KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya NATO-nun genişlənməsinə imkan vermək istəmir

Kamal Aliyev: Rusiya NATO-nun genişlənməsinə imkan vermək istəmir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
316 0

Bu gün Rusiya ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik müqaviləsi mətnini ictimaiyyətə təqdim edib.
Birinci şərt NATO-nun şərqə dogru genişlənməsi və Ukraynanın bu təşkilata üzv qəbul olunmamasıdır.
Təbii ki,bu,şərt gözlənilən idi və hətta deyərdim ki,hal-hazırda Rusiya və Qərb arasında mövcud problemlərin,qarşılıqlı ittihamların əsas qayəsi də elə bu mövzudur.

Mətndə təsbit olunan ikinci maddədə deyilir ki,şərqi Avropa ölkələrinin 1997-ci ildə NATO-ya üzv qəbul olunmasından bu ölkələrdə hərbçilər və strateji hücum silahları yerləşdirilməsin.
Mətndə diqqətimi çəkən bir məqam da odur ki,Rusiya NATO-nun Şərqi Avropada,Cənubi Qafqazda,Mərkəzi Asiyada hərbi təlimlərinin və fəaliyyətlərinin dayandırılmasını,razılaşdırılmış sərhəd ərazilərində bir alaydan çox olmamaq şərti ilə hərbi qüvvə saxlamamasını tələb edir.

Mətnin ikinci hissəsində isə nüvə silahları daşıyan və bombardımançı təyyarələrinin uçuşlarının dayandırılması,qarşı tərəfin milli təhlükəsizliyini təhdid edən hərbi qüvvələrin yerləşdirilməməsi,nüvə silahı daşıyan qırıcıların qarşı tərəfin hədəflərini vura biləcək hava sahəsində uçmaması tələb olunur.

Görünən odur ki,Putinin Rusiyası NATO-nun şərqə dogru irəliləməsini qəbul etməyəcək.Şərqi Avropa ölkələri 1997-ci ildə,baltikyani respublikalar isə 2004-cü ildən NATO və Aİ-nin üzvləridir.Bu,həm də o deməkdir ki,ABŞ həm şərqi Avropa ölkələrinin,həm də baltikyani respublikaların təhlükəsizliyini öz üzərinə götürüb.Üstəlik,NATO nizamnaməsinin 5-ci maddəsi də alyansa üzv ölkələrindən birinə hücum oldugu təqdirdə,bunun bütün təşkilata qarşı oldugu açıq-aydın təsbit olunub.

Bir maraqlı məqam da budur ki,Rusiya NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etməməsini diplomatik yolla tələb edir.Azərbaycan 1992-ci ildən Atlantika Əməkdaşlıq Şurasına daxil olub.
Azərbaycan NATO ilə 1994-cü ildən Sülh Naminə Tərəfdaşlıq(STM)proqramı çərçivəsində əməkdaşlıq edir.
İndi Rusiya tələb edir ki,STM-nin də fəaliyyəti dayandırılsın.
Görünür,V.Putin ABŞ prezidenti C.Baydenlə son ünsiyyətində tələb etdiklərini indi yazılı şəkildə açıqlamaq ehtiyacı duyub.
Yəni,məsələ Ukrayna ilə bitmir,qərblə 90-cı illərdən müxtəlif əməkdaşlıq formatlarında fəaliyyət göstərən Ukrayna,Gürcüstan,Azərbaycan,Ermənistan və Moldovanı da Rusiya öz çətiri altında görmək istəyir.Bu,təkcə o demək deyil ki,Rusiya adı çəkilən keçmiş sovet respublikalarının neytrallıgını istəyir,kreml gələcəkdə güc yolu ilə də olsa öz patronajlıgı altında ən azından ittifaq qurmaq xəyalındadır.

Qarşı durmalıyıq və Putinə öz avantürüst arzularına çatmaga imkan verməməliyik.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir