KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Paşinyan Qarabagın Azərbaycanın tərkib hissəsi oldugunu qəbul etdi,ancaq…

Kamal Aliyev: Paşinyan Qarabagın Azərbaycanın tərkib hissəsi oldugunu qəbul etdi,ancaq…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
162 0

 

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi m əıtbuat konfransında bəyan edib ki,erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə “Daglıq Qarabagı”Azərbaycanın tərkib hissəsi kimi tanımaga hazırdır.Paşinyan onu da deyib ki,münaqişə dəftərini qapatmaq və irəliyə dogru baxmaq lazımdır.
Beləliklə,erməni baş nazirin qənaəti ondan ibarətdir ki,münaqişədən sülh dövrünə keçməyin vaxtı gəlib.
Əlbəttə,mən bu mövzuda Paşinyanın nə qədər “səmimi”,”iradəli”oldugunu təhlil etməkdən uzagam.
Eyni zamanda,o qədər də sadəlövh deyiləm ki,Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tamamilə Paşinyandan asılı olduguna inanım.Ancaq Paşinyanın Ermənistan hökumətinin baş naziri oldugunu və ciddi olmaq kimi bir lüksünün oldugunu da anlayıram.
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyev-Paşinyan görüşündən sonra məlum idi ki,Yerevan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini,Azərbaycan da qarşılıqlı olaraq Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanımaga razı olub.Hıtta bir az da geriyə getsək görərik ki,ötən ilin oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi marjında keçirilən görüşdə də hər iki ölkə BMT Nizamnaməsi və Almatı Deklarasiyasına görə bir-birinin ərazi bütövlüyünü tanıyıb.
Paşinyan onu da deyib ki,Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də daxildir.

 

 

 

 

Beləliklə,Nikol Paşinyanın bu gün də vurguladıgı kimi,iyunun 1-də Kişinyovda keçiriləcək görüşdə sülh müqaviləsi,mayın 25-də Moskvada baş tutacaq görüşdə də kommunikasiya xəttlərinin açılması istiqamətində müqavilələr imzalana bilər.Yəni,Paşinyan həm bu ay,həm də gələn ayın əvvəlində münaqişənin həllini nəzərdə tutan müqavilələrin imzalanacagını istisna etmir.
Buna rəgmən,Paşinyanın ziqzaqlı siyasi kursa,konyukturaya uygun manevr etmə qabiliyyətini də unutmamalıyıq.
Erməni baş nazirə görə,əgər KTMT bacarıqsız olmaga davam edərsə,ölkəsi bu təşkilatı tərk edə bilər.Bu,olduqca maraqlı bəyanatdır.Ona görə ki,indiyəcən Yerevanın KTMT-yə qarşı demarşlarını biz daha çox Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlamentin spikeri Alen Simonyanın dilindən eşidirdik.Bu dəfə isə Nikol Paşinyan KTMT-ni özü hədəfə aldı.Onu da nəzərə alaq ki,mayın 25-də Moskvada Avrasiya İqtisadi İttifaqı(Aİİ)liderlərinin görüşü keçiriləcək.Moskvadakı görüşdə Putin həm ayrı-ayrılıqda,həm də Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüşü nəzərdə tutulub.
Paşinyanın bu gün həm Qarabagı Azərbaycanın tərkib hissəsi kimi tanıması,həm də KTMT ilə baglı dedikləri Moskva sammitində masanın üzərində olacaq.Şübhəsiz ki,Kreml Paşinyanın açıqlamalarından məmnun deyil.Moskvanın dərdi Qarabag münaqişəsinin həll olunmamasıdır.Əgər Paşinyanın dediyi kimi,Qarabagdakı ermənilərin “status”və “hüquqları”Azərbaycan tərəfindən qorunacaqsa,o zaman bölgədə rus sülhməramlılarına ehtiyac qalmır.Bu,o deməkdir ki,Rusiya 2025-ci ildə Qarabagı tərk etməlidir.
Bununla yanaşı,Paşinyan israrla Bakı və Qarabagdakı tanınmamış adminstrasiya arasında danışıqlar formatını vurgulayır.Erməni baş nazir deyir ki,”beynəlxalq mexaniz”in nəzarəti altında Vakı-Xankəndi danışıqları keçirilməlidir.Şübhəsuz ki, Azərbaycan tərəfi bunu qəbul etməyəcək.Təbii ki,Paşinyan da bu faktı bilir.Üstəlik,Rusiyanın Xankəndidəki emisarı Ruben Vardanyan Kəlbəcərdən video çəkib Paşinyanı hədələyir,sətiraltı Azərbaycana hədə-qorxu gəlir.Göründüyü kimi,həm Paşinyan qeyri-müəyyən,ikibaşlı açıqlamalar verir,digər tərəfdən də Moskvanın Qarabagdakı adamı Vardanyanla Rusiyasız sülhün mümkünsüzlüyünə eyham vurur.
Eyni zamanda,Paşinyan hökuməti silahlanmanı davam etdirir.I,bu gün deyib ki,əvvəllər Ermənisdan başqa ölkələrdən silah-sürsat tədarük edə bilmirdi.Çünki Ermənistan KTMT-nin üzvüdür,ancaq bu təşkilatdan çıxmaq hələ də Yerevanın gündəmindədir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir