıblar və onlardan 15 nəfərinin məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir.

Türkiyə, ümumiyyətlə, bir-birilə düşmən səviyyəli rəqabətdə olan İsraillə İranın kəşfiyyat fəaliyyətlərinin məkanlarından birinə çevrilib.

Türkiyədə İran kəşfiyyatı ilə əlaqəli şəxslərin də ifşası təcrübəsi var ki, bu da vəziyyəti daha da aydınlaşdırır.

Bunun əsas səbəbləri barədə danışarkən bir neçə məqama diqqət yetirmək labüddür.

Birincisi, Türkiyədə fələstinli tələbələr təhsil alırlar, İranla İsrail isə fələstinlilərin ələ alınıb öz fəaliyyətlərinin icraçısına çevrilməsi üçün yarışa giriblər. Fələstinlilərlə bağlı başqa məqam isə təhdid xarakterlidir, belə ki, Təl-Əviv də, Tehran da qarşı tərəfə işləyən fələstinliləri aradan götürməyi hədəfləyirlər.

İkincisi, İran yaxınmüddətli hədəfi kimi israilli iş adamlarını, biznesmenləri, mütəxəssisləri, diplomatları öldürməyi qarşıya məqsəd qoyub. Türkiyədəki yəhudilər də bu təhlükədən sığortalanmayıblar. İsrail kəşfiyyatı İranın planlarını aşkara çıxarmaq üçün Türkiyədəki fəaliyyətlərini gücləndirmək ehtiyacını hiss edir.

Üçüncüsü, HƏMAS-İsrail qarşıdurmasında Türkiyənin tutduğu mövqe İsrailin xoşuna gəlmir və o, rəsmi Ankaranı kəşfiyyat həmlələrinin predmetinə çevirir.

Dördüncüsü, İran özü də Türkiyə ilə gizli rəqabətli gündəliyə söykənən missiyasını həyata keçirir.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) isə səbəb və motivlərindən asılı olmayaraq, ölkə ərazisindəki xarici kəşfiyyat subyektlərinin fəaliyyətinə göz yuma bilməz. Ankara istər İran, istərsə də İsrailin Türkiyə ərazisini kəşfiyyat poliqonuna çevirmək cəhdlərinə mənalı cavablar vermək məcburiyyətindədir.

Bu mənada MİT-in keçirdiyi əməliyyatlar Türkiyənin milli təhlükəsizlik maraqlarının ifadəsidir və o, ölkə ərazisində yaşayan, oraya müvəqqəti gələn xarici vətəndaşların həyatını qarantiyaya alır.

İkinci bir cəhətdən İranla İsrailin bir-birlərinə qarşı kəşfiyyat hücumları MİT-in resurs və aktivlərinə, bəzi məxfi məlumatlarına qarşı nəbz yoxlanışı məqsədi də daşıyır.

MİT ali kəşfiyyat orqanı olaraq bunların qarşısını almaqdan ötrü Türkiyəyə giriş-çıxış edən şübhəli hər bir şəxsin izinə düşüb məxfi gündəlikləri aydınlaşdırmalıdır.

Türkiyənin kəşfiyyat qurumu bunun öhdəsindən uğurla gəlir, hərçənd, bundan sonra ölkə ərazisindəki xarici kəşfiyyatların fəaliyyətlərində iz buraxılmaması üçün daha təkmil variantlar hazırlana bilər.

Bununla belə, MİT əsas diqqətin ölkənin milli təhlükəsizlik problemlərini həll etmək olduğunu göstərmək üçün casus torunda olanlara qarşı yeni əməliyyatlara start verə bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir