KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İran-İsrail: Yeni sui-qəsd planlarına kimlər cəlb olunurlar?

Aqşin Kərimov: İran-İsrail: Yeni sui-qəsd planlarına kimlər cəlb olunurlar?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
133 0

İran Yaxın Şərqdə İsrail-ABŞ müttəfiqliyinə qarşı hərbi və siyasi təzyiqləri birləşdirən eskalasiya dövrünü yeniləyir.

Tehran Yəməndə himayəsi altında olub, birbaşa onun təlimatlarını yerinə yetirən husi hərəkatı vasitəsilə Qırmızı dənizdə hərbi gərginliyi artırır.

Qırmızı dənizdə husilər vasitəsilə həyata keçirdiyi planlar Tehranın ABŞ-nin regiondakı maraqlarına zərbə vurma əməliyyatlarının tərkib hissəsidir.

İran planına yeni bir element də qatır, SEPAH Qüds Qüvvələrinin 400-cü Bölməsi İsraili hədəfə almaq üçün “Əl-Qaidə”nin yetişdirdiyi əfqan döyüşçülərə investisiya qoyur.

Ümumilikdə İranın pakistanlılardan və əfqanlardan ibarət döyüşçü qruplarını kurasiya etməsi yeni bir detal sayılmır.

Pakistanlılardan ibarət silahlı şəxslər “Zeynəbiyyun” hərəkatında, əfqanların cəmləşdiyi döyüşçülər isə “Fatimiyyun” qruplaşmasında fəallıq nümayiş etdirirlər.

“Əl-Qaidə” ilə İran arasında münasibətlərə gəlincə, bunun bünövrəsi 1990-cı illərin əvvəllərində qoyulub. Bu müddət ərzində İranla “Əl-Qaidə” arasında əldə olunan razılaşmaya əsasən, onlar Livanın Beka vadisində İran kəşfiyyatçıları ilə təlim keçiblər.

ABŞ-nin Əfqanıstana müdaxiləsi zamanı İran “Əl-Qaidə” döyüşçülərinin öz ölkələrinə qayıtması və ya üçüncü tərəf ölkələrinə köçməsi üçün təhlükəsiz keçid yolu təqdim edib. İranla “Əl-Qaidə”nin əməkdaşlığı indi də davam edir. BMT fevral ayında bildirib ki, “Əl-Qaidə”nin yeni lideri Seyf əl-Adel İranda gizlənir.

Qırmızı dənizdəki hadisələri, Qəzzadakı müharibəni və əfqan döyüşçülərin yeni partiyasının İran çətiri altına cəlbi Tehranın bir məqsədini ortaya çıxarır. Bu hədəf ondan ibarətdir ki, İran regionda İsraillə ABŞ-nin müttəfiqliyindəki xətləri zədələsin və yarana biləcək boşluqları ambisiyalı regional gündəliyi ilə doldursun.

Əfqanların döyüşlər üçün işə götürülməsinə Qüds Qüvvələri cavabdehlik daşıyır. Sırf İsrail kontekstindəki budəfəki məqsəd İranın iki il öncə başlatdığı və hədəfinə çatmadığı əməliyyatlar üzrə planları işə salmaqdır.

İran son iki ildə dünyada israilli mütəxəssislərə, iş adamlarına, diplomatlara qarşı sui-qəsd planını icra etməyə çalışsa da, ciddi uğursuzluğa düçar olub.

Bunun ardından İranın əfqanlardan istifadə etməsi israillilərə qarşı intihar sui-qəsdlərini reallaşdırıb, Təl-Əvivin dünya kəşfiyyat sistemindəki yerini zəiflətmək missiyasına xidmət edir.

İsrailliləri və digər yəhudiləri öldürməyi planlaşdıran İranın dəstəklədiyi zərbə qruplarının hərəkət trayektoriyasını İsrail ciddi şəkildə izləyəcək.

Hərçənd, İsrailin Qəzzadakı müharibəyə başı qarışdığından onun yəhudilərdən ibarət ictimai-siyasi xadimlərin təhlükəsizliyinə cavabdehliyindən çətinliklər yarana bilər.

Lakin düşünmək olar ki, İsrail özünün kəşfiyyat sahəsindəki gücünü itirməyib, üstəgəl tərəfdaşları və müttəfiqləri Təl-Əvivi məxfi məlumatlarla təmin edir.

Hesab etmək mümkündür ki, İsrail Qəzzada əhəmiyyətli nəticə əldə etdikdən sonra İrana qarşı hibrid müharibə səylərini gücləndirəcək.

Mümkündür ki, İsrail İranın “Əl-Qaidə” ilə əməkdaşlığına cavab olaraq bu təşkilatın İranda gizlənən yaraqlılarının yerini müəyyən edib onlara qarşı kəşfiyyat əməliyyatlarını genişləndirsin.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir