Oktyabrın 20-də Türkiyənin İstanbul şəhərində D-8 sammiti keçirildi. Türkiyə prezidenti və baş nazirinin də qatıldığı toplantıda Azərbaycan prezidenti də qonaq qismində iştirak edib. Türkiyə prezidenti ev sahibi olaraq geniş çıxış edib iqtisadi əlaqələrə, birja iqtisadiyyatının üzv ölkələrə mənfi təsirindən danışıb. Prezident Ərdoğan D-8 ölkələrinə öz aralarında milli valyuta ilə ticarət aparmaq çağırışı edib. Yeri gəlmişkən, artıq bu mövzuda anlaşma bir gün əvvəl İran və Türkiyə arasında anlaşıb. İki ölkə milli valyutaları ilə ticarət aparacaqlar.
Ərdoğan təklif edib ki, üzv ölkələrin mərkəzi banklarının təmsilçilərindən ibarət mübadilə mərkəzi qurulsun və ticarət milli valyutalarla aparılsın. Eyni zamanda o, D-8 təşkilatını yaşatmağa və əlaqələri inkişaf etdirməyə çağırıb. Eyni zamanda o təşkilat üzvlərinin sayının 8-dən 20-yə qaldırıla biləcəklərini deyib.
Qeyd edək ki, “İnkişaf edən 8 ölkə” mənasını verən D-8 əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən 8 ölkənin birliyidir. D-8 üzv ölkələr Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyadır. Təşkilat 1996-cı ildə Türkiyənin o zamankı baş naziri mərhum Nəcməddin Ərbakanın təşəbbüsü ilə İstanbulda “İnkişafda Əməkdaşlıq” Konfransı təşkil olunub. Həmin konfransda yeni birlik qurulması qərarlaşdırılıb və 1997-ci ildə D-8 rəsmən elan olunub.
Ötən gün 9-cu sammiti keçirilən D-8 təşkilatının hədəfində “islam Birliyi” ideyası dayanır. Nəcməddin Ərbakan müsəlman aləminin bir araya gəlib, öz birliyini qurmasına çalışırdı. D-8 təşkilatının bayrağında yer alan 6 ulduz bu təşkilatın 6 əsas prinsipinə işarədir.
Bunlar;
1. Müharibə deyil, sülh
2. Qarşıdurma deyil, dialoq
3. İkili standart deyil, ədalət
4. Üstünlük deyil, bərabərlik
5. İstismar deyil, əməkdaşlıq
6. Təzyiq və məcburiyyət deyil, insan haqları, azadlıq və demokratiya
D-8-ə 2014-cü ildən etibarən BMT Baş Məclisində “Müşahidəçi statusu” verilib. Qeyd edək ki, müsəlman ölkələrinin inkişaf etməsi və Qərbdən asılı olmaması Nəcməddin Ərbakanın ən böyük siyasi hədfələrindən biri olub. Bunun üçün müsəlman ölkələri ilə davamlı iş aparan sabiq baş nazir D-8-i yarada bildi. Ancaq bundan sonra hakimiyyətdə qala bilməyən Ərbakanın ideyalarını gerçəkləşdirməsi də çətinləşdi. Digər tərəfdən müsəlman ölkələri arasında sağlam birliyin qurulması da xeyli dərəcədə mürəkkəb bir proses idi. Ancaq bütün hallada D-8 inkişaf etməkdə olan və ən böyük, eləcə də inkişaf portensialı olan 8 müsəlman ölkənin bir araya gətirilməsi istiqamətində atılmış mühüm bir addımdır.
Uzun müddət müxtəlif səbəblərdən təşkilatın işini aktivləşdirmək mümkün olmasa da, hazırda bunun üçün müəyyən mənada münbit şərait yaranıb. İlk növbədə Türkiyə və İranın Yaxın Şərqdə mövqeləri yaxınlaşmağa başlayıb. Türkiyə və AB arasında münasibətlər soyuqlaşıb və Ankara üçün yeni əməkdaşlıq və bazar axtarışları aktuallaşıb. Uzun müddət Qərbdən asılı olan Pakistan da hazırda Qərb ölkələri, xüsusən də ABŞ-la münasibətlərdə böhran yaşayır. İndoneziya və Malayziya isə hər zaman müsəlman birliyi ideyasına isti yanaşan ölkələr olub. Yalnız Misirin təşkilatda aktiv olub-olmayacağı məlum deyil. Çünki Misirin Türkiyə ilə münasibətləri həddən artıq soyuqdur, üstəlik Misir hazırda siyasi və iqtisadi baxımdan Səudiyyə Ərəbistanından asılı ölkədir.
Ancaq Ərdoğanın da qeyd etdiyi kimi siyahıya yenidən baxmaq, hətta üzv sayını 8-dən 20-dək artırmaq olar. Çünki indi buna əksər müsəlman ölkələrinin ehtiyacı və potensialı var. Ancaq bu birliyin nə qədər davamlı, möhkəm və rasional olması üzv dövlətlərin fəallığından asılı olacaq.
Kenan Rovşenoğlu
Ərbakanın “cücərmiş” arzusu: D-8
449 0
EtiketlerƏrbakanın “cücərmiş” arzusu: D-8
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.