SƏRKİSYAN “QARABAĞ KARTIN”DAN İSTİFADƏ EDİR

Suudi Arabistan’da darbe!

Rus uzman: Altınlarını ABD’den getiren Türkiye demek ki S-400 füzesini kesin alacak!

Rus milletvekili: Erdoğan S-400 konusunda ABD’nin baskısına boyun eğmeyecek

İlham Əliyev və Trampın Ər-Riyad səfərinin şifrələri

Azerbaycan 22 Mayıs 2017
367

İlham Əliyev və Trampın Ər-Riyad səfərinin şifrələri – TƏHLİL
Nida Təhlil22 May 2017 16:00 392 Baxış
İlham Əliyev və Trampın Ər-Riyad səfərinin şifrələri – TƏHLİL
ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi. “Ərəb NATO-su” planının ilk konturlarının hazırlanması müzakirə edildi. Ər-Riyadda Ərəb-İslam-Amerika sammiti keçirildi. Və bütün bunların fonunda diqqət çəkən əsas məqam Azərbaycan Prezidenti İlham Əliyevin də bu sammitdə iştirakı idi. Geosiyasi mənzərədə yeni və qlobal proseslərə start verilir və görünən budur ki, Bakı bu prosesin mərkəzində yer alacaq.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfəri və Ərəb-İslam-Amerika sammitində iştirakı coğrafi və strateji mənzərədə Azərbaycanın əhəmiyyətini ortaya qoydu. Bu həm də Azərbaycanın İslam dünyasındakı vacib faktorlardan biri olması deməkdir. Lakin məlumdur ki, ciddi siyasi proseslər cərəyan edir, hansı ki, baş verənlər regionun da mənzərəsini dəyişdirə bilər. Burada Bakının manevrləri, eləcə də Azərbaycana ehtiyacın artması amilləri də aydın görünməkdədir.

Əslində Trampın Səudiyyəyə səfəri ilə Azərbaycanın Ərəb-İslam-Amerika sammitinə dəvəti təsadüfi deyil. Hər şey ABŞ prezidentinin ilk xarici səfərini məhz Səudiyyə Ərəbistanına etməsində gizlənib.

Trampın Ər-Riyada gəlişində Vaşinqtonun iki faktor ön plandadır.

Silah: Səudiyyə Ərəbistan Amerika hərbi sənayesi üçün həmişə gəlirli bazarlardan olub. Ər-Riyad-Vaşinqton münasibətlərinin soyuduğu Obama dövründə belə ABŞ ərəblərə 60 milyard dollarlıq silah sata bilmişdi. Trampın gəlişi ilə iki ölkə arasında yaranmağa başlayan buzlar da əriyir. Artıq ABŞ prezidentinin Ər-Riyad səfərində 10 il müddətini əhatə edən 480 milyard dollarlıq silah müqaviləsinin imzalandığı haqda məlumatlar var. Bu, Amerika hərbi sənayesi üçün böyük rəqəmdir. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: ABŞ-la Səudiyyə Ərəbistanı arasında 350 milyard dollarlıq silah müqaviləsi imzalanırsa, Ər-Riyadıın yaxın gələcəkdə qarşıdurmada olduğu bir “xarici düşmən” mütləq olacaq və bu, heç şübhəsiz ki, İrandır. Və o da diqqətdən yayınmamalıdır ki, İran-Səudiyyə qarşıdurmasında daim maraqlı olan ABŞ bununla İslam dünyasının sünni-şiə cəbhəsinin müharibəsi ilə yorğun salmaqla yanaşı, Ər-Riyada öz silahını satmaq hədəfi də güdür.

İran: Tramp prezident seçilən kimi Obama Administrasiyasının İranla nüvə danışıqlarını kənara qoydu və Tehrana qarşı sanksiyaların tətbiqini yenidən gündəmə gətirdi. Bununla Vaşinqton iki hədəfə eyni həmlə ilə nail olmaq istəyir.

Birinci: İsrail-İran qarşıdurmasında Təl-Əvivin yanında olmaq və yəhudilərin İranla bağlı planlarını həyata keçirmək. Trampın Ər-Riyaddan sonra İsrailə səfər etməsi də bu prosesin davamıdır.

İkinci: Yaxın Şərq strategiyasına maneə olan İranı blokadaya almaq.

Suriyada Rusiya-İran, həm də dolayısı ilə Çinlə qarşılaşan Vaşinqton bu qüvvələrin hər hansı biri ilə ittifaqa getmək siyasəti yürütmədi, əksinə ənənəvi “parçala və hökm et” prinsipini qlobal müstəviyə daşıdı: Koreya yarımadasında gərginliyi artıraraq Çinin diqqətini öz sərhədlərinə yönəltdi; Şərqi Avropada NATO cəbhəsini gücləndirməklə ruslara da eyni ssenarini tətbiq edir; Hətta “müttəfiq” adlandırdığı Türkiyəni də YPG-yə (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) silah verməklə cənub sərhədlərindən vurmaq niyyətindədir; İranla nüvə danışıqlarını ləğv edir, sanksiyaların tətbiqini önə çəkir və ona qarşı sünni ittifaqı qurur.

Beləliklə, Suriyada əsas oyunçu olan Rusiya və İran sıxışdırılır, Türkiyə YPG problemi ilə əlləşir, Çinin başı öz sərhədlərində müharibə təhlükəsinə qarışır və Suriya, həm də Yaxın Şərq amerikalılara qalır.

Amerika Trampın Ər-Riyada gəlişi İrana qarşı böyük həmləsinə start verdi: “Ərəb NATO-su”.

Sünni ölkələrdən yaradılan hərbi ittifaq ABŞ-ın bölgədə gücünü artıracaq; Əsas hədəf olan İran və onun dəstəklədiyi şiə hakimiyyətlər – Suriyada, Bəhreyndə, eləcə də İraqda – olacaq; Ən maraqlısı odur ki, bu ittifaqın bütün maliyyə məsələlərini üzv ölkələr həll edəcək, yəni Amerika bir sent belə xərcləmədən bölgəni ələ alır. Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika sammiti bu prosesin başlanğıcı oldu.

Və Azərbaycan prezidentinin bu sammitdə iştirakı belə təəssürat yaradır ki, Bakı İrana qarşı cəbhədə yer alır.

Amerika Azərbaycanın İrana hücumda yer almasının çox istəyir. Trampın Ağ Evə gəlişindən sonra regionda ABŞ-İsrail-Azərbaycan üçbucağının yaranacağı haqda ehtimallar gündəmə gəldi. Belə bir üçbucağın yaranması, Vaşinqton və Təl-Əviv üçün Tehranı sərhədlərindən vurmaq planının bir hissəsi hesab oluna bilər. Azərbaycan liderinin Ərəb-İslam-Amerika sammitə dəvətinin də dolayısı ilə buna hesablandığını düşünmək olar. Lakin rəsmi Bakı Tehranın “vurulmasında” müstəvi olacaqmı? Bu sualın cavabı konkret deyil.

Oğul Buşun dövründə İran-Amerika qarşıdurması ən pik həddə idi, lakin Tehranın bütün iddialarına rəğmən, Bakı qonşusuna qarşı hücumda platforma olmadı. Bu baxımdan, Azərbaycanın yenə eyni siyasi xətti davam edəcəyi şübhəsizdir. Lakin Azərbaycanın Ərəb-İslam-Amerika sammitinə dəvəti qəbul etməsinin əsas səbəbi balanslı və müstəqil siyasət prinsipidir. Bakı İranla yanaşı, Səudiyyə Ərəbistanı ilə də münasibətləri saxlayır, Rusiya ilə yanaşı, Amerika ilə də əlaqələrə malikdir.

İndiki məqamda Bakının bu gedişinin arxasında isə bir sıra səbəblər var:

a) Səudiyyə Ərəbistanından fərqli olaraq İran işğalçı Ermənistana açıq dəstək verir. Bakı Tehrana məhz işğalçıya dəstək verməyin həm də öz maraqlarına uyğun olmadığı mesajını verir.
b) Amerikanın təşkilatçısı olduğu platformada iştirak həm də Rusiyaya “müstəqil siyasət” mesajıdır.
c) Burada işğalçı Ermənistanla heç bir diplomatik əlaqə saxlamayan Səudiyyə Ərəbistanına dəstək faktoru də rol oynayır.

Bakının Ər-Riyaddakı sammitdə iştirakı və perspektivdə “Ərəb NATO-su”nda (buna həm də “İslam NATO-su” da deyilə bilər. Çünki ərəb ölkələri ilə yanaşı sammitə Azərbaycan, Qazaxıstan və Pakistan da dəvət olunmuşdu) yer alması imkanlarını saxlaması Azərbaycanın strateji maraqlarına uyğun addım hesab oluna bilər:

1. Bakı böyük ehtimalla bu gedişi Ankara ilə konsultativ şəkildə edib. Çünki Ərdoğanın Vaşinqton səfəri ABŞ-ın YPG-yə dəstəyi dayandırması ilə yekunlaşmadı. Hazırda ABŞ-Türkiyə münasibətləri gərgindir və bu gərginlik fonunda Azərbaycanın qardaşının əleyhinə getməyəcəyi də şübhəsizdir. Deməli, Bakı bu prosesdə həm də Ankaranı təmsil edəcək.

2. Amerikanın təşkilatçısı olduğu platformada iştirak Azərbaycanın əhəmiyyətini Rusiya üçün daha da artıracaq. Bu isə rusların işğalçı siyasətə son qoyması üçün Ermənistana təzyiqini artıra bilər.

3. Bu, həmçinin, İrana da işğalçıya dəstək verməyin nəticələrini anlamağa imkan verəcək.

4. “Ərəb (İslam) NATO-su”nun ilkin hədəfi İran olsa da, bu gələcəkdə ittifaqa üzv dövlətlərin təhlükəsizliyində də mühüm rol oynaya bilər. Azərbaycan bu ittifaqda yer alarsa, hərbi ittifaqın işğalçı Ermənistana müdaxilə imkanı da yaranacaq. Bu ittifaqın memarının Amerika ilə yanaşı, Azərbaycanla sıx əlaqələrə malik İsrailin də olduğunu nəzərə alsaq, hesab etmək olar ki, Bakı bu prosesdən uduşlu çıxacaq.

Asif Nərimanlı

Yorumlar