İtalya’da Masonlar Amerika’da Trump dertli!

POMPEO QAFQAZ DEYƏRKƏN AZƏRBAYCANI NƏZƏRDƏ TUTUB

İran-ABŞ qarşıdurması: Regionda daha bir Suriyanın yaranma ehtimalı var?

Thomas de Waal: Karabakh peace process needs shaking up – but not too much

“Suriyadakı müvəffəqiyyət Qarabağ nizamlanmasında təsirli ola bilər”

Azerbaycan, Ermenistan, Gündem 2 Şubat 2018
137

Fevralın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər. Bu, vasitəçilərin 2018-ci ildə regiona ilk səfəri olacaq. Bundan əvvəl isə yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Polşanın Krakov şəhərində görüşüblər.

Nazirlər ayrı-ayrılıqda həmsədrlərlə də görüş keçiriblər və münaqişənin nizamlanması ətrafında müzakirələr aparılıb. Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki, Krakovda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlər tərəfindən bir sıra kreativ fikirlər irəli sürülüb. Həmin fikirlərin nədən ibarət olduğu açıqlanmasa da 6 saata yaxın davam edən danışıqların yekununda həmin ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlərin bu ay regiona səfər edəcəkləri qərara alınıb. Azərbaycan XİN ümumilikdə görüşlərin pozitiv şəkildə keçdiyini, münaqişənin həllində irəliləyiş əldə etmək, regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməli olduğunu açıqlasa da, Ermənistan rəhbərliyi tərəfindən son günlər verilən açıqlamalar işğalçının sülhə, kompromisə hazır olmadığını ortaya qoyur. Prezident Sarkisyanın AŞPA-dakı özünü ifşa edən bəyanatları, münaqişəyə dair beynəlxalq sənədləri danması, ardınca xarici işlər naziri Edvard Nalbandyanın açıqlamaları əlbəttə ki, sülh danışıqlarında nəticənin olacağına əsas vermir.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə mövqeyi bəllidir. Rəsmi Bakı mərhələli şəkildə münaqişənin həll edilməsinin tərəfdarıdır. Ümumiyyətlə, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Rəsmi Bakı mərhələli həllin bir elementi kimi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş əraziləri tərk etməsini tələb edir ki, bu tələb BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə də əksini tapıb. Bəs bu il münaqişənin həllində gözləntilər nədən ibarətdir?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) direktoru, politoloq Hasan Oktay “525”ə bildirib ki, Türkiyə Rusiya əlaqələri və Suriyadakı hadisələrin gedişi müsbət və ya mənfi şəkildə Qarabağ məsələsinə də təsir edə biləcəyini gözləmək mümkündür. Onun sözlərinə görə, Ermənistan mətbuatında Türkiyənin Afrin əməliyyatı müzakirə edilərkən, Türkiyə Afrin, Menbiç və Kobanidə müvəffəqiyyət əldə etdikdən sonra Qarabağ probleminin də hazırkı vəziyyətdə qalmayacağı gündəmə gətirilməkdədir. Münaqişənin “dondurulmuş” vəziyyətlə davam etməyəcəyi və qısa zamanda olmasa da yaxın gələcəkdə problemin həllində irəliləyiş gözləmək lazımdır.

Politoloq düşünür ki, Dağlıq Qarabağ münaqişəsindəki “status kvo”, onun “dondurulmuş” saxlanması Ermənistana sərf edir: “Ermənistan hazırkı durumun davam etdirilməsində maraqlıdır. Çünki Ermənistan münaqişənin həllinin onun üçün uğurlu olmayacağını bilir. Ermənistandan fərqli olaraq bu durum təbii ki, Azərbaycanı narahat edir. Söhbət yalnız Dağlıq Qarabağ deyil, həm də ətraf 7 rayonun işğalından gedir. Bu vəziyyətdə Ermənistan Qarabağ məsələsində mövcud vəziyyəti qoruyub saxlamaq üçün əlindən gələni edəcək, alternativlər axtaracaq. Yəni Ermənistan indiki durumun saxlanılmasını istəyir, Azərbaycan isə əksinə hansısa irəliləyiş gözləyir. Bu baxımdan, Ermənistan Qarabağdakı mövcud vəziyyəti qorumaq üçün əlindən gələni edəcək. Türkiyənin Suriyada əldə edəcəyi müvəffəqiyyət yaxın gələcəkdə Ermənistanın Qarabağ mövzusundakı mövqeyinin dəyişməsində əhəmiyyətli bir faktor olacaq”.

Ermənistandakı prezident seçkilərinin, idarəetmədəki gözlənilən dəyişikliyin Qarabağ münaqişəsinin nizamlanmasına təsirinə gəlincə, H.Oktay deyib ki, Ermənistan rəhbərliyi ölkədəki sosial problemləri arxa plana keçirmək, xalqının iqtisadi və sosial tələblərini yerinə yetirməmək üçün Qarabağ kartından istifadə edir: “Qarabağ münaqişəsi Ermənistan dövləti və xalqı üçün çox ciddi iqtisadi yükdür. Bu iqtisadi böhrana qarşı zaman -zaman erməni xalqı öz səsini ucaltsa da, müqavimət göstərsə də, hakimiyyət Qarabağın münaqişəsindən xalqın tələblərini boğmaq üçün ciddi istifadə edir. Hakimiyyət dəyişikliyi Qarabağ üzərindən həyata keçirilməkdədir. Koçaryanın hakimiyyə gəlişi bu arqumentlə olmuşdu. İndi Sarkisyanın vaxtı bitdi və gələnlərin kim olacağı Qarabağ münaqişəsi üzərindən müəyyən ediləcək”.

Politoloqa görə, Ermənistanda keçiriləcək seçkilər Qarabağdakı durumu aydınlaşdıra bilər: ” Qarabağ məsələsi üzərindən erməni xalqına təzyiq edərək hakimiyyətə gəlinərsə, nəticədə münaqişənin həlli daha da uzanacaq və xalqa ciddi təzyiqlər başlayacaq. Bu təzyiqlər isə erməni əhalisinin ölkəni tərk etməsini daha da sürətləndirəcək. Nəticədə Ermənistanda milliləşdirmə problemi yaranacaq. Qarabağ bir hakimiyyətin arqumentinə, sui istifadəsinə çevrilməməlidir. Əksinə hakimiyyət daha çox erməni xalqının gələcək sosial rifahını və iqtisadiyyatının inkişafını düşünməli, təkliflərə açıq olmalıdır. Hər şeyə rəğmən Türkiyənin Suriyadakı müvəffəqiyyəti Qarabağ münaqişəsinin həllində son dərəcə təsirli olacaqdır. Sülhün hakim olması üçün diplomatiyaya artıq hər şeydən daha çox ehtiyac vardır”.

Məlumat üçün bildirək ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində bir sıra görüşlər baş tutub. Hər hansı irəliləyişə nail olunmasa da, 16 oktyabr tarixində dövlət başçıları səviyyəsində Cenevrədə keçirilmiş görüşdən sonra danışıqlar prosesində müəyyən intensivlik və dinamika müşahidə olunub.

PƏRVANƏ Sultanova
https://525.az/site/?name=xeber&news_id=93918#gsc.tab=0

Yorumlar