Türkiyə bu seçkilərə hazırlaşa bilmədi”

Эксперты прогнозируют победу Эрдогана на президентских выборах в Турции

Beşinci Nesil Uçaklara üzerine : F 35 – Su 57 (Birinci Bölüm)

Güney Kore Cumhurbaşkanı Moon’un Rusya Ziyareti

İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”

Azerbaycan, Ermenistan 5 Haziran 2016
943

“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
faik
Bu il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 98-ci ildönümü qutlanır. Şərqdə ilk demokratik müsəlman cumhuriyyəti olan AXC cəmi iki il ömür sürsə də, hələ də Azərbaycan xalqı onu şərəflə anır. Hər şeydən öncə xalqların qısa müddətlik imperiyaların əsarətindən azad olunması fürsətindən ustaca istifadə edib öz müstəqilliyini elan etmək o dövr üçün əlçatmaz bir arzunu yerinə yetirmək idi və həm də 70 il sonra qurulacaq bugünkü Azərbaycan dövlətinin varlığına rəvac vermək demək idi.

Ancaq tez-tez olduğu kimi bu dəfə də Azərbaycanda AXC-nin növbəti ildönümündə, onun gördüyü işlərə kölgə salmaq istəyənlər ortaya çıxdı. Yenə də AXC-ni və onun rəhbəri M. Ə. Rəsulzadəni “İrəvanı ermənilərə güzəştə getməkdə”, səriştəsizlikdə ittiham edirlər. Xeber365.com AXC tarixi ilə bağlı mütəxəssislərdən biri olan AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, tarixçi və fəlsəfə doktoru Faiq Qəzənfəroğlu ilə AXC-nin yarandığı dövrün tarixi reallıqları, o zaman baş verən hadisələr haqda söhbətləşib.

“Rəsulzadə İrəvanın ermənilərə güzəştə gedilməsi iclasında iştirak etməmişdi”

– Faiq bəy son dövr bəzi tarixçilər, jurnalistlər ciddi cəhdlə M. Ə. Rəsulzadəni Azərbaycan. AXC-nin rəhbəri kimi, həmçinin Azərbaycan Milli Şurasını 1918-ci illərdə İrəvanı ermənilərə güzəştə getməkdə ittiham edirlər. Əvvəlcə soruşmaq istərdim İrəvan 1918-ci ildə yaranan Azərbaycan Xalq Cumhuriyyətinin ərazisinə daxil idimi?

– Əvvəla Məhəmməd Əmin Rəsulzadəni ya da Azərbaycan Cümhuriyyəti hökumətini İrəvanı ermənilərə güzəştə getməkdə suçlamaq qətiyyən doğru deyildir. Özəlliklə, Rəsulzadə İrəvanın Ermənilərin paytaxtı kimi güzəştə gedilməsində heç bir iştirakı olmamışdır.O zaman Azərbaycan Cümhuriyyəti hökumətini formalaşdıran Azərbaycan Müsəlman Milli Şurası bu cür qərar qəbul etmişdir. Həmin qərar qəbul edilərkən Rəsulzadə Batumda Türkiyəylə danışıqlar aparırdı.
Doğrudur, Milli Şura Rəsulzadəni özlərinə dövlət rəhbəri seçmişdilər. Amma Rəsulzadə İrəvanın ermənilərə paytaxt olaraq güzəştə gedilməsi iclasında iştirak etməmiş yalnız sonradan bundan xəbər tutmuş və etiraz etmişdir.
Azərbaycan Milli Şurası isə 1918-ci ilin mayın 29-da belə bir qərarı Erməni Milli Şurasının istəyi üzrə müzakirə edərək qəbul etmişdir. Həmin qərar qəbul edilərkən İrəvan və ətrafı əski Azərbaycan türk torpaqları olaraq görülsə də, məcburi bir addım kimi ermənilərə güzətə gedilməsi məqsədəuyğun görülmüşdür.
Başqa sözlə, həmin anda Azərbaycan Cümhuriyyəti istiqlalını yenicə elan etdiyi üçün onun ərazisi hələ dəqiqləşməmişdir. Sadəcə, təbii olaraq İrəvan da daxil olmaqla Osmanlı-Türkiyə sərhədlərindən Xəzər dənizinə qədər bütün torpaqlar Azərbaycan türk ərazisi hesab olunurdu. Məhz bunu yaxşı bildikləri üçün Erməni Milli Şurası Azərbaycan Milli Şurasına müraciət etmişdir. Bu isə o deməkdir ki, istiqlalını yenicə elan edən Azərbaycan Cümhuriyyəti İrəvanı öz ərazisi kimi görməsinə baxmayaraq, onu məcburiyyətdən ermənilərə güzəştə getmişdir.
Şübhəsiz, bu məcburiyyətin arxasında yalnız ermənilərin də bir dövləti olsun və Azərbaycanın digər ərazilərindən iddialarını geri çəksinlə bağlı olmamışdır. Eyni zamanda Azəbaycan Milli Şurasını bu addımı atmağa xarici qüvvələr də təhrik etmişlər.

“Xalq Cumhuriyyəti qurulanda hökümətin əlində bir əsgəri də yox idi, o erməni-rus birləşmələrinə qarşı qoya bilməyəcəyini yaxşı anlayırdı”

– İstərdim o dövürki tarixi şərait və prosseslər haqda bizə bir qədər ətraflı məlumat verəsiniz.

– Əslində İrəvanın paytaxt olaraq ermənilərə güzəştə gedilməsində bir tərəfdən ermənilərin özlərinə dövlət qurmaq üçün paytaxt tapa bilməməsi ucbatından baş vermişdi.
Ermənilər öncə Gümrünü özlərinə paytaxt görürdülər. Amma həmin an Gümrü Türkiyə qoşunlarının nəzarəti altında idi. O zaman ermənilər özlərinə paytaxt kimi daha uyğun olan İrəvanı gördülər. Bunun üçün isə Azərbaycan Milli Şurasının razılığı gərəkirdi.
Azərbaycan Milli Şurası da, əslində o dövr bir qrup vətənsevər azərbaycanlının təşəbbüsü ilə yaradılmış qurum idi, onların əlində bir əsgər, ordu, silah olmadığı həmin anda erməni-rus birləşmələrinə qarşı qoya bilməyəcəklərini də yaxşı anlayaraq, eyni zamanda ermənilərin ABŞ, Böyük Britaniya, Fransa, Rusiya kimi dövlətlərdən də yardım aldığını düşünərək belə bir addım atdı.
Azərbaycan Milli Şurasının bunun müqabilində tək istəyi ermənilərin İrəvan və onun ətrafıyla kifayətlənərək digər torpaq iddialarını, o cümlədən Qarabağ və Naçxıvandan əl çəkmələri idi. Erməni Milli Şurası da buna razılıq vermişdi. Məqsəd tarixi vəziyyətdən istfadə edərək qurulmuş dövləti ayaqda saxlaya bilmək idi. Beləliklə, Azərbaycan Milli Şurası ermənilərin İrəvandan başqa Azərbaycan Türk torpaqlarına iddia etməyəcəkləri sözünü alaraq belə bir qərar qəbul etmişlər.

“Ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından əl çəkəcəklərinə söz vermişdilər”

– İrəvanın verilməsində Rəsulzadənin şəxsən rolu olmadığını dediniz, bəs o “İrəvanın güzəştə gedilməsinə” necə etirazını bildirmişdi?

– O zaman Azərbaycan Cümhuriyyəti hökumətini formalaşdıran Azərbaycan Müsəlman Milli Şurası belə bir qərar qəbul etmişdi. Həmin qərar qəbul edilərkən Rəsulzadə Batumda Türkiyəylə danışıqlar aparırdı. Doğrudur, Milli Şura Rəsulzadəni özlərinə dövlət rəhbəri seçmişdilər. Amma Rəsulzadə İrəvanın ermənilərə paytaxt olaraq güzəştə gedilməsi iclasında iştirak etməmiş yalnız sonradan bundan xəbər tutmuş və etiraz etmişdir.
Sadəcə, Azərbaycan Milli Şurası belə bir addın atarkən Rəsuzladə həmin iclasda iştirak etməmişdir. Bəzən yazırlar ki, Rəsulzadənin başçılıq etdiyi Milli Şura həmin qərar qəbul edib, bu anlamda o da günahkardır.
Bunu iddia edənlər bilməlidirlər ki, Rəsulzadənin Milli Şuranın sədrliyinə gətirilməsi onun xəbəri olmadığı halda baş verdiyi kimi, İrəvanın ermənilərə güzəştə gedilməsi də eyni anlamda baş vermişdir. Çox yazıqlar olsun ki, Azərbaycanın istiqlalının elan edən Milli Şuranın başçısı olaraq Rəsulzadənin adı “İstiqlal Abidəsinə” həkk olunmadığı halda, ancaq İrəvanın güzətə gedilməsi məsələsində ön palan çıxarılır.
Bu tamamilə yanlışdır. Doğrudur, Rəsulzadə bu dövlətin – Azərbaycan Cümhuriyyətinin birinci şəxsi idi. Onu dövlət başçısı seçənlər də Azərbaycan türk xalqının iradəsinə uyğun olaraq bu addımı atmışlar. Bu anlamda Rəsulzadənin adı yalnız “İstiqlal Abidəsində” deyil, bütün anlamlarda birinci yerdə durur. Rəsulzadə dünənin, bugünün və gələcəyin Azərbaycan Respublikasının birinci şəxsidir, onun qurucusudur. Bir dövlətin bir qurucusu olar: Rəsulzadə.
Bu anlamda Rəsulzadənin dönəmində baş vermiş mühüm hadisələri iki yerə, üç yerə bölmək doğru deyildir. Rəsulzadə onu dövlət rəhbəri seçən Milli Şuradan İrəvanın nədən ermənilərə güzəştə getmələrini də sormuş və etirazını da bildirmişdir.
Ancaq o zamanın şərtlərinə görə artıq ox yayından çıxmışdır. Buna baxmayaraq Azərbaycan Cümhuriyyəti İrəvanın tarixi Türk torpağı olduğunu daima vurğulamiş və nədən onun erməniləər güzəştə gedilməsini bu və ya digər şəkildə ifadə etmişdir.

“Bu gün güclü ordumuz var, amma Qarabağı almırıq. Bu yenə də dünyanın real şərtlərini önə çəkmirmi?”

– İrəvan və onun ətrafı olan torpaqların ermənilərə güzəştə gedilməsi indi tarixi səhv, AXC hökümətinin səriştəsizliyi kimi təbliğ edilir, halbuki orta-əsrlərdən qalan imperiya keçmişi olan Osmanlı-Türkiyəsi, Qacarlar, Çar Rusiyası və s. kimi dövlətlərin varisləri də qurularkən torpaqlarının böyük qismini itirib. Bu konteksdə biz AXC hökümətinə necə yanaşmalıyıq?

– İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi səhv deyil, acı bir reallıq idi.
Azərbaycan Milli Şurası əlində bir əsgəri olmadığı dövrdə ermənilərə və onların arxasında dayanan dövlətlərə qarşı qoya bilməyəcəklərini yaxşı anlayırdılar.
Ona görə də tək təskinlikləri, bununla da ermənilərin Naxçıvandan, Qarabağdan əl çəkəcəklərinə ümid edirdilər.
Şübhəsiz, ermənilər və ruslar azərbaycanlılarla eyni düşüncədə deyildilər.Ona görə də, ermənilər və ruslar qarış-qarış türk torpaqlarını işğal etməyə davam etdilər və edirlər də.
Bu anlamda o zaman atılan addım tarixi səhv deyil, dünyada sözü keçən bir türk dövlətinin olmamasının nəticəsi idi.
Əgər o zamanlar Türkiyə-Osmanlı və Qacarlar bir güc sahibi olsaydılar o zaman durum fərqli ola bilərdi.Amma olmadı, bu gün də hələlik beynəlxalq durumu xeyrimizə dəyişdirə bilmirik.
Əgər bu gün güc sahibiyiksə, güclü ordumuz varsa nədən Qarabağı işğaldan azad edə bilmirik deyincə, yenə də dünyanın real şərtləri önə çəkilmirmi?
Bu o deməkdir ki, 1918-1920-ci illərdəki Azərbaycan Cümhuriyyətinin hökumətini və dövlət başçısını İrəvanın ermənilərə güzəştə getdiklərini suçlayanlar, unutmasınlar ki, bir sonrakı nəsil də bizləri bir çox məslələrə görə ittiham edəcəklər. Ona görə də, bu cür daxili ittihamlardan əl çəkib gücümzü Azərbaycaın bütövləşdirilməsinə yönəltməliyik. Faıq Elekberov

Yorumlar