Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

Turqut Ərin məşhur kitabı “Azadlıqdan Tiranlığa” yenidən çap olundu

Gündem 3 Haziran 2017
487

“Azadlıqdan Tiranlığa” bir daha qayıtdı

“Bu kitabın məqsədi tarixə xidmətdir”

turqut-er-yeniTürkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabının növbəti, 3-cü nəşri baş tutub. Kitab yeni redaksiyada Ankarada çap olunub. Bu barədə yazarın özü məlumat verib.

Turqut bəy Azərbaycanda geniş rezonans doğurmuş kitabın növbəti dəfə çap olunmasının səbəbini kitaba olan tələbatla əlaqələndirir. Yazar deyir ki, Azərbaycanda və xarici ölkələrdə, Rusiyada, Avropada və Türkiyədə yaşayan azərbaycanlılar arasında bu kitaba çox tələbat olub: “Tələbat çox idi, bu səbəbdən də nəşriyyat bəzi dəyişiklikləri nəzərə alaraq kitabı yenidən nəşr etdi. Eyni zamanda tanınmış yazar, jurnalist Qənimət Zahid bu kitaba ön söz yazıb. Bu kitab haqqında Azərbaycanda ictimai-siyasi xadimlərin, fikir adamlarının qənaətləri, fikirləri bu nəşrdə yerləşdirilib”.

Turqut Ərə görə, üzərindən 20 ildən çox keçsə də, o dövrdə baş verən hadisələr hələ də Azərbaycanda aktualdır, müzakirələri davam edir: “Bu günlərdə də Azərbaycan mediasında o dövrdə baş verən tarixi hadisələr müzakirə olunur. Milli İstiqlal Partiyasının sabiq sədri Etibar Məmmədov telefon etmişdi. Kitabda bir yerdə Moskvada keçirilən toplantıda Etibar Məmmədovun da iştirak etməsi ilə bağlı məlumat tərcümə xətası olaraq getmişdi. Amma kitabın nəşrində o yanlışlıq aradan qaldırılıb. 24saat.az saytı kitabın əvvəlki nəşrindən istifadə etdiyi üçün o məlumatı yayıb. Ancaq mən saytla danışıb o yanlışlığı düzəltdim. Bu dəfə Etibar Məmmədovun qohumunun o toplantıda iştirak etdiyi qeyd olunub, halbuki kitabda Quban Xəlilovun qohumunun iştirak etdiyi yazılıb. Artıq bu yanlışı da redaksiya ilə danışıb aradan qaldırdım”.

Turqut bəy deyir ki, bu kitabı yazmasının əsas məqsədi 1990-cı illərdə Azərbaycan xalqının yaşadığı və özünün birbaşa canlı şahidi olduğu mürəkkəb ictimai-siyasi prosesləri gün üzünə çıxarmaq, gələcək nəsillər üçün real tarixi ortaya qoymaq olub.

Kitab işi Türkiyədə gəlirli olsa da, Turqut Ər bu kitaba görə heç bir qonorar almayıb. Kitab 3 fərqli nəşriyyatda çap olunsa da, müəllif satışdan bir lirə belə, götürməyib.

Yorumlar