KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev:Bayden Ərdogan kimi Ukraynanın NATO-ya üzvlüyünə isti yanaşmır

Kamal Aliyev:Bayden Ərdogan kimi Ukraynanın NATO-ya üzvlüyünə isti yanaşmır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
168 0

Dünən Türkiyədə səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoganla görüşüb.Daha sonra hər iki prezidentin birgə təşkil etdiyi mətbuat konfransında Ərdogan dedi ki,Ukraynanın NATO-ya üzv olmaga haqqı çatır.Məsələ bundan ibarətdir ki,NATO-ya üzv olmaq üçün namizəd dövlətlərin qarşısında müəyyən şərtlər qoyulur.Onlardan biri də budur ki,hərbi alyansa tamhüquqlu üz olmaq üçün əvvəlcə namizədlik statusu alırsan(Avropa İttifaqıba üzvlük üçün də müəyyən kriteriyalar oldugu kimi)daha sonra NATO-ya üzv dövlətlərin parlamentləri istisnasız olaraq qərar qəbul edirlər.Göründüyü kimi,bu,həm uzun,həm də mürəkkəb bir prasedurdur.

Ərdogandan fərqli olararaq,ABŞ prezidenti Co Bayden isə deyib ki,müharibənin qızgın vaxtında Ukrayn NATO-ya üzv olmaga hazır deyil.Bayden hesab edir ki,Ukraynanın NATO-ya üzvlük məsələsində alyans üzvləri arasında yekdil fikir yoxdur.Görünən budur ki,ABŞ indiku mərhələdə Ukraynanın NATO-ya təlım-tələsik üzvlüyünü risqli görür.Bu,ona görə belədir ki,NATO-nun 5-ci maddəsinə görə,üzv dövlətlərin birinə qarşı hərbi təcavüz bütün alyansa qarşı qəbul edilir.Bayden də məhz bunu nəzərdə tutaraq deyir ki,Ukraynanı indiki mərhələdə sıralarımıza qəbul etsək,nüvə dövləti Rusiya ilə müharibəyə hazır olmalıyıq.ABŞ prezidentinin də dediyi kimi,Vaşinqton ən yaxşı halda Ukraynaya İsrail kimi təhlükəsizlik zəmanətləri verə bilər.

Beləliklə,biz görürük ki,Ərdogandan fərqli olaraq,ABŞ prezidenti Bayden Ukraynanın NATO-ya üzvlüyünə “yaşıl işıq”yandırmaq istəmir.Ortaya maraqlı sual çıxır:Türkiyə prezidenti niyə bu sayaq “strateji həmləyə”girişdi?
Əslində,mənim üçün də bu sual maraqlıdır.Yəni,Ərdogan kimi təcrübəli siyasətçi niyə belə tələsik bəyanat verir?Halbuki,Türkiyə hökuməti bir müddətdir İsveçin NATO-ya üzvlüyünə müqavimət göstərir və ona qarşı müəyyən tələblər irəli sürüb.
Bundan əlavə,Türkiyənin dövlət başçısı çox gözəl dərk edir ki,İsveç həm iqtisadi,həm də demokratik dəyərlərinə görə Ukraynadan xeyli irəlidədir.Üstəlik,İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə və Macarıstan xaric,alyansda elə də ciddi fikir ayrılıqları yaşanmır.Bu nöqteyi-nəzərdən,Ukraynaya ən böyük dəstək Baydenin də dediyi kimi,bu dövlətə təhlükəsizlik zəmanətləri verməkdir.İndiki məqamda Qərb dövlətləri Rusiya işgalına qarşı vətən müharibəsi aparan Ukraynaya lazımı silah-sürsat verirlər.

Görəsən,Ərdoganı indiki məqamda Ukraynanın NATO üzvü olmagı təklif etməsinə hansı müşaviri məsləhət verib?!

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir