KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Cənubi Qafqaz üzrə gözlənti

Aqşin Kərimov: Cənubi Qafqaz üzrə gözlənti

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
199 0
Düşmən Əsəd taclandırılır: ABŞ-yə meydan oxumaq, Cənubi Qafqaz üzrə gözlənti
Suriya Prezidenti Bəşər Əsəd bəşəriyyət üçün fəlakətli mənbə statusundan çıxarılıb, dəbdəbəli şəkildə cilalanır, hətta Ərəb Dövlətləri Liqasının Ciddədə keçirilən sammitinə dəvət edilir.
Bu, Suriyadakı nüfuz bölgüsü uğrunda mübarizənin durğunluq vaxtında Bəşər Əsəd üzərindən siyasi dəllallıq motivlərinin artdığını göstərir.
Məsələyə dar çərçivələrdən deyil, geniş prizmadan baxmaq lazımdır, regional səviyyədə:
– Türkiyənin ərəb ölkələri, o cümlədən Suriya ilə münasibətlərini normallaşdırmaq cəhdlərinə,
– İsrailin “ərəb açılımı”na üstünlük verməsinə,
– Səudiyyə Ərəbistanının İranla barışmasının nəticələrinə baxmaq lazımdır.
Qlobal miqyasda isə əsasən:
– ABŞ-nin Yaxın Şərqdəki mövqelərinin üzüaşağı getməsi,
– Çinin boşluqları doldurması,
– Səudiyyə Ərəbistanının Rusiyanın sözünə qulaq asaraq ABŞ-yə meydan oxuması fonunda izaha ehtiyac yaranır.
Nəticədə Suriya ilə bağlı planlarda köklü olmasa da, situativ dəyişikliklər nəzərə çarpır və bu temp qorunub-saxlansa, Bəşər Əsədə qucaq açan ölkələrin də sayı çoxalacaq.
Məsələ burada Ərəb Liqasında deyil, onun dünyaya təsir edən effektivliyi yoxdur, mövzu Bəşər Əsədə münasibətin dəyişdirilməsi üçün yaradılan siyasi əməliyyatlar üzərinə fokuslanır.
Bəşər Əsədin Ərəb Liqasındakı kreslosuna qayıtması ABŞ-nin buraxdığı strateji boşluqların yaratdığı əks-reaksiyalardır.
Əsədin yenidən taclandırılması onu mühafizə edən Rusiya və İranın böyük əməliyyat bazasını təmin etməkdə yeni faza açacaq.
Ancaq Əsədin mükafatlandırılmasından Türkiyə də qazana bilər, hətta İsrail də yeni-yeni səhifələri vərəqləməkdə maraqlıdır, lakin yeganə ofsaydda qalan ABŞ-dir.
Buna görədir ki, Ağ Ev Bəşər Əsədlə normallaşma münasibətlərinə qarşı çıxmaqda davam edir, hərçənd ki, ABŞ Suriya üzrə istəklərinə nail olub.
Suriyanın şimal-şərq regionları boyu zəngin sərvətlərin cəmləşdiyi regionlarda nüfuz çevrəsi yaradan ABŞ üçün əlində olan bəsdir, lakin əlində olanın çıxması heç də məqbul variant deyil.
Əsədin “dağ başına qoyulması” ABŞ-nin Suriyadakı maraqlarını sarsıda, Vaşinqtonun regiondakı silahlı qarovulçusu PKK-ya qarşı əməliyyatları intensivləşdirə bilər.
Əsədə olan diqqət beynəlxalq narkotacirlər üçün də göydəndüşmə fürsətdir, çünki Suriya hakimiyyəti pul toplamaq üçün narkoşəbəkələrlə əməkdaşlıq qurub.
İndi Əsədə göz yumulursa, o, narkotik ticarətçiləri üçün də güzəştlər istəyə bilər, lakin ən maraqlısı budur ki, Əsədə hansı şərtlər irəli sürülür.
Böyük ehtimal ki, Əsəd hakimiyyətinə dəstək alıb onu beynəlxalq səviyyədə qanuniləşdirməyin müqabilində oyunçulara daha geniş nüfuz vəd edə bilər.
Bu, Suriya üzrə qeyri-sabit vəziyyətin körüklənməsinə işarə verir, indi əsas məsələ Suriyadakı silahlı müxalifətin əl dəyişib-dəyişməyəcəyi ilə əlaqədardır.
Böyük oyun ABŞ-yə qarşı qurulub, indi Vaşinqtonun rəhbərliyi olmadan “ərəb əməliyyatları” Əsədin idarəçilik modelinin reabilitasiyası kimi qiymətləndirilə bilər.
Cənubi Qafqaz baxımından da proseslərin Suriya ilə bağlantısının qurulacağı gözləniləndir, çünki Suriyadakı oyunçuların əksəriyyəti Cənubi Qafqazda iddialı gündəliyə sahibdir.
ABŞ-nin son zamanlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması cəhdlərində resursları əlinə almaq təşəbbüsü onun Yaxın Şərqdəki zəifləyən mövqeyi ilə simvolik əlaqəyə malikdir.
Suriya üzrə yeni mərhələ Türkiyədəki prezident seçkisinin yekun nəticələrindən sonra aydınlaşan təsəvvürlər yaradacaq və bunun Cənubi Qafqazdakı “filialları” görünəcək.
Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir