KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: İndi əsas məsələ tərəfləri Rusiyadan qoparmaqdır

Fuad Gahramanlı: İndi əsas məsələ tərəfləri Rusiyadan qoparmaqdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
189 0

Kişniyov görüşünün nəticəsi nə oldu?

İndi əsas məsələ tərəfləri Rusiyadan qoparmaqdır.

Dünən Moldovanın paytaxtı Kişinyovda keçirilən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dair göüş gözlənildiyi kimi nəticəsiz başa çatdı. Bu görüş Fransa prezidenti Makronun və Almaniya kansleri Şoltsun iştirakı ilə AB adından Şarl Mişelin qatıldığı 5 – li formatda keçirilirdi.
İlham Əliyevlə Paşinyanın bir neçə gün öncə Moskvada Putinin hüzurundakı deyişməsindən sonra, artıq Kişniyov görüşündə hər hansı nəticə olacağına ümid qalmamışdı. Hər iki ölkə rəhbəri Moskvadan döndükdən sonra sərhəddə və Qarabağdakı təmas xəttində yenə hərbi gərginliyn yaranmağa başlaması göstərdi ki, Putinin sülh prosesini pozmaq üçün ənənəvi üsullarını yenə işə saldıb.

AB Şurasının prezidenti Şarl Mişelin açıqlamasından görünür ki, görüşdə əsas məqsəd danışıqları irəli aparmaqdan daha çox, əldə olunmuş razılaşmalara riayət etmək və tərəflərin öz öhdəliklərinə sadiqliyini qoruyub saxlamaq olub. Yəni Qərb liderləri sülh müzakirələrini bu dəfə Putinin pozucu müdaxiləsindən xilas etməyi elə başlıca uğur sayırlar. Bu baxımdan iyulun 21 – də Brüsseldə yeni bir görüşün olacağının deyilməsi müsbət haldır və Brüssel formatının işləməkdə davam etdiyini göstərir.

Azərbaycanın Fransa prezidenti Makronun da daxil olduğu formatda ikinc dəfə görüşə qatılması isə İlham Əliyevin əvvəlki mövqeyindən tədricən geri çəkildiyini göstərməkdədir. Bu gün Avropa Birliyi danışıqlar prosesini sürətləndirmək üçün təkcə Brüssel formatı ilə kifayətlənməyərək, həm də 5- li tərkibdə müzakirələrlə danışıqların dinamikasını artırmağa çalışır. Bu baxımdan Şarl Mişelin oktyabrda İspaniyada yenidən 5-li tərkibdə danışıqların olacağını anons etməsi, həm də Rusiya ilə rəqabət şəraitində Qərbin məsələyə daha çox diqqət yetirməsi kimi də dəyərləndirilə bilər.

Dünənki görüşdən dərhal sonra iyunun 11 – də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşlərinin keçiriləcəyi barədə xəbər isə onu göstərir ki, Qərb müzakirələri sürətləndirməklə Rusiyaya sülh prosesinə müdaxilə üçün imkan vermək istəmir. Bu kontekstdə diqqəti çəkən başqa bir önəmli məsələ də Azərbaycan və Ermənistan rəhbərinin Rusiya ilə münasibətlərdə tutacağı mövqe ilə bağlıdır. Görüşdən sonra yayılan məlumatda sülh prosesinə birbaşa təsir edən təhlükəsizlik məsələsinin müzakirə olunduğunun deyilməsi, onu göstərir ki, Avropa liderləri Rusiyanın prosesə pozucu müdaxiləsini ayrıca nəzərdən keçiriblər. Əgər, Qərbin bu qədər səylərindən sonra tərəflərdən hər hansı biri yenə də Putinin təhriki ilə sülh danışıqlarını pozmağa cəhd edəcəksə, o zaman artıq həmin tərəf də Putinin müttəfiqi kimi Qərbin təzyiqlərinə məruz qalmalı olacaq. Çünki təcrübə onu göstərir ki, Azərbaycan və Ermənistan rəhbəri Putinin göstərişlərinə əməl edəcəyi təqdirdə sülh danışıqları da nəticəsiz qalmaqda davam edəcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir