Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Türkiyə-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Azerbaycan, Gündem 10 Temmuz 2018
23

Ölkəmiz ətrafında və regionda cərəyan gərgin siyasi proseslər fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri xüsusi əhəmiyət kəsb edir. Ənənəyə sadiq olaraq ilk xarici səfərini ölkəmizə gerçəkləşdirən Ərdoğanın Bakıda mühüm danışıqlar aparacağı, yeni şərtlərə uyğun və gözlənilən təhlükəsizlik risklərinə qarşı iki ölkə arasında yeni əməkdaşlıq formatının yaradılması gözlənilir.
Qeyd edim ki, Azərbaycanın son günlər hərbi fəaliyyətinin genişlənməsi, keçirilən hərbi parad, Avropa ilə enerji sahəsində əməkdaşlığın dərinləşməsi Şimal və Cənub qonşularımızı narahat edən məsələlərdi. Bir tərəfdən də Ermənistanın açıq təcavüzkar siyasəti regionda ümumi təhlükəsizliyi təhdid etməklə yanaşı, yeni risklər və regiona siyasi katakalizmlər idxal edir. Ona görə də ölkəmizə qarşı bəzi mərkəzlərdən hücumların artması, baş verən hadisələr təsadüfi deyil. Qərbdən də islahatların aparılması üçün basqılar və təzyiqlər var.
Hazırda davam edən bu geosiyasi gərgin məcrada il ərzində ehtimal olunan növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimal olaraq qalacaq. Hərçənd ehtimal var idi ki, seçkilər keçirilsin.
Qeyd edim ki, ölkənin enerji sisteminin çökməsi sıradan bir hadisə deyil, bir başa daxili qüvvələrin hesabına meydana gəldi. 5-ci kolon ölkə də müəyyən gücə malikdir. Bu gücü zərərləşdirmək üçün islahatlar mütləqdi.
Hazırda bizim ən ağrılı problemimiz olan işğal olunmuş ərazilərimizin azad olunması üçün apardığımız taktiki-lokal hərbi əməliyyatlar Moskva tərəfindən ciddi cəhdlə qarşısı alınması üçün siyasət aparılır. Ərdoğanın ölkəmizə səfərində Türkiyə ilə strateji müttəfiq əlaqələr barədə müqavilələr imzalayıb, avqustda Rusiya-Azərbaycan danışıqlarında müəyyən qədər mövqeyimizi gücləndirə bilərik.
Baş verənlər göstərir ki, ərazilərimizin işğaldan azad olunmasının qarşısını almaq istəyən qüvvələr iş başındadır.
Burada məmur özbaşınalığının və korrupsiyanın da müəyyən xidmətləri var. Ölkəmizin inkişafı və süverenliyi ilk növbədə birliyimizdən və şaffaf idarə etmədən keçir.
Muhammed Asadullazade

Yorumlar